*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Qazma məhlulunun hazırlanması****



Yüklə 200,59 Kb.
səhifə30/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

5.Qazma məhlulunun hazırlanması****
Qazıma zamanı yuma mayesinə qazılmış süxur hissəcikləri daxil olur və bu hissəciklər ondan ayrılmalıdır. Əgər süxur hissəcikləri maye içərisində yığılıb qalarsa, bu, qazımada texnoloji çətinliklər əmələ gətirə bilər. Qazıma məhlulunun qazılmış süxurlardan təmizlənməsi və onun təkrarən quyuya vurulması qazıma prosesinin qarşıya qoyduğu ən mühüm məsələdir. Fırlanma qazılmasında (rotor üsulu) qazıma məhlu-lunun qazılmış süxurlardan təmizlənmə texnikası bu günə kimi böyük tarixi inkişaf yolu keçmişdir.Odur ki, qazıma mayesinin təmizlənməsi qazımada əsas amillərdən biridir.
Müasir qazımada qazıma mayesi üç üsulla süxurdan təmizlənir:
1.Nov sistemində çökdürmə üsulu;
2.Qazıma məhlulunu titrəyən ələkdən (vibrositadan) keçirmə üsulu (buna mexaniki üsul deyilir);
3.Sentrofuqa, hidrosiklon (fırlanma, mərkəzdənqaçma qüvvə-sindən istifadə) üsulu ilə.
Qazıma məhlullarının təmizlənməsi dedikdə dövran edən məhluldan süxur parçalarının və qazın ilə təmizlənməsi ilə bəra-bər ağırlaşdırıcının ayrılması də nəzərdə tutulur.
Qazıma məhlulu dörd məqsədlə təmizlənir:
1.Qazıma prosesində quyudan çıxan qazıma (gilli) məhlulun qazılmış süxur hissəciklərindən təmizlənməsi;
2.Təmiz məhlulu qəbul çəninə ötürməsi;
3.Quyudan çıxan qazıma (gilli) məhlulun qazdan təmizlənməsi – qazsızlaşdırılması;
4.Qazıma məhlulun ona qatılmış ağırlaşdırıcılardan ayrılması (regenerasiya prosesi).

6. Qazma məhlulunun təmizlənməsi ****
Müasir qazımada qazıma məhlulunu hazırlamaq üçün БПР-70 və БПР-40 avadanlığından, hidroejektor qarışdırıcıdan, mexaniki qarışdırıcılardan (ПМ, ЛМ, ПМ2, ПЛ1, ПЛ2) istifadə olunur.
Bildiyimiz kimi qazıma məhlulunu hazırlamaq üçün mexaniki və ya hidravlik gilqarışdırandan istifadə edilir. Mexa-niki gilqarışdıranın həcmi 3,4 və ya 10 m3 olan silindrdən və onun içində fırlanan vallardan ibarətdir . Valların üzərində bir-biri ilə 900 bucaq təşkil edən pərlər yerləş-dirilmişdir. Pərlərin ucu gilqarışdıranın gövdəsindən 30-35 sm məsafədə olur. gilqarışdıranda gil və suyun qarışığı o zaman məhlula çevrilir ki, qarışığın şərti özlülyü T=20-22 san olsun. Pərlər dəqiqədə 90 dövr edir. Elektrik mühərrikinin gücü 10kVt-dır. Gilqarışdıran buruq şəraitində vaxtaşırı, zavodda isə fasiləsiz işləyir. Fasiləsiz işləyən gilqarışdıranın məhsuldarlığı 5m3/saatdır.
Quyudan çıxan qazıma məhlulu süxur hissəciklərindən hidravlik və mexaniki yol ilə təmizlənir. Qazıma məhlulunun hidravlik üsul ilə təmizlənməsi üçün onun strukturunu pozmaq lazımdır – bunun üçün nov sistemində hər 5-6 m bir arakəsmələr qoyulur ki, bu da gilli məhlulun keçməsində onun strukturunu pozsun və bərk hisəciklər nov sistemində çöksün .
Qazıma tarixində nov sistemi üsulu, anbar üsulu, mexaniki üsul bir-biri ilə əlaqədar olaraq həyata keçirilmiş və hər dəfə yeni üsul köhnə üsulu sıxışdırıb aradan çıxarmışdır.
Nov sistemi, adətən, 40-60sm dərinliyində, 60-70sm enində və 30-50m uzunluğunda olur. Nov sistemində, süxurun və mayenin sıxlıqları fərqi ilə müəyyən edilən ağırlıq qüvvəsinin təsiri altında süxur hissəcikləri çökür. Nov sisteminin mailliyinin (1:100) də böyük əhəmiyyəti var, çünki novda mayenin axın sürəti bununla müəyyən edilir. Novda məhlulun axın sürəti 14-18sm/san olmalıdır.

Qazıma təcrübəsində qazıma məhlulunun hazırlanmasında müxtəlif texnoloji qaydalardan istifadə edilir. Məhlulun hazırlanmasında istifadə olunan ən sadə texnoloji quruluşa qazıma məhlulunun bütün qatışıqlarının (komponentlərini) qatışdırıldığı tutum, mexaniki və hidravliki qatışdırıcılar, hidroejektor qatışdırıcısı, tozvari (gil, ağırlşdırıcı və kimyəvi reagentlər) materiallar tökülən qıf, nizamlaıcı çaxmaq, mərkəzdənqaçma və yaxud pistonlu nasos, siyirtmə və manifold xətti.


Bu quruluşla qazıma məhlulu aşağıdakı kimi hazırlanır. Tutum 1 hesabatla nəzərdə tutulan miqdarda dispers mühit (adətən 20-30 m3) doldurucu və nasos vasitəsilə tutumdan məhsul vurucu xəttlə hidroejektora verilir. Kisədəki tozvari maddə 6 mexaniki üsulla meydanla verildikdən sonra fəhlələrin köməyi ilə tozvari material qıfa boşaldılır, burada yaranan hidrovakuumla hidroejektor qatışdırıcısına daxil olan dispers mühitlə qatışır. Hazırlanmış suspenziya tutuma daxil olduqdan sonra mexaniki və hidravliki qatışdırıcılarla əlavə olaraq məhlul ətraflı qatışdırılır.Hazırlanmış qazıma məhlulunun bütün parametrləri tələb olunan qiymət aldıqdan sonra o, ehtiyat tutuma vurulur. Bu üsulla məhlulun maksimal hazırlanma sürəti 40 m3/saat çox olmur.
Hal-hazırda qazıma məhlulunun tozvari materialdan hazırlanmasının proressiv texnologiyası geniş yayılmışdır. Proqressiv texnologiya yeni buraxılmış avadanlıqlar əsasən qazıma məhlulunu hazırlayan blok (БПР), hidroejektor qatışdırıcı, hidravliki disperqator, həcm, mexaniki və hidravliki qatışdırıcı, pistonlu nasoslarla əldə olunur.
БПР buruqda olan tozvari materialları qoruyaraq saxlamaq və ağırlaşdırılmış qazıma məhlulunun hazırlanmasında istifadə olunu

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə