Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir



Yüklə 135,11 Kb.
səhifə1/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
  1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə


5.2. Çökdürmə prosesi
Bircinsli olmayan sistemlərdəki hissəciklərin ağırlıq qüvvəsi təsiri altında mühitdən ayrılması prosesinə çökdürmə deyilir.
Çökdürmə prosesi suspenziyaları, emulsiyaları və tozları ayırmaq üçün tətbiq olunur. Bu üsul nisbətən kiçik sürətə malikdir və burada ən kiçik hissəcikləri ayırmaq mümkün olmur. Ona görədə bu üsuldan bircinsli olmayan sistemlərin ilkin kobud təmizlənməsi üçün istifadə edilir.
Bu üsulun müsbət cəhətlərindən aparatın çox sadə olmasını və enerji sərfinin az olmasını göstərmək olar.
Çökdürmə prosesinin fiziki mahiyyəti isə aşağıdakılardan ibarətdir: suspenziya və ya emulsiya, çökdürmə kamerasından keçirilir bu zaman bərk və ya maye hissəcikləri öz ağırlıq qüvvələri təsiri altında çökərək kameranın dibinə yığılırlar:
Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir:
1) bircinsli olmayan qarışığın aparatda qalma müddəti hissəciyin çökməsi üçün tələb olunan müddətdən böyük olmalıdır:
2) bircinsli olmayan axının aparatda xətti sürəti hissəciyin çökmə sürətindən çox-çox kiçik olmalıdır.
Birinci tələbi gözləmədikdə hissəciyin çökməyə vaxtı çatmadığından çökə bilmir; ikinci tələbi gözləmədikdə isə aparatda yaranan burulğan çökmüş hissəcikləri yenidən qaldıraraq mayeyə qarışdırır.
Çökdürmə prosesi hissəciyin sərbəst çökmə sürəti ilə xarakterizə olunur.
Tərpənməz maye mühitdə diametri d olan şar şəkilli bərk hissəciyin ağırlıq qüvvəsi təsiri altında çökməsini nəzərdən keçirək.
Sxemdən göründüyü kimi şar şəkilli hissəciyə ağırlıq qüvvəsi GA təsir edir (şəkil 5.1).

Sonra qaldırma qüvvəsi təsir etməyə başlayır ki, buda Arximed qanununa görə

olar.
Əgər ρn>ρm olarsa hissəcik maye mühitdə aşağıya doğru hərəkət edəcəkdir və bu zaman 3-cü qüvvə mühitin müqavimət qüvvəsi R təsir etməyə başlayacaqdır. Nyuton qanununa görə



olar.

Şəkil 5.1Hissəciklərin sərbəst çökmə sürəti
Bu qüvvələrin müvazinəti yarandıqda hissəcik sabit sürətlə qabın dibinə çökməyə başlayacaqdır. Bu sürətə hissəciyin sərbəst çökmə sürəti deyilir.
GA – Gr – R = 0



buradan
(5.4)
Müqavimət əmsalının qiyməti çökdürmə prosesinin hidrodinamik rejimindən asılıdır.
Bu sahədə aparılan təcrübələr nəticəsində müəyyən edilmişdir ki, çökdürmə zamanı hissəciyin maye mühitdə hərəkəti aşağıdakı rejimlərdə olur.

  1. Laminar rejim

Re. çök ≤ 2; Ar ≤ 36; Re. çök = və
2) davamsız turbulent rejim: 2e.çök<500;36 < Ar<83000

Re.çök = 0,152 və


3)Turbulent rejim
Re.çök>500;Ar>83000;Re.çök=1,74 və
burada Ar Arximed kriteriyasıdır.

burada ρn və ρm uyğun olaraq hissəciyin və mühitin sıxlıqlarıdır kq/m3, µm mühitin dinamik özlülüyüdür.
(5.4)- tənliyindən göründüyü kimi mühitdə çökdürmə prosesinin nisbətən yuxarı temperaturalarda aparmaq daha əlverişlidir belə ki, temperaturun artması ilə mühitin özlülüyü azalır və ondan asılı olaraq sərbəst çökmə sürəti artır.



Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə