Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir


Çökdürücü sentrifuqalarda gedən proseslər



Yüklə 135,11 Kb.
səhifə7/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə

6.2 Çökdürücü sentrifuqalarda gedən proseslər

Çökdürücü sentrifuqalar maye emulsiyaları və eləcədə maye suspenziyaları ayırmaq üçün işlədilirlər.


Bu sentrifuqalarda suspenziyaları ayırdıqda aşağıdakı iki fiziki proses gedir: bərk maddə fazası barabanın daxili səthində çökdürülür və alınan çöküntü sıxılır. Sxemdən göründüyü kimi mərkəzdənqaçma (şəkil 6.1) qüvvəsinin təsiri altında sentrifuqaya verilən suspenziyadan bərk maddə hissəcikləri ayrılaraq barabanın bütöv divarları səthində çökür və çöküntü layı əmələ gətirir. Alınan şəffaf maye (fuqat) (4) isə barabandan sıxışdırılaraq çıxarılır və sentrifuqadan xaric edilir. Çödürmə prosesi qurtardıqdan sonra sentrifuqa saxlanır və çöküntü lazımi alətlərin köməyilə barabandan boşaldılır.
Kimya sənayesinin vacib məsələlərindən biri aparat və maşınların, o cümlədən, sentrifuqaların məhsuldarlığını və səmərəliliyini durmadan artırmaqdır. Buna görə də əksər hallarda fasiləsiz işləyən çöküntü mexaniki boşaldılan sentrifuqalardan istifadə edilir. Belə setrifuqalara misal olaraq NOQŞ tipli (fasiləsiz işləyən, üfiqi, çökdürücü,çöküntü,çöküntü aneqlə boşaldan) sentrifuqaları göstərmək olar. Bu sentrifuqalara suspenziya qarışığı fasiləsiz verilir, oradan çöküntü fasiləsiz xaric edilir və bu da sentrifuqanın işini avtomatlaşdırmağa və mexanikləşdirməyə imkan verir, nəticədə əl əməyini xeyli ixtisar etmiş olur.



Şəkil 6.1Çökdürücü sentrifuqanın iş sxemi
Çökdürücü sentrifuqaların səməliliyinin məhsuldarlıq indeksi deyilən kəmiyyətlə xarakterizə edilir ki, bu da barabanın çökdürücü səthinin F ayırma amilinə Kp hasilindən ibarətdir
(6.6)
Məhsuldarlıq indeksi çökdürücü sentrifuqanın bütün konstruktiv xüsusiyyətlərinin prosesə təsirini əks etdirməklə onun ayırma qabiliyyətini müəyyən edir.
Fərz edək ki, çökdürücü sentrifuqanın silindrik barabanın daxilində suspenziya ayrılır ( şəkil 6.2)
Baraban daxilində maye layının qalınlığı h barabanın diametrindən D həmişə az olur və ona görə də ayırma amilinin qiymətini hesablayarkən orta diametrindən (D-h) isifadə olunur.
Onda (6.5) düstüru aşağıdakı şəkilə düşər:
(6.7)
Barabanın çökdürücü səthi :
olduğundan
(6.8)
Çökdürücü sentrifuqaların həqiqi məhsuldarlığı onun nəzəri məhsuldarlığından az olur. Bununla əlaqədar olaraq sentrifuqaların səmərəlilik əmsalı meydana gəlir.
(6.9)
Q və Qn – uyğun olaraq sentrifuqanın alınan fuqata görə həqiqi və nəzəri məhsuldarlıqlarıdır, m3/san.
Quruluşundan asılı olaraq çökdürücü sentrifuqalar üçün qiyməti müxtəlif olur və təcrübə yolu ilə təyin edilir.
qiymətinə əsasən (6.9) düsturu ilə sentrifuqanın həqiqi məhsuldarlığı təyin edilir.

Şəkil 6.2Çökdürücü sentrifuqanın iş sxemi.



Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə