Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir


Filtrləyici sentrifuqalarda gedən proseslər



Yüklə 135,11 Kb.
səhifə8/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə

6.3 Filtrləyici sentrifuqalarda gedən proseslər
Filtrləyici sentrifuqalar kobud dispersli suspenziyaları ayırmaq üçün kristallik və amorf maddələri mayedən ayırmaq üçün, bərk maddə hissələrinin və çöküntüləri yumaq və nəmdən ayırmaq üçün işlədilirlər.
Suspenziyanın filtrləyici sentrifuqalara ayrılması aşağıdakı 3 prosesin cəmindən ibarətdir:
1. Çöküntü layının əmələ gəlməsi
2. Çöküntünün çıxılması
3. Çöküntünün susuzlaşdırılması
Bu sentrifuqalarda alınan çöküntünü yumaq mümkündür.
Filtrləyici sentrifuqanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar ( şəkil6.3)
Suspenziya divarları deşikli barabana (3) yuxarı hissədən daxil olur. Barabanın fırlanması hesabına yaranan mərkəzdənqaçma qüvvəsinin təsiri altında qarışıq divara doğru itələnir. Nəticədə bərk hissəciklər filtrləyici arakəsmə səthində tutulur. Maye (filtrat) fuqat isə qüvvənin təsiri altında yaranan çöküntü layından, filtrləyici arakəsmədə (4) və barabanın deşiklərindən keçərkən xaric olur. Filtrləmə qurtardıqdan sonra sentrifuqa saxlanır, çöküntü (5) barabandan əl ilə boşaldılır.
Hal-hazırda əsasən avtomatlaşdırılmış dövri və ya fasiləsiz işləyən çöküntünü mexaniki boşaldan filtrləyici sentrifuqalardan istifadə olunur ki, bunlarda yüksək məhsuldar olmaları ilə və iş şəraitinin asanlığı ilə fərqlənirlər.
Sənayedə işlədilən təzyiqi 1 106 Pa (15 atm) qədər yüksələ bilir. Bunun nəticəsində sentrifuqalama zamanı kəskin sıxıla bilən çöküntülərdə məsaməlilik olduqca azalır, uyğun olaraq hidravlik müqavimət artır və beləliklədə suspenziyanın filtrləyici sentrifuqada ayrılması prosesinin sürəti azalır. Buna görə də çöküntüsü kəskin sıxıla bilən suspenziyaları filtrləyici sentrifuqalarda deyil, adi fitrlərdə ayırmaq daha məqsədə uyğundur.
Çökdürücü sentrifuqalarda olduğu kimi fitrləyici sentrifuqalarda məhsuldarlıq indeksi və səmərəlilik əmsalı ilə xarakterizə olunurlar.

Şəkil 6.3 Suspenziyanın filtrləyici sentrafuqada ayrılması



Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə