Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir



Yüklə 135,11 Kb.
səhifə3/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə

5.4 Çökdürücülərin hesabı
Çökdürücüləri layihə edərkən onları maye qarışığın ən kiçik hissəciyinin çökməsinə görə hesablayırlar. Ona görə də qarışığın çökdürücüdə qalma müddəti elə seçilməlidir ki, həmin müddətdə ən kiçik hissəcik çökə bilsin.
Fərz edək ki, τ san. zaman ərzində müəyyən qədər suspenziya qarışığı h,m hündürlükdə şəffaf maye layına və çöküntüyə ayrılmışdır. Aparatın çökdürücü səthi F olarsa vahid zamanda alınan şəffaf mayenin həcmi sərfi aşağıdakı tənliklə ifadə olunar.
Vş.m= (5.4)
τ zaman ərzində hissəciyin sürətlə getdiyi yol h,m olduğundan
(5.5)
Bu qiyməti (5.4) tənliyində yerinə yazsaq alarıq:


(5.6)
Tənlikdən (5.6) göründüyü kimi çökdürücünün məhsuldarlığı onun hündürlüyündən asılı deyildir. Ancaq sərbəst çökmə sürətindən və çökdürücü səthindən asılıdır. Ona görədə çökdürücüləri mümkün qədər böyük səthə malik olmaqla nisbətən kiçik hündürlükdə (1,8-4,5 m) hazırlayırlar.
Çökdürücü aparatın səthi (5.6) tənliyindən tapılır.


; m2
şəffaf mayenin həcmi sərfi

Vş.m = /san


Onda

burada Gş.m – şəffaf mayenin kütlə sərfidir, kq/san;
ρş.m – onun sıxlığıdır, kq/ m3;
- hissəciyin tərpənməz maye mühitdə sərbəst çökmə sürətidir m/san.
Prosesi maddə başlanğıcı üçün yazmaq olar.





5.5 Filtrləmə prosesi
5.5.1 Filtrləmə haqqında ümumi məlumat
Filtrləmə suspenziyaları məsaməli arakəsmənin köməyilə ayırmaq prosesinə deyilir. Bu zaman suspenziyanın maye hissəsi filtirləyici arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər isə onun səthində tutulur.
Suspenziyaların bu üsulla ayrılması filtirlərdə gedir. Bu aparatlar müxtəlif quruluşlu tutumlardan ibarət olub içərisində məsaməli arakəsmə yerləşdirilir. Filtirləyici arakəsmə filtiri iki hissəyə ayırır.



Şəkil 5.4 Filtrləmə prosesinin sxemi
P1 – P2
Arakəsmənin üstündəki P1 və altındakı P2 təzyiqlər fərqi filtrləmə prosesinin hərəkətverici qüvvəsidir və həmin qüvvənin təsiri altında maye arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər isə arakəsmənin səthində ilişib qalırlar. Beləliklə suspenziya qarışığı şəffaf mayeyə və nəm çöküntüyə ayrılır. Şəffaf mayeyə filtirat deyilir.
Filtirləmə prosesi maye suspenziya qarışığını bərk hissəciklərdən tam ayırır və buna görə də filtirləmə çökdürmə posesinə nisbətən böyük üstünlüyə malikdir.
Filtirləmə prosesi o vaxt keyfiyyətli gedir ki, filtirləyici arakəsmə məsamələrinin ölçüləri suspenziyadakı bərk hissəciklərin ölçülərindən kiçik olsun. Əks halda hissəciklər maye ilə birlikdə məsamələrdən keçib gedər və heç bir ayrılma getməz. Adətən bu hal az da olsa filtirləmə prosesinin başlanğıcında baş verir və onun nəticəsində filtirat əvvəlcə bulanıq alınır. Lakin müəyyən müddət keçdikdən sonra filtirat şəffaflaşır. Bunun səbəbi çöküntü layının əmələ gəlməsi ilə əlaqədardır. Çöküntü layı ən yaxşı filtirləyici arakəsmədir. Onun məsamələrinin ölçüləri daha kiçik olur və heç bir hissəciyi buraxmır.
Odur ki, filtirləmə prosesində başlıca rolu çöküntü layı oynayır. Filtirləyici arakəsmənin vəzifəsi isə çöküntü layını yaratmaqdır.
Filtirləmə prosesinin hərəkətverici qüvvəsi təzyiqlər fərqidir.
P1 – P2
Prosesi sürətləndirmək məqsədilə -ni artırmaqdan ötəri ya P1 təzyiqini artırmaq və ya P2 təzyiqini azaltmaq lazım gəlir.
Filtirləyici arakəsmənin üstündəki P1 təzyiqini artırmaq üçün bir neçə üsul vardır:
1)Filtirləyici arakəsmənin üstündəki suspenziya layının hündürlüyünü artırmaqla hidrostatik təzyiqi P1 artırmaq olar. Lakin bu üsulla P1 təzyiqini çox artırmaq olmur.
2)Zavod şəraitində P1 təzyiqini artırmaq üçün suspenziya filtrə sıxılmış hava və ya nasos vasitəsilə yüksək təzyiq altında vurulur. P2 təzyiqini azaltmaq üçün filtirləmə prosesi vakkum altında aparılır. Bundan ötəri filtiratın üstündə vakkum nasosun köməyilə seyrəklik yaradılır.
Filtrləmə prosesi təkcə suspenziyanın filtrata və çöküntüyə ayrılmasından ibarət deyildir. Bu prosesə çöküntünün yuyulması, hava ilə üfürülməsi və qurudulması mərhələlərinə daxildir
Çöküntünün yuyulması ideal sıxışdırılıb çıxarma üsulu ilə həyata keçirilir. Bundan ötəri nəm çöküntü layı təzyiq altında yuyucu maye (su) verilir. Yuyucu maye çöküntü layından keçərkən suspenziya mayesini sıxışdıraraq çöküntünün kapilyarlarından çıxarır və ona qarışır.
Çöküntünü qazla üfürməklə onu tam qurutmaq olmur, yalnız artıq mayeni oradan çıxarırlar. Çöküntünü qurutmaqdan ötəri üfürücü hava (qaz) əvəzinə isti hava (qaz) verilir və çöküntü tələb olunan quruluq dərəcəsinə qədər qurudulur.
Çöküntünün hava (qaz) ilə üfürülməsi onun tərkibində qalan yuyucu mayenin oradan çıxarılması üçün aparılır. Bundan ötəri adətən havadan və bəzən azot, karbon qazı kimi təsirsiz qazlardan da istifadə olunur.
Filtirləyici arakəsmə azbest parça, pambıq parça, yun parça, sintetik şüşə parçalardan hazırlanırlar. Bunlardan əlavə arakəsmə saxsı, metal, kvars, kömür materiallarından da hazırlanır. Filtirləyici arakəsmənin materialı filtirləmə prosesinin şəraitindən (məsamələrin ölçülərindən, hidravlik müqavimətindən, temperatur və təzyiqdən, mühitin kimyəvi yeyiciliyindən və s.) asılı olaraq seçilir.



Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə