Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir


Filtirlərin quruluşu və işləmə prinsipi



Yüklə 135,11 Kb.
səhifə5/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə

5.7 Filtirlərin quruluşu və işləmə prinsipi
İşləmə prinsipinə görə müasir filtrləri dövri və fasiləsiz işləyən filtrlərə bölmək olar. Onlarda təzyiqlər fərqi yaratmaq üsullarına görə isə filtrlər vakkum altında işləyən və təzyiq altında işləyən filtrlərə ayırırlar.
Dövri işləyən filtrlərə Nutç- filtrlərini, filtr presi kisəli filtrləri və s. filtrləri aid etmək olar.
Nutç filtrləri şaquli silindrik tutumdan ibarət olub, içərisində üfiqi vəziyyətdə filtrləyici arakəsmə yerləşdirilir. Bu filtrlər vakkum altında, hidrostatik təzyiq altında və nasosun köməyilə yaradılmış təzyiq altında işləyirlər.
Təzyiq altında (3 atm. qədər) işləyən Nutç filtrləri böyük filtrləmə sürətinə malik olurlar. Onlarda zəhərli və yanğına qarşı təhlükəli məhsul qarışıqlarını filtrləmək mümkündür.
Filtr-preslər dövri filtrlərin ən geniş işlədilən növüdür. Bu filtrlər çox incə dispersli və hətta kalloid hissəcikli çətin filtrlənən suspenziyaları ayırmaq üçün işlədilir.
Çərçivəli filtr-pres növbə ilə yığılmış plitə və çərçivələrdən ibarət olurlar. Piltə və çərçivələrin arasında filtrləyici arakəsmə qoyulur. Filtrə suspenziya təzyiq altında verildiyindən prosesin başlanğıcında filtrləmənin sürəti yüksək olur, lakin getdikcə yavaşıyır. Arakəsmənin səthində çöküntü layının qalınlığı artdıqca onun hidravlik müqavimətidə artır və nəticədə prosesin sürəti azalır. Bu filtrlərin müsbət cəhətlərindən onların böyük filtrləyici səthə malik olmalarını və hərəkət edən hissələrin olmalarını göstərmək olar. Mənfi cəhətlərindən isə onun istismarında əl əməyindən çox istifadə olunmasını göstərmək olar.
Bu filtrlərin təkmilləşdirilmiş növü avtomatlaşdırılmış filtr-presdir. Bu filtrlərdə plitələrin sıxılması, filtrləmə, çöküntünün yuyulması, onun üfürülməsi, çöküntünün boşaldılması və s. mərhələlərin aparılması avtomatlaşdırılmışdır.
Kisəli filtrlər müəyyən sayda filtr elementindən ibarətdir və onlar bir ümumi gövdənin içərisində yerləşdirilir. Hər bir element metallik karkasdan ibarət olub, filtrləyici parçadan tikilmiş kisənin içərisinə geydirilir. Filtr elementlərinin daxilinə keçən filtrat ayrıca çıxış ştuserlə çıxış yoluna yönəldilir və beləliklə filtrdən xaric olur. Kisələrin səthinə yığılan çöküntü isə dövrü olaraq təmizlənir.
Kimya sənayesində əsasən fasiləsiz işləyən filtrlərdən istifadə edilir. Bu filtrlər suspenziyanın filtrlənməsi və alınan çöküntünün yuyulması, qurudulması,


yuma II Suspenziyalaşdırma


I Suspenziyalaşdırma

s uspenziya

















Filtrləmə


Şəkil 5.6 Barabanlı vakuum filtrin işləmə sxemi.


boşadılması və filtrləyici arakəsmənin regenerasiyası mərhələləri eyni vaxtda fasiləsiz olaraq həyta keçirilir.
Fasiləsiz işləyən filtrlərə misal olaraq barabanlı və lentvari vakkum filtrləri göstərmək olar.
Barabanlı vakkum-filtr fasiləsiz işləyən aparat olub vakkum altında işləyir və filtrlərdə filtratın ağırlıq qüvvəsilə hərəkət istiqaməti bir-birinin əksinə yönəldilir (şəkil 5.6)
Sxemdən göründüyü kimi filtr silindrik üfiqi barabandan (1) ibarət olub çanağın(2) üstündə elə yerləşdirilir ki, onun filtrləyici səthinin 30-40 %-i çanaqdakı suspenziya içərisinə batırılmış olsun. Barabanın səthi deşikli olur və bu səth filtrləyici parça (3) ilə örtülür. Filtrləyici səthin altında seyrəklik (vakkum) yaradılır.
Alınan təzyiqlər fərqi hesabına filtrat sovrularaq arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər isə həmin səthdə tutulur və beləliklə çöküntü layı əmələ gəlir. Çöküntü layı yuyulduqdan sonra bıçaqla(4) baraban səthindən çıxarılır. Bərk hissəciklərin çökməsi üçün çanaq mexaniki (5) ilə təchiz olunur. Xüsusən arakəsmələr vasitəsilə barabanın daxilində bir sıra şöbələr yaradılmışdır və onlar müxtəlif kanallarla əlaqələndirilmişdir. Bu kanallar vasitəsilə şöbələrdən filtrat və yuyucu su xaric edilir. Həmçinin onların köməyilə çöküntünü bıçaqdan (4) qabaq üfürmək üçün buxar verilir.
Belliklə baraban bir dövr etdikdə o, ardıcıl olaraq (şəkl 5.7) filtrləmə , ilkin qurutma , yuma , ikinci qurutma , sıxılmış hava ilə üfürmə və buxarla regenerasiya zonalarından keçir, hər bir zonada filtrləmə prosesinin müvafiq mərhələləri həyata keçirilir nəticədə filtrdən fasiləsiz olaraq filtrat və çöküntü alınır.Lentvari filtrlər fasiləsiz işləyən vakkum-filtrlər olub bunlardan filtratın ağırlıq qüvvəsi ilə hərəkət istiqaməti uyğun gəlir.

Şəkil 5.7 Lentvari vakuum filtrin sxemi.

Sxemdən göründüyü kimi (şəkil 5.8) lentvari filtr uzun stoldan ibarət olub alt hissəsinə vakkum-kamera (3) bərkidilir ki, bu da filtrat boruları (8) və yuyucu su boruları (10) ilə əlaqələndirilir. Vukum-kameranın üstündə şaquli kanalları olan sonsuz rezin lent (4) hərəkət edir. Rezin lent aparan (1) və aparılan (6) barabanlara geydirilir. Filtrləyici parça (3) sonsuz lent halında rezin lentin üstünə sıxılır və roliklərin (7) köməyilə tarımlanır.


Suspenziya yönəldici latokun (5) köməyilə lentvari filtrin üzərinə verilir və vakkum-kamerada yaradılan vakkum hesabına filtrlənir nəticədə filtrat və çöküntü lay alınır. Çöküntü layı forsunkalardan (2) səpələnən su ilə yuyulur. Lentvari filtr materialı tarımlayıcı roliklərdən keçərkən əyilir və üstündəki çöküntü bunkerə (11) boşaldılır.
Lentvari vakkum-filtrin üstün cəhətlərindən quruluşunun sadə olmasının filtrat ilə yuyucu suyun dəqiq ayrılmasını, çöküntünün əks axınlı sxem üzrə yuyulmasının mümkün olmasını göstərmək olar. Onun mənfi cəhəti isə nisbətən böyük yer tutmasıdır.
Yuxarıda adları çəkilən filtrlərdən başqa daha bir sıra müxtəlif quruluşlu fltrlərdən yeri gəldikdə istifadə edilir.

Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə