Çökdürmə zamanı iki əsas tələb gözlənilməlidir


Çökdürücülərin quruluşu və işləmə prinsipi



Yüklə 135,11 Kb.
səhifə2/9
tarix11.12.2023
ölçüsü135,11 Kb.
#143474
1   2   3   4   5   6   7   8   9
M=3,10,11,12 çökdürmə

5.3 Çökdürücülərin quruluşu və işləmə prinsipi
Çökdürmə prosesini aparmaq üçün işlədilən aparatlara çökdürücülər deyilir. Bu aparat dövrü, yarımfəsiləsiz və fasiləsiz işləyən çökdürücülərə bölünürlər.
Sənayedə ən çox fasiləsiz işləyən çökdürücülərdən istifadə edilir. Şəkildə fasiləsiz işləyən çökdürücünün sxemi (şəkil 5.2) verilmişdir. Çökdürücü çox hündür olmayan silindirik çəndən (1) və konusvari dibdən (2) ibarətdir. Aparatın yuxarı hissəsinin daxili səthinə dairəvi nov (3) qaynaq olunur. Aparatın içərisində mexaniki qarışdırıcı (4) qoyulur və onun pərləri üzərində sıyırıcı kürəklər (5) bərkidilir. Qarışdırıcı 0,02-0,5 dövr/dəqiqə kiçik sürətlə fırlandıqca pərlər üzərindəki kürəklər aparatın dibinə çökərək yığılan çöküntü sıyrılır və mərkəzi çıxış yoluna (6) yönəldilir. Ayrılacaq suspenziya aparata fasiləsiz olaraq giriş borusu (7) ilə silindrik gövdənin orta hissəsinə verilir. Alınan şəffaf maye sıxışdırılaraq nova tökülür və çıxış ştuseri (8) ilə aparatdan xaric olur. Qatı suspenziya halında alınan çöküntü (tərkibində bərk maddənin qatılığı 35-55% kütlə) aparatın aşağısından diafraqmalı nasosun köməyi ilə xaric edilir.



Şəkil 5.2 Fasiləsiz işləyən çökdürücü
Sənaye şəraitində bu çökdürücülər daha səmərəli sayılırlar. Ona görə ki, onlar çox böyük məhsuldarlığa malik olmaqla (3000 t/gün çöküntü qədər) onların işi tam avtomatlaşdırılır. Bu aparatların çatışmayan cəhətlərinə gəldikdə onların çox böyük olmalarını və çox ərazi tutmalarını dametri 1,8 m-dən 3 m-ə qədər göstərmək olar. Bu çatışmayan cəhəti aradan qaldırmaq məqsədilə fasiləsiz çökdürücüləri çoxmərtəbəli hazırlayırlar ki, bu da bir neçə ədəd kiçik diametri çökdürücünün biri birinin üstündə quraşdırılmasından ibarətdir.
Emulsiya qarışıqlarını ayırmaq üçün ən çox fasiləsiz işləyən çökdürücülərdən istifadə edilir. Şaquli silindrik çökdürücünün istifadə sxemini aşağıdakı kimi göstərmək olar.

Şəkil 5.3 Emulsiya qarışıqların ayırmaq üçün fasiləsiz işləyən çökdürücü.

Sxemdən göründüyü kimi çökdürücü şaquli silindrik tutumundan ibarət olub giriş və çıxış boruları ilə təchiz edilir. Emulsiya geniş borusu ilə aparatın orta hündürlüyünə verilir. Burda iki ədəd deşikli(1 və 2) arakəsmə yerləşdirilir. Maye qarışığı laylara ayırdıqdan sonra yüngül maye aparatın yuxarısından, ağır maye isə aşağıdan çıxış borusu ilə xaric edilirlər. Çökdürülmüş yüngül və ağır mayelərin çıxım hündürlükləri aşağıdakı nisbətdə olmalıdır.




Yüklə 135,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə