Baki universitetiNİn xəBƏRLƏRİ №4 T



Yüklə 96.06 Kb.

tarix30.04.2018
ölçüsü96.06 Kb.
: Xeberler%20Jurnali -> Tebiet%20%202012%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Tebiet%20%202012%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 T


 

127 


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 



 

 

UOT 911.52  



 

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA YAŞAYIŞ 

MƏSKƏNLƏRİNİN VƏ ƏHALİNİN HÜNDÜRLÜK LANDŞAFT 

QURŞAQLARI ÜZRƏ PAYLANMA XÜSUSİYYƏTLƏRİ 

 

L.H.HƏSƏNƏLİYEVA 

Bakı Dövlət Universiteti 

leman.hasanaliyeva@rambler.ru 

 

M



əqalədə  Böyük  Qafqazın şimal-şərq yamacında  landşaftın  yüksəklik  hüdudları  üzrə 

əhalinin, yaşayış məskənlərinin və funksional təsərrüfat sahələrinin yerləşmə xüsusiyyətləri və 

istiqam

ətləri Azərbaycan Dövlət Statistika Komitəsinin 1999-2009-cu il əhalinin  siyahıyaal-

ması məlumatları əsasında təhlil olunur. Bu məlumatlar əsasında Böyük Qafqazın şimal-şərq 

yamacında əhalinin və yaşayış məntəqələrinin yerləşmə xüsusiyyətləri müəyyən edilmişdir. 

 

Açar sözl

ər:  landşaftın  diferensiasiyası,  əhali məskunlaşması,  yaşayış  məntəqələri, 

yüks


əklik paylanma xüsusiyyətləri, funksional təsərrüfat sahələri

 

 



Böyük Qafqazın şimal-şərq yamacında landşaftın yüksəklik diferensiasi-

yasından asılı olaraq əhalinin, yaşayış məskənlərinin və funksional təsərrüfat 

sah

ələrinin yerləşməsi bilavasitə ekoloji-coğrafi şəraitin (iqlim, relyef, litologi-



ya, geoloji quruluş, hidroloji və hidrogeoloji şərait) təsiri altında formalaşmış-

dır və landşaftın yüksəklik qurşaqlıq qanunauyğunluğuna tabedir. Yeni tekto-

nik m

ərhələdə  ərazinin dağlıq hissəsi cənub-şərqdən  şimal-qərbə  yelpikvari 



şəkildə  tektonik qalxmaya məruz  qalmışdır.  Ona  görə  Şahdağ,  Qızılqaya, 

Tufan, Bazardüzü sah

əsi ərazinin cənub-şərq hissəsinə nisbətən 8 dəfədən çox 

intensiv qalxmaya c

əlb  olunmuşdur.  Ərazinin  cənub-şərq hissəsində  Qərbi 

X

əzər dərinlik yarılması  ilə  kəsildiyindən relyef Vəlvələçaydan cənub-şərqə 



t

ədricən alçalır və Beşbarmaq dağı sahəsində relyefin mütləq yüksəkliyi 500-

550  m t

əşkil edir. Yüksəklik landşaft qurşaqları da relyefə uyğun olaraq cə-

nub-

şərq istiqamətdə ensizləşir və Vəlvələçaydan cənub-şərqə yüksək landşaft 



qurşaqları bir-bir sıradan çıxır. Nival və subnival landşaft qurşaqları Vəlvələ-

çaydan  şimal-qərbdə  yayıldığı  və  tam  əks  olunduğu  halda,  Vəlvələçaydan 

c

ənub-şərqə öz yerlərini alp və subalp çəmənliklərinə verir. Ərazinin Şahdağ, 



Qızılqaya, Tufan və Bazardüzü sahələri maksimal tektonik qalxma sahələrinə 

uyğun  gəlir və  relyefin mütləq yüksəkliyi bu zonada 4000-4400 m arasında 

d

əyişir. Regionun dağlıq hissəsində dağ-tundra və qışı soyuq rütubətli keçən 



so

yuq  iqlim  şəraitində  (8)  formalaşan  Samur, Qusarçay və  Qudyalçay kimi 




 

128 


 

gursulu da

ğ  çayları  formalaşır.  Bu  çayların  dağlardan  yuyub  gətirdiyi ma-

teriallar (çay

daşı,  qum,  gil  və  s.)  Şollar  düzənliyində  toplanaraq  qalın  örtük 

(100-200 

m)  yaradır.  Şollar  düzənliyində  isə  yayı  quraq  keçən mülayim isti 

yarımsəhra və  quruçöl  iqlim  şəraiti  hakimdir.  Ərazinin  litoloji  quruluşunun 

Şollar

 

düz



ənliyində

 

k



əskin dəyişməsi və qrunt suları ilə zəngin olması, burada 

əlverişli  ekoloji-coğrafi  şərait  yaradır.  Buna  görə  də  Samurçayla Vəlvələçay 

aras

ında yerləşən  Şollar



 

düz


ənliyi məhsuldar torpaq örtüyünə  malik olub

intensiv m

əskunlaşmaya  məruz  qalmışdır.  Ona  görə  də  bu  ərazilərdə  hələ 

q

ədimdən (b.e.ə. II minillik) əkinçilik  inkişaf  etmiş  və  müasir dövrdə  də 



aqrolandşaft sahələri meşələrin qırılma sahəsində geniş sahə tutur (6).  

Şollar  düzənliyində

 

əlverişli  ekoloji-coğrafi  şəraitin  formalaşması  sayə-



sind

ə  yaşayış  məskənləri və  orada məskunlaşmış  əhalinin  sayı  Samur-Şabran 

düz

ənliyinin digər sahələrinə nisbətən yüksəkdir və funksional təsərrüfat sahə-



l

əri burada çox istiqamətlidir. Vəlvələçaydan cənub-şərqə  Samur-Şabran dü-

z

ənliyində  iqlimin kəskin  quraqlaşması,  landşaftın  litoloji  əsasının  kəskin də-



yişməsi və  bu dəniz çöküntülərində  yerləşən  qrunt  sularının  yüksək mineral-

laşması  ilə  əlaqədar olaraq (32 q/l)  (9, 7) ərazinin  landşaft-ekoloji  şəraiti nis-

b

ətən pisləşir. Belə şəraitin formalaşması ərazidə yaşayış məntəqələrinin seyrək 



yerl

əşməsinə və bilavasitə çay yataqları (Vəlvələçay, Gilgilçay, Ataçay, Dəvə-

çiçay v

ə s.), suvarma kanalları, həmçinin Xəzər dənizinin sahil zonasında daha 



çox c

əmlənməsinə  səbəb olur. Samur-Şabran  düzənliyində  geofiziki  (1)  və 

landşaft-geomorfoloji (2, 3, 4, 5) tədqiqat  üsulları  ilə  bir  sıra  basdırılmış  an-

tiklinal strukturlar mü

əyyən  edilmişdir.  Bu  strukturlar  Samur-Şabran  düzən-

liyind


ə

 

suvarma kanallarının və arxların istiqamətlənməsində, həmçinin kənd və 



şəhər yaşayış məntəqələrinin əlverişli yerləşməsində mühüm rol oynayır. Belə 

ki,


 

basd


ırılmış  antiklinal  strukturlar  düzənlik relyefdə  kiçik qabarıq  sahələr 

ya

ratdığından  yaşayış  məntəqələri  daha  çox  onların  səthində  yerləşir.  Həmin 



sah

ələr nisbətən  əlverişli  drenaj  xüsusiyyətinə  malik  olduğundan  ilin  rütubətli 

dövründ

ə zəif bataqlaşmaya məruz qalır və yaşayış məntəqələrinin yerləşməsi 



üçün optimal ekolo

ji şərait yaranır. Belə yaşayış məntəqələrinə misal olaraq Tel, 

Çarxı, Xudat, Şirvanovka, Zizik kəndlərini və Xaçmaz şəhərini göstərmək olar.  

Xaçmaz rayonunda 151 yaşayış məntəqəsi olduğu halda, Vəlvələçaydan 

c

ənub-şərq istiqamətdə landşaftın aridləşməsi ilə əlaqədar olaraq Siyəzən rayo-



nu 

ərazisində yaşayış məntəqələrinin sayı 34-ə qədər azalır (32 kənd; 2 şəhər 

v

ə qəsəbə) və burada



 

yaşayış məntəqələri əsasən çay yataqları boyu yerləşir. 

Xaçmaz inzibati rayonu 

ərazisində 151 yaşayış  məntəqəsi, o cümlədən 

137  k

ənd; 14 şəhər və qəsəbə



 

yerl


əşir ki, bunların da ümumi əhalisinin sayı

 

159.245 n



əfər təşkil edir.  

C

ənub-şərq istiqamətdə mütləq yüksəkliyi 500 m-ə qədər olan düzənlik və 



da

ğətəyi  ərazilərdə  ekoloji  şəraitin kəskin aridləşməsi sayəsində  yaşayış  mən-

t

əqələrinin sayı və onlarda məskunlaşmış əhalinin sayı azalır. Bu yaşayış  mən-



t

əqələrinin Qusar rayonuna daxil olan ərazisində  sayı  90-dır  və  burada 87.857 

n

əfər  əhali  məskunlaşmışdır. Rayonun düzən hissəsində  500 m mütləq 



yüks

əklikdən alçaq sahələrdə 42 yaşayış məntəqəsi yerləşir (41 kənd; 1 qəsəbə). 




 

129 


 

Bu yaşayış məntəqələrində məskunlaşan ümumi əhalinin sayı 57.559 nəfər təşkil 

edir. Onlardan 41.093 n

əfər kəndlərdə, 16.466 nəfər şəhərdə məskunlaşmışdır. 

Böyük  Qafqazın  şimal-şərq  yamacında  500  m  mütləq  yüksəklikdən 

yuxarıda Quba rayonu ərazisində yerləşən 156 (148 kənd; 8 şəhər və qəsəbə) 

yaşayış məntəqəsində məskunlaşmış əhalinin ümumi sayı 152.452 nəfər təşkil 

edir. Rayon daxilind

ə 500 m mütləq yüksəklikdən aşağıda yerləşən 49 yaşayış 

m

əntəqəsində  (44  kənd; 5  qəsəbə) 52.528 nəfər  əhali məskunlaşmışdır.  Bu 



yaşayış  məntəqələrində  kəndlərdə  43.095 nəfər, qəsəbələrdə  isə  9.433 nəfər 

əhali  yaşayır.  Quba  rayonunun  dağlıq  hissəsində  107  yaşayış  məntəqəsi 

yerl

əşir  ki,(104  kənd; 3  şəhər və  qəsəbə) və  bu məntəqələrdə  məskunlaşmış 



əhalinin  sayı  99.924  nəfər təşkil  edir.  Bu  əhalinin 71.405 nəfəri kəndlərdə, 

28.519 n


əfəri isə şəhər və qəsəbələrdə məskunlaşmışdır. 

Şabran  rayonu  ərazisində  yaşayış  məntəqələrinin  ümumi  sayı  69  (68 

k

ənd; 1 şəhər) olub, burada məskunlaşmış əhalinin ümumi sayı 51.533 nəfər 



t

əşkil edir. Bu əhalinin 47.337 nəfəri 500 m mütləq yüksəklikdən aşağıda məs-

kunlaşmışdır. Rayonun düzənlik hissəsində yerləşən 46 yaşayış məntəqəsində 

(45 k


ənd; 1 şəhər) məskunlaşan 47.337 nəfər əhalinin 25.029 nəfəri kəndlərdə, 

22.308 n


əfəri isə şəhərdə yaşayır. Rayonun dağlıq hissəsində yerləşən 23 kənd 

yaşayış məntəqəsində məskunlaşan əhalinin sayı 4.196 nəfər təşkil edir. 

Siy

əzən rayonu ərazisində yerləşən 34 yaşayış məntəqəsində (32 kənd; 2 şə-



h

ər və qəsəbə) məskunlaşmış əhalinin ümumi sayı 37.654 nəfərdir. Onlardan 500 

m mütl

əq yüksəklikdən  aşağıda  yerləşən  21  yaşayış  məntəqəsində  (19  kənd, 1 



şəhər və  1  qəsəbə) 35.964 nəfər  əhali  yaşayır.  Bu  əhalinin 11.261 nəfəri 

k

əndlərdə, 24.703 nəfəri isə şəhər və qəsəbələrdə məskunlaşmışdır. Rayonunun 



500  m yüks

əklikdən  yuxarıda  yerləşən  dağlıq  hissəsində  13  yaşayış  məntəqəsi 

yerl

əşir ki, bunlarda məskunlaşmış əhalinin ümumi sayı 1.690 nəfər təşkil edir. 



T

ədqiq olunan ərazinin cənub-şərq kənarında yerləşən Xızı rayonu ərazi-

sind

ə

 



29 yaşayış məntəqəsi ( 25 kənd; 4 şəhər və qəsəbə) mövcuddur ki, bun-

lar


da yaşayan əhalinin ümumi sayı 14.731 nəfər təşkil edir.

 

Bu 



əhalinin 10.873 

n

əfəri 500  m mütləq yüksəklikdən  aşağıda  məskunlaşmışdır  (11  kənd və  2 



q

əsəbə). Burada məskunlaşmış  əhalinin 5.861 nəfəri kəndlərdə, 5.012 nəfəri 

is

ə  qəsəbələrdə  yaşayır.  Rayonun 500 m mütləq yüksəklikdən  yuxarıda  yer-



l

əşən dağlıq hissəsində 16 yaşayış məntəqəsində (14 kənd; 2 şəhər və qəsəbə) 

m

əskunlaşmış  əhalinin  sayı  3.858  nəfər təşkil  edir.  Burada  yaşayan  əhalinin 



1.399 n

əfəri kəndlərdə, 2.459 nəfəri isə şəhər və qəsəbələrdə məskunlaşmışdır. 

Az

ərbaycan Dövlət Statistika Komitəsinin 2009-cu il məlumatlarına əsa-



s

ən Böyük Qafqazın şimal-şərq yamacında mövcud olan 529 yaşayış məntəqə-

sind

ə 503.472 nəfər əhali məskunlaşmışdır (cədvəl 1). Tədqiqatların müqayi-



s

əli təhlili göstərir ki, son 10 il ərzində Böyük Qafqazın şimal-şərq yamacında 

ya

şayış  məntəqələri və  onlarda məskunlaşmış  əhalinin sayında artım  olmuş-



dur. Böyük Qafqazın şimal-şərq yamacında 1999-cu il siyahıyaalma məlumat-

larına əsasən yaşayış məntəqələrinin sayı 521, onlarda məskunlaşmış əhalinin 

sayı isə 454.534 nəfər olduğu halda, 2009-cu ildə yaşayış məntəqələrinin sayı 

529, onlarda m

əskunlaşmış əhalinin sayı isə 503.472 nəfər təşkil etmişdir.  



 

130 


 

C

ədvəl 1 



Böyük Qafqazın şimal-şərq yamacında əhalinin və yaşayış məntəqələrinin 

yüks

əklik qurşaqları üzrə yerləşməsi (2009) 

Yüks


əkliklər 

Y

üks



əkl

ik 


qur

şa

qla



rın

ın 


sa

si



 

Ya

şa



ş 

m



ənt

əq

əl



ər

in

in 



sa

 



Ə

ha

lini



sa



m

in



/n

əf

ər



 

Şə



m

ənt



əq

əl

ər



ini

n

 s



ay

ı 

Şə



əh



al

isi


ni

n

 



sa

,m



in/



K

ən



dl

ər

in 



sa

 



K

ənd 


əh

al

isi



ni

n

 



sa

, m



in/



K

əndlərdə 



əhalinin orta 

sayı, nəfərlə 

Əhalinin 

sıxlığı, 

n

əfər/km


2

 

10



0 km

2



 

nd



ri

n



 

sa



 

km

2



 

%  Say  % 

N

əfər  %  Say  %  Nəfər  %  Say  %  Nəfər  % 



Ümumi  K

ənd 


-28-0 

 

630.0 



9.0  40  7.5  18.834  3.7  1  3.2 

2.079 


1.2  40  8.0  18.834  5.7 

471 


30 

30 


0-200 


 

1264.5  18.1  179  33.8  229.884  45.7  18  58.1  113.870  65.6  161  32.4  114.304  34.6 

712 

182 


90 

13 


200-500 

 

1121.03  16.1  102  19.3  87.158  17.3  6  19.4  10.183  5.9  96  19.2  76.975  23.3 



802 

78 


67 

500-1000 



 

1267.35  18.2  118  22.3  131.631  26.1  4  12.8  44.627  25.7  113  22.7  86.635  26.3 

763 

104 


69 

1000-1500 



 

1117.55  14.5  65  12.3  27.161  5.4  2  6,5 

2.817 

1.6  63  12.7  24.344  7.5 



386 

24 


22 

1500-2000 



 

583.4 


8.4  20  3.8  6.014 

1.2 


 

 

 



 

20  4.0  6.014  1,8 

301 

10 


10 

2000-d



ən > 

 

1097.9  15.7  5 



1.0  2.790 

0.6 


 

 

 



 

1.0  2.790  0,8 



558 



C

əmi 



6981.73  100  529  100  503.472  100  31  100  173.576  100  498  100  329.896  100 

662 


72 

47 


 

M



əlumatlardan göründüyü kimi son 10 ildə  (1999-2009)  yaşayış  mən-

t

əqələrinin  sayı  8,  əhalinin sayında isə  48.938 nəfər  artım  müşahidə  olunur. 



(Respublika üzr

ə əhali siyahıyaalması 10 ildən bir aparıldığı üçün bizim təhlil 

m

əlumatları  2009-cu ilə  əsaslanmışdır)  Bu  illər  ərzində  kənd  yaşayış 



m

əntəqələrinin  sayı  müxtəlif səbəblərdən  asılı  olaraq  505-dən 498-ə  qədər 

azalmış, şəhər və qəsəbələrin sayı isə 16-dan 31-ə (7 şəhər, 24 qəsəbə) qədər 

artmışdır (qəsəbələrin artımı hesabına). Statistik məlumatların təhlilinə əsasən 

bel

ə  nəticəyə  gəlmək olar ki, ərazinin yüksəklik  diapazonları  üzrə  hər km



2

 

sah



əyə  düşən  əhalinin  orta  sıxlığı  500-1000 m mütləq yüksəkliyə  qədər 

artmışdır (3-16 nəfərə qədər) (10). 

Böyük Qafqazın şimal-şərq yamacında 500 m mütləq yüksəklikdən aşa-

ğıda yerləşən 322 yaşayış məntəqəsində məskunlaşmış əhalinin sayı 336.245 

n

əfərdir. Statistik məlumatlarının  təhlili göstərir  ki,  yaşayış  məntəqələrinin 



sayı  dağlıq  ərazidə  düzənlik  əraziyə  nisbətən  azdır.  Ərazinin  500  m-dən 

yüks


ək  dağlıq  hissəsində  207  yaşayış  məntəqəsində  məskunlaşmış  əhalinin 

ümumi sayı isə 167.227 nəfər təşkil edir. Tədqiq olunan ərazinin Samurçayla 

V

əlvələçay arasında relyef Qusar maili düzənliyinin hesabına xeyli genişlənir 



v

ə optimal ekoloji-coğrafi şəraitə malikdir. Burada yaşayış məntəqələri əsasən 

çay d

ərələrində və dağdaxili çökəkliklərdə yerləşir. Çay dərələri Yan silsiləni 



v

ə  Qusar maili düzənliyini perpendikulyar istiqamətdə  kəsib keçdiyindən, 

dağdaxili  çökəkliklər  başlıca  olaraq  Yan  silsilə  ilə  Baş  Qafqaz  silsiləsi ara-

sında yerləşir və Xınalıq, Söhüb, Yerfi, Qonaqkənd, Xaltan və s. çökəkliklər 

şəklində təzahür edir.  

Ərazinin ekoloji-coğrafi  şəraitindən  asılı  olaraq  yaşayış  məntəqələri öz 

böyüklüyün

ə və onlarda məskunlaşan əhalinin sayına görə bir-birindən kəskin 




 

131 


 

f

ərqlənir. Yaşayış məntəqələrinin relyefdən asılı olaraq yerləşmə xüsusiyyəti-



nin t

əhlili göstərir ki, əhalisinin  sayı  çox  olan  böyük  yaşayış  məntəqələri 

əsasən  əlverişli  ekoloji-geomorfoloji  şəraitə, optimal su təminatına  və  geniş 

t

əsərrüfat fəaliyyətinə malik olan dağətəyi düzənliklərdə, dağdaxili çökəklik-



l

ərdə və terraslarmış çay dərələrində yerləşir. Buna misal olaraq Quba rayonu-

nun I v

ə II Nügədi kəndlərinin, Rustov ərazi vahidini, Qonaqkənd qəsəbəsini 



v

ə s. göstərmək olar . 

T

ədqiq olunan ərazidə  istər kənd, istərsə  də  şəhər  yaşayış  məntəqələri 



relyefin yüks

əklik hüdudları üzrə qeyri-bərabər paylanmışdır. Böyük şəhərlər 

(Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) və kəndlər (I və II Nügədi kəndləri) 

akkumulyativ düz

ənliklərdə  və  yaxud bu düzənliklərin  alçaq  dağlığa  təmas 

etdiyi sah

ələrdə yerləşmişdir. Qusar və Quba şəhərləri uyğun olaraq Qusarçay 

v

ə Qudyalçayın gətirmə konuslarının zirvə və zirvə ətrafı hissəsində yerləşir. 



Quba v

ə Qusar şəhərləri 25-30 m-lik akkumulyativ terrasların səthində yerləş-

m

əklə, çay dərəsi boyu alçaqdağlığa daxil olur. Şimal-şərq hissədə isə relyefə 



uyğun olaraq yelpik şəklində genişlənir. Xaçmaz şəhəri isə Şollar düzənliyinin 

m

ərkəz hissəsində Qudyalçayla Qusarçayın gətirmə konuslarının terraslaşmış 



hiss

əsində 50 m mütləq yüksəklikdə yerləşir . 

Statistika m

əlumatlarının təhlilinə əsasən belə nəticəyə gəlmək olar ki, 

əhalinin və yaşayış məntəqələrinin böyük əksəriyyəti 500 m mütləq yüksəklik-

d

ən alçaqda yerləşir. Burada məskunlaşmış əhali funksional təsərrüfat sahələ-



rinin müxt

əlif istiqamətləri ilə  məşğuldurlar.  Ərazinin  düzənlik hissəsində 

taxılçılıq, tərəvəzçilik, bağçılıq təsərrüfatın əsas sahələrini təşkil edir. Samur-

Abşeron kanalından qərbdə əsas funksional təsərrüfat sahələri bağçılıqdan iba-

r

ətdir. Son dövrlərdə  dağətəyi sahələrdə  Bakı-Dərbənd magistral yolunun 



k

ənarlarında  yeni  bağ  sahələri  yaradılmışdır.  Bağçılıq  təsərrüfat sahəsi çay 

d

ərələri  boyu  alçaqdağlığın  içərilərinə  doğru  geniş  inkişaf  arealına  malikdir. 



Bağçılıq  təsərrüfat sahələri Samurçay dərəsi boyu Zuxul kəndinə  (800 m-ə 

q

ədər), Qusarçay dərəsi boyu Zindanmuruq-Caqar kəndlərinə (1000-1100 m-



ə), Vəlvələçay dərəsi boyu isə Qonaqkənd (1100-1200 m) yaşayış məntəqəsinə 

q

ədər geniş sahəni əhatə edir. Ərazinin Xəzərsahili zonasında balıqçılıq, düzən 



v

ə dağətəyi hissələrində quşçuluq, dağlıq hissəsində isə heyvandarlığın müx-

t

əlif istiqamətləri inkişaf etmişdir. 



 

 

 



 

ƏDƏBİYYAT 

1.

 



Абдуллаев Р.А., Джафаров Х.Д. Геолого-геофизическая характеристика Прикаспий-

ского нефтеносного района Азербайджана. Баку: Азерб.Гос.издат., 1962. 

2.

 

Будагов  Б.А.,  Микаилов  А.А.  Ландшафтно-геоморфологические  критерии  выделе-



ния  погребенных  структур  в  Кубинской  нефтегазоносной  зоне  (Азербайджанская 

ССР)  в  кн.  “Структурно-геоморфологические  исследования  при  нефтегазопоис-

ковых работах”, Ленинград , 1969, с. 57. 

3.

 



Будагов Б.А., Микаилов А.А. Погребенные поднятия и их влияние на формирова-

ние ландшафтов Самур-Дивичинский низменности. Известия АН Азерб.ССР, серия 

наука о Земли, 1979, № 6, с.49-54. 

4.

 



Будагов Б.А., Микаилов А.А. Развитие ландшафтов Юго-Восточного Кавказа в свя-

зи c новейшей тектоникой. Баку: Элм, 1985,176 с. 




 

132 


 

5.

 



Budaqov  B.Ə.,  Eminov  Z.İ.,  Mərdanov  İ.E.  Azərbaycanda  yaşayış  məntəqələrinin yük-

s

əklik qurşaqları üzrə yerləşmə qanunauyğunluqları. Bakı: AMEA Xəbərləri, Yer elmləri 



seriyası, №3, 2006.  

6.

 



Bünyadov Z.M. Az

ərbaycanda əkinçiliyin inkişaf tarixinə dair. Bakı: Elm, 1964.  

7.

 

Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlardan istifadə və geoekoloji 



probleml

əri. Bakı: Caşıoğlu, 2000, 326 s. 

8.

 

Климат Азербайджана. Под ред. Мадатзаде А.А., Шыхлинский Э.М. Баку: Элм, 1968.  



9.

 

Листенгартен  В.А.  Закономерности  формирования,  особенности  методики  оценки 



ресурсов  и  перспективы  использования  маломинерализованных  подземных  вод 

равнин Азербайджанской ССР. Баку: Элм, 1983.  

10.

 

H



əsənəliyeva  L.H.  Böyük  Qafqazın  şimal-şərq  yamacında  yüksəklik landşaft  qurşaqları 

üzr


ə əhalinin məskunlaşma xüsusiyyətləri. Bakı: BDU Xəbərləri, №2, 2010, s. 147-153. 

11.


 

Az

ərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası əhali-



sinin siyah

ıyaalması. Bakı, 1999, s. 565; 2009, s. 629. 



 

ОСОБЕННОСТИ РАСПРЕДЕЛЕНИЯ НАСЕЛЕНИЯ И НАСЕЛЕННЫХ  

ПУНКТОВ ПО ВЫСОТНЫМ ЛАНДШАФТНЫМ ПОЯСАМ  

СЕВЕРО-ВОСТОЧНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА 

 

Л.Г.ГАСАНАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  анализируется  распределение  населения  и  населенных  пунктов  по  вы-

сотным  ландшафтным  поясам  исследуемой  территории,  а  также  дается  анализ  диф-

ференциации ландшафтов данной территории. Анализ статистических данных выявил, 

что на данной территории большинство населенных пунктов и населения размещены в 

пределах равнинных ландшафтов.  

Статистический анализ показывает, что за последние 10 лет наблюдается рост в 

динамике населения и населенных пунктов исследуемой территории.  

 

Ключевые  слова:  дифференциация  ландшафтов,  расселение  населения,  населен-

ные пункты, распределения по высотным поясам, функциональная структура хозяйства 



 

DISTRIBUTION OF POPULATION AND SETTLEMENTS IN THE ECOSYSTEMS 

OF THE NORTH- EASTERN SLOPES OF THE GREATER CAUCASUS 

 

L.H.HASANALIYEVA 

 

SUMMARY 

 

The  article analyzes  the ecosystems of the  Greater  Caucasus and distribution of the 

population and settlements. The researches proved that the majority of ecosystems and highest 

density of population concentrate on the plains. 

The  statistics  shows that there is an increase in the dynamics of population in the re-

searched area. 

 

Key words: differentiation of landscape, people settlements, settliments, distribution of 

high-altitude zones, functional structure of the economy 



 

Redaksiyaya daxil oldu: 19.11.2012-ci il 

Çapa imzalandı: 14.02.2013-cü il 

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə