İkt-baza bilikləri



Yüklə 22,04 Kb.
tarix30.12.2023
ölçüsü22,04 Kb.
#164373
elyazma 1


"Leylatəpə mədəniyyəti," Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixi mərkəzinin bir hissəsi olan Leylatəpə ərazisində yerləşən zəngin mədəni və tarixi varisliyi ifadə edir. Bu ərazi UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilmişdir və 12-19-cu əsrlərdə inşa olunmuş strukturlar, tikintilər və mədəni tikintilər baxımından zəngin bir tarixi ənənəyə malikdir.
Leylatəpə mədəniyyət məhəlləsi əsasən tarixi binalar, dar xidmətçi kəndlər və təbii bağ-park əraziləri ilə tanınır. Bu ərazi, Azərbaycanın tarixi və ənənəvi memarlıq üslublarının əksini əks etdirən qədim tikintilər və abidələrlə diqqəti cəlb edir.
Bu ərazi dövlətin tarixi sırlarını və mədəni inkişafını öyrənmək üçün əhəmiyyətli bir məkan kimi tanınır. Leylatəpə mədəniyyət məhəlləsi, tarixi və ənənəvi inciləri ilə dünya mədəniyyəti üçün önəmli bir mənbəyi ifadə edir.
Bu mədəniyyət məhəlləsində bir sıra əhəmiyyətli abidələr, məscidlər və yaşayış binaları mövcuddur. Leylatəpə mədəniyyəti, gələcək nəsillərə ötürülən bir mədəni və tarixi mirası qorumağa və tanıtmağa nail olmağa çalışan Azərbaycanın ən böyük sərvətlərindən biridir.

Leylatəpə mədəniyyətinə şamil edilən Selaxan yaşayış yerində aşkar olunan keramika məmulatı bütün göstəriciləri ilə I Böyük Kəsik yaşayış yerinin və bu mədəniyyətə aid digər abidələrin keramikası ilə eyniyyət təşkil edir. Tapılan nümunələr qırmızı, qonur, az hallarda çəhrayı, tünd-boz və qara rənglidir. Tədqiqatçılar, Leylatəpə mədəniyyətinin digər abidələrində olduğu kimi, Selaxan yaşayış məskənində də aşkar edilmiş keramika məmulatını tərkibinə görə bitki qatışıqlı, təmiz tərkibli, qeyri-üzvi qatışıqlı, bitki və qeyri-üzvi qatışıqlı olmaqla dörd qrupa bölürlər. İlk iki qrup «keyfiyyətli keramika», üçüncüsü isə «kobud keramika» kateqoriyasına aid edilir. Nəcəf Müseyiblinin sözlərinə görə, keramika məmulatının əsas xüsusiyyətləri bu abidələrin və bütövlükdə Leylatəpə mədəniyyətinin bir tərəfdən Ön Asiya, digər tərəfdən isə Şimali Qafqazın Maykop mədəniyyəti ilə bağlı olduğunu sübut edir: “Saxsı qabların tipoloji olaraq ən yaxın paralelləri Şərqi Anadolu-Şimali Mesopotamiya bölgələrindəki Arslantəpə, Təpə Qavra, Tell Xəznə və digər abidələrdən məlumdur. Maykop mədəniyyətinin erkən mərhələsinə aid əksər abidələrdən belə qablar, o cümlədən üzərində “dulusçu işarələri” olan məmulatlar aşkar edilmişdir”. Son araşdırmalar Leylatəpə arxeoloji mədəniyyətinin, əvvəllər güman olunduğu kimi, Ubeyd və ya Uruk abidələri ilə bağlı olmadığını sübut edir. Leylatəpə mədəniyyətinə aid abidələrin tədqiqi bu mədəniyyətin mənşə etibarilə Uruk mədəniyyətinin Şimali Mesopotamiya və Şərqi Anadoluya yayılmasına qədərki post-ubeyd dövrü son xalkolit mədəniyyəti daşıyıcılarının həmin bölgələrdən Cənubi Qafqaza miqrasiyası nəticəsində meydana çıxdığını və Şimali Qafqazda Maykop mədəniyyətinin yaranması üçün bir mənbə olduğunu təsdiq edir.


Bu mədəniyyətə aid aşkar olunan küplər bir qayda olaraq «keyfiyyətli keramika» kateqoriyasına aiddir. Bu tip qablara aid ağız kənarları və gövdə fraqmentləri aşkar edilib. Bütün ağız kənarlarına aid hissələrdə dulus çarxında fırlanmanın izləri müşahidə olunur. Küplər qırmızı, qonur, az hallarda isə çəhrayı rənglidirlər. Ağız kənarları qıfşəkillidir. Küpələr isə əsasən iri ölçülüdür. Onların gili bitki qatışıqlıdır. Keyfiyyətli bişirilmiş bu qabların səthinə açıq-yaşıl rəngli anqob (naxış növü) çəkilmişdir. Dulus çarxında formalaşdırılmış bu küpələrin enli ağız kənarı qıfşəkilli sonluğu isə xaricdən azacıq qabarıqdır.

Bütün bu arxeoloji mədəniyyətlər sırasında Leylatəpə mədəniyyətinin xüsusi yeri vardır. Digər mədəniyyətlərin hamısı mənşəyi ilə yerli ənənələrlə bağlı idi. Leylatəpə mədəniyyəti isə e. ə. V minilliyin sonu-IV minilliyin əvvəllərində Şərqi Anadolu-Şimali Mesopotamiyadan (yuxarı Dəclə-Fərat regionu) Cənubi Qafqaza kütləvi axınlar nəticəsində meydana çıxmışdı. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Leylatəpə mədəniyyəti Cənubi Qafqazda bəzi yerli xüsusiyyətlərə də malik olmuşdur.


Leylatəpə mədəniyyəti XX əsrin 80-ci illərin əvvəllərində Qarabağda, Ağdam rayonu ərazisində İ.H.Nərimanov tərəfindən Xalkolit dövrünə aid Leylatəpə yaşayış məskəninin qazıntıları əsasında kəşf edilmişdir ( 11 с. 271-272). Leylatəpə abidəsinin tədqiqatları ilk dəfə olaraq, Cənubi Qafqazın yerli zəmində təşəkkül tapan və Yaxın Şərq mədəniyyətləri ilə mədəni-iqtisadi əlaqələrə malik Xalkolit komplekslərindən fərqli olaraq, mənşəyi ilə Ön Asiyaya bağlı yeni bir mədəniyyətin bu ərazilərdə mövcudluğunu sübut etmişdir. Leylatəpədə aparılan qazıntılar nəticəsində Cənubi Qafqazda bu mədəniyyətdən əvvəl, onunla sinxron və növbəti mərhələyə aid abidələrdən məlum olmayan özünəməxsus memarlıq, dulus çarxında yüksək keyfiyyətlə hazırlanmış keramika məmulatı, saxsı qablarda uşaq qəbirləri, metallurgiyanın yüksək inkişaf səviyyəsini göstərən tapıntılar bu mədəniyyətin Ön Asiya mənşəli olduğuna şübhə yeri qoymurdu. Bu, Qafqaz Xalkolitində keyfiyyətcə yeni, daha yüksək səviyyəli bir mədəniyyət olmuşdur. Leylatəpə yaşayış yerinin qazıntıları ilə yanaşı, həmin illərdə Qarabağda daha bir neçə bu tipli yaşayış məskənləri aşkar edilsə də, bu abidələrdə qazıntı işləri aparılmamışdır. Hələ 60-cı illərdə indiki Ermənistan ərazisində qazılmış, analoji keramikaya malik Texut yaşayış yerinin tədqiqatlarının nəticələri əsasən erməni dilində nəşr edilmiş, cənub-şərqi Gürcüstanın Berikldeebi yaşayış yerində isə kiçik həcmli qazıntı aparılmışdır. Hər iki abidənin qazıntılarının müəllifləri bu abidələrin sadəcə Yaxın Şərqlə sıx bağlı olduğunu yazmışlar. Lakin sonrakı araşdırmalar bu abidələrin də Leylatəpə mədəniyyətinə aid olduğunu göstərmişdir. Yaxın Şərqin Son Xalkoliti tipli keramikasına malik ilk abidə İ.H.Nərimanov və F.R.Mahmudov tərəfindən hələ 1965-ci ildə Cəlilabad rayonu ərazisində aşkar edilmişdir. Həmin ildə Muğan bölgəsinə ezam edilmiş bu tədqiqatçılar Mişarçayın sahilində Xalkolit və Tunc dövrlərinə aid bir neçə abidə aşkar etmişlər. Onlardan biri də VI Mişarcay Xalkolit dövrü yaşayış məskəni olmuşdur. Bu abidə təsərrüfat işləri nəticəsində dağıntıya məruz qalmış və üst qatdan yerüstü materiallar qismində sonralar Leylatəpədə aşkar edilmiş saxsı qablara bənzər keramika qalıqları da toplanmışdır. Bunlar bitki qatışıqlı və təmiz tərkibli gildən hazırlanmış, qıfşəkilli ağız kənarına malik iri küp fraqmentləridir ( 12, с. 90-91; 7, с. 53). Təəssüf ki, VI Mişarçayda arxeoloji qazıntılar aparılmadığından o dövrdə bu yaşayış məskəni fərqli bir mədəniyyətin abidəsi kimi qiymətləndirilməmişdir. Muğanda aşkar edilmiş yeni növ tapıntıların Cənubi Qafqazın erkən əkinçilik dövrü arxeoloji komplekslərindən tam fərqli bir mədəniyyətə aid olması yalnız 20 il sonra İ.H. Nərimanovun rəhbərliyi ilə Qarabağda Leylatəpə yaşayış məskənində aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir (11 с. 24-32; 7). İ.H.Nərimanov görkəmli arxeoloq R.M.Munçayevin rəhbərliyi ilə Mesopotamiyada tədqiqatlar aparan arxeoloji ekspedisiyanın tərkibində 1971- 1980-ci illərdə iştirak etmişdir (9). Məhz bu təcrübə sayəsində Ön Asiya abidələrinə yaxından bələd olan İ.H.Nərimanov sonrakı illərdə Leylatəpə yaşayış yerində apardığı qazıntılar zamanı bu abidənin Mesopotamiya mədəniyyətləri ilə bağlı olduğunu düzgün müəyyən edə bilmişdi.

Beləliklə, Leylatəpə mədəniyyətinin arxeoloji materiallarının müqayisəli təhlili bu mədəniyyəti tam əminliklə e.ə. IV minilliyin birinci yarısına aid etməyə imkan verir. Bu mədəniyyətin müxtəlif abidələri üzrə aparılan radiokarbon analizlərin də böyük əksəriyyəti məhz bu dövrü göstərir. Həmin analizlərdəki e.ə. V minilliyin son rübünü göstərən rəqəmlər (Böyük Kəsik, Alxantəpə) və bəzi arxeoloji materialların arxaik xarakteri Son Xalkolit dövründə Ön Asiyadan Cənubi Qafqaza ilk miqrasiyaların məhz həmin dövrdə başlandığını təsdiq etməyə əsas verir. Bu isə Leylatəpə mədəniyyətinin ilk mərhələsinin bir qədər də qədimə - e.ə. V minilliyin sonuna aid olduğunu göstərir. Ola bilsin ki, miqrasiyalar başlanğıcda – e.ə. V minilliyin sonunda kütləvi səciyyə daşımamış, sonrakı mərhələdə isə bu proses daha da intensivləşmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, analizlər edilmiş nümunələrin heç biri mədəni təbəqənin ən aşağı, materiküstü səviyyəsindən götürülməmişdir. Həmin səviyyələr üzrə analizlərin də gələcəkdə e.ə. V minilliyin sonuna aid olacağı istisna deyildir.



Qarabağda Leylatəpə yaşayış yerinin aşkar edilərək orada qazıntıların aparılması mühüm elmi əhəmiyyət kəsb edir. İlk növbədə bu yaşayış yerinin tədqiqatları əsasında Azərbaycanın və bütövlükdə Qafqazın arxeologiya elmində yeni bir mədəniyyət kəşf edildi. Eyni zamanda bu kəşf Azərbaycanın qədim ərazisinin Ön Asiyanın yüksək inkişaf etmiş Xalkolit dövrü mədəniy- 42 Nəcəf Müseyibli yətlərinin yayılma arealına daxil olduğunu göstərmişdir. Hazırda Qarabağ, Gəncə-Qazax, Muğan bölgələrində, Qəbələ və Xaçmaz rayonlarında bu mədəniyyətə aid çoxsaylı abidələr məlumdur. Yaxın gələcəkdə aparılacaq çöl tədqiqatları nəticəsində Leylatəpə mədəniyyətinə aid yeni abidələrin aşkar ediləcəyi istisna deyil. Digər tərəfdən, Leylatəpə yaşayış yerinin tədqiqatları əsasında kəşf edilmiş arxeoloji mədəniyyət beynəlxalq elmi əhəmiyyət daşıyır. Tədqi-qatlar sübut edir ki, Leylatəpə mədəniyyəti mənşə etibarilə Şərqi Anadolu-Şimali Mesopotamiyanın Tell Hamoukar, Oylum Höyük, Amuq F, Arslantəpə VII, Hacınəbi, Zeytinli Bahçe, Təpə Qavra və s. abidələrinin ənənələri ilə bilavasitə bağlıdır. Eyni zamanda, son on beş ildə bu mədəniyyətin abidələrində aparılan tədqiqatlar yüz ildən artıq müddətdə araşdırılan Şimali Qafqazın dünya arxeologiya elmində məşhur olan Maykop mədəniyyətinin (e.ə. IV minilliyin birinci yarısı) məhz Leylatəpə mədəniyyətinin ənənələri əsasında meydana çıxdığı sübut edilmişdir.
Yüklə 22,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə