*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Qazımada əyriliklə mübarizə****



Yüklə 200,59 Kb.
səhifə28/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
rafiq m

3.Qazımada əyriliklə mübarizə****
Neft quyuları, onların oxunun vəziyyətindən asılı olaraq ayrı-ayrı qruplara bölünür:

  1. vertikal quyular ;

  2. mail quyular ;

  3. əyri quyular .

Bəzən quyu ağzının və onun dibinin horizontal müstəvi üzərinə olan proyeksiyaları arasındakı məsafə çox da böyük olmur, lakin mail və çox əyri quyularda bu məsafə böyük olur.
Qazıma zamanı əyri quyu, qazıma kəmərinin daha gərgin şəraitdə fırlanması nəticəsində, boruların daha tez sıradan çıxmasına və qəzaya uğramasına səbəb olur. Endirmə-qaldırma əməliyyatında, habelə qoruyucukəmər endirildikdə və ya quyu sementləndikdə çətinliklər yaradır; qəzaya uğramış alətin tutma işlərini mürəkkəbləşdirir və s.
Nəhayət, istismar zamanı əyri quyu yatağın düzgün istismarını pozur, çünki əyri quyuların dibi ya bir-birindən uzaqlaşır, ya da bir-birinə daha da yaxınlaşır ki, bu da layın normal istismarı şəraitindən xaricdir. Dərinlik nasosu ilə istismar edilən əyri quyuda iş şəraiti mürəkkəbləşir, ştanqlar və nasos boruları tez yeyilir, əyri quyuda

ümumiyyətlə endirmə-qaldırma işləri şətinləşməklə bərabər, əyrilik istismar borularının tez sıradan çıxmasına səbəb olur və s.


Əyriliyin istiqaməti.Eyni qazıma sahəsində əyrin quyuların əuriliyi başqa-başqa istiqamətdə ola bilər. Lakin qazılan laylar mail olduqda, adətən rotorla qazılan quyuda əyilmə istiqaməti aşağıdakı iki şərtə uyğun olur: a) quyunun oxu, qazılan layların maillik müstəvisinə perpendikulyar vəziyyət almağa çalışır; b) quyunu vertikalla təşkil etdiyi bicaq, layların maillik bucağındankiçik, ya da ona bərabər olur
Əyriliyin səbəbləri.Qazımada quyunun əyilməsinə bir çox səbəblər bais olur. Bunlardan ən mühüm texnoloji səbəblərdir. Məsələn, qazılan süxurlar tez-tez bərkdən-boşa və ya boşdan-bərkə keçdikdə, qazıma rejimi bu şərtə müvafiq olmazsa, belə keçidlər quyunun əyilməsinə səbəb ola bilər. Habelə layların böyük mailliyi və bu kimi başqa tektonik pozğunluqlar, baltaya verilən yükün vəziyyətə müvafiq olmaması, gilli məhlulun keyfiyyətsizliyi, kafi olması və digər bir sıra texniki səbəblər də quyuda əyrilik yarada bilər.
Qazıma təcrübəsində layların 100 qədər mailliyə - az mailli, 10-300 qədər mailliyinə - orta mailli və maillik bucağı 300-dən artıq olduqda bu laylara çox mailli yataqlar deyilir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə