Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid



Yüklə 5,47 Kb.

tarix06.05.2018
ölçüsü5,47 Kb.

background image
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid 

aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı 

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi 

üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin 

sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə 

kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar 

tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) 

manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi 

kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının 

Prezidentinə məlumat versin; 

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə 

bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin; 

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların 

quraşdırılmasını qısa müddətdə təmin etsin. 

İlham 

Əliyev 


Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 23 yanvar 2017-ci il. 



 

: documents -> fermanlar -> 2017 -> yanvar-fevral
2017 -> Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
yanvar-fevral -> Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
fermanlar -> Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal
fermanlar -> Qaydalari ümumi müddəalar
fermanlar -> 2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 470; 2006, №7, maddə 590; 2009, №3, maddə 163
fermanlar -> İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə