Mühazirə 5 İstedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsində "Məhlullar" mövzusunun tədrisi



Yüklə 44,25 Kb.
səhifə1/4
tarix22.01.2023
ölçüsü44,25 Kb.
#98962
növüMühazirə
  1   2   3   4
2 5451935282569945238


Müəllif: k.ü.f.d., N.Y.Babayeva
Mühazirə - 5
İstedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsində “Məhlullar” mövzusunun tədrisi

Plan:
1. Məhlulun qatılığının faizlə ifadəsi
2. Eyni maddənin məhlullarının qarışdırılmasından alınan məhlulun qatılığın ifadəsi 3. Sıxlıq verildikdə iki məhlulun qarışdırılmasına aid faizli qatılığın (kütlə payının) hesablanması
4. Məhlulun molyar qatılığı 5. Məhlulun molyal qatılığı 6. Məsələ həll etməyin şagirdin inkişafında rolu

Kimya proqramında “Məhlullar” bəhsinin şagird yaradıcıllığının inkişaf etdirilməsində böyük əhəmiyyəti vardır. Əgər şagirdlərə düzgün istiqamət verilərsə onlar bu prosesi düzgün başa düşür və hər tipə aid məsələ həll edərlər. Təcrübə və tədqiqatlar göstərir ki, istedadlı şagirdlər məhlullara aid məsələlərin düzgün həllinə tez nail olurlar, başa düşür və tətbiq edirlər. Bu prosesdə sadədən mürəkkəbə doğru məsələlər həll edilərsə, şagird düşünür, praktiki yolla məsələni həll etməyi qarşıya məqsəd qoyur, öyrəndiyini müşahidələrdə həyata keçirməyə çalışır. Ona görə də məhlulların qatılığına aid məsələlər həll etməklə, şagirdlərin idrak qabiliyyətini formalaşdırmaq lazımdır.


1. Məhlulun qatılığının faizlə ifadəsi
Məsələ: 200 q 15 %- li məhlul hazırlamaq üçün nə qədər duz və su götürüldüyünü hesablayın.
Həlli: 15%-li məhlul o deməkdir ki, 100 q məhlulda 15q həll olan maddə vardır. Tənasüb qurulur:
100 q məhlulda ——— 15 q maddə varsa x= 30 q
200 q məhlulda ——— x olar
Suyun miqdarı tapılır:
200-30 = 170 q su
Cavab: 30 q duz və 170 q su götürmək lazımdır.
2. Eyni maddənin məhlullarının qarışdırılmasından alınan məhlulun qatılığın ifadəsi
Məsələ 1 :300 q 10%-li Na2CO3 məhlulu üzərinə 200q 20%-li natrium karbonat məhlulu əlavə edilməlidir. Alınmış məhlulun faizlə qatılığını tapın.
Bu məsələni müxtəlif cür həll etmək olar.
Həlli: I variant. 1. Birinci məhlulda maddənin miqdarı tapılır. Tənasüb qurulur. 10%-li məhlul o deməkdir ki, 100 q məhlulda 10 q maddə var. Onda,
100q məhlulda ——— 10 q maddə varsa x = =30 q
300q məhlulda ——— x q olar
Maddənin miqdarı m1= 30q, məhlulun kütləsi m2=300q
2. İkinci məhlulda maddənin miqdarı tapılır. Tənasüb qurulur:
100 q məhlulda ——— 20 q Na2CO3 varsa x = = 40q
200 q məhlulda ——— x q olar
Maddənin miqdarı m2 = 40q, məhlulun kütləsi m2 = 200 q
3. Məhlullar qarışdırıldıqdan sonra yeni məhlulun kütləsi tapılır:
m1 + m2 = 300 + 200= 500 q
4. Yeni məhlulda həll olan maddənin kütləsi tapılır:
m 1 + m 2= 30 + 40 =70 q
5. Faizlə qatılıq tapılır. Tənasüb qurulur:
500 —— 70 x = = 14%
100 —— x
II variant: Bu tip məsələlər üçün aşağıdakı düstur tətbiq edilir:




Yüklə 44,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə