*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə2/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   2   3   4   5   6   7   8   9   ...   35
rafiq m

Üfüqi qazma metodları.Üfüqi qazma, vertikaldan 00-də başlayıb kollektorun giriş nöqtəsində 900-dəə bitməklə, quyunun səthində şaquli quyu hissəsi ilə, sonra qabaqcadan təyin edilmi.şş KOD (\yilmə nöqtəsi) dərinliyində maillənmiş quyu hissəsi ilə başlayır. Kollektora giriş nöqtəsinə çatmaq üçün əyilmiş maili hissələri qazmaqdan ötrü aşağıdakı metoslardan istifadə edilir:
-böyük radiuslu – BR (LR) metod
-orta radiuslu – OR (MR) metod
-kiçik radiuslu – KR (SR) metod
-çox kiçik radiuslu – ÇKR (USR) metod
Üfqi quyu profillərinin layihələndirilməsi.Üfqi quyu (ÜQ) profilini layihələndirmək üçün əvvəlcə quyu profilinin tipini və konfiqurasiyasını təyin etmək la­zımdır. Bunun müvəffəqiyyətlə həyata keçirilməsi üçün ayrı-ayrı intervallar üzrə qazıma kəmərinin aşağı hissəsinin düz­gün seçilməsi, qazıma və qoruyucu kəmərlərin müxtəlif gər­gin­­liklərə hesablanması, onların lülə içərisində hərəkətetmə qabiliyyəti və s. təyin edilməlidir.
Üfqi quyu profillərinin tipləri.

Xarici ölkələrdə üfqi quyu (ÜQ) profillərinin lülənin şaquli intervalından üfqi intervala keçdikdə əyrilik radiusundan asılı olaraq təsnifatı qəbul olunmuşdur. Əyrilik radiusları aşağıdakı kateqoriyalara bölünür:


-böyük-300 - 900m-ə (quyu lüləsinin əyrilik intensivliyi 2-6 dər/30m uyğun gəlir);
-orta–90-210m-ə (quyu lüləsinin əyrilik intensivliyi 8-20 dər/30m uyğun gəlir);
-kiçik– 6 - 12m-ə (quyu lüləsinin əyrilik intensivliyi 5-10 dər/m-ə uyğun gəlir).


2.Bucurqadın təyinatı *
Qazıma bucurqadlarının vəzifəsi qazıma kəmərini endirib-qaldırmaq, qazıma borularının və qoruyucu boruların yi-vini bağlayıb-açmaq, qoruyucu kəməri quyuya endirmək, habelə qazıma prosesində alətin verişini təmin etmək, hərəkəti rotora ötürmək və köməkçi işləri yerinə yetirməkdən ibarətdir.
Qazıma bucurqadları qazımanın səmərəliliyini təyin edən qazıma kompleksinin baş aqreqatlarına (dəzgahına) aiddir. Qeyd olunmalıdır ki, onlardan istər endirib-qaldırma əməliyyatlarında, istərsə də quyunun qazılması zamanı istifadə olunur.
Qazıma bucurqadları və tal sisteminin köməyilə qazıma kəmərini endirir, qaldırır və asılı vəziyyətdə saxlayır, qoruyucu kəmərləri quyuya endirirlər. Qaldırma zamanı intiqaldan bucur-qadın barabanına ötürülən fırlanma hərəkəti tal kanatının vasi-təsilə tal blokunun və qarmağın irəliləmə hərəkətinə çevrilir. Endirmə zamanı isə əyləmə quruluşları quyuya endirilən kəmər-lərin ağırlığından yaranan sürəti məhdudlaşdırır. Qazıma bucur-qadlarından eləcə də rotora hərəkət vermək, boruları bağlayıb-açmaq üçün istifadə olunur.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə