*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə9/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
rafiq m

9. Qazıma rejımının təyını *
Qazıma rejimini təyin etmək – qazılan süxurların xassə-lərinə və onların yerləşməsinə müvafiq olaraq, boyuna yükü P, dövrlər sayını n, qazıma məhlulun sərfini Q və qazıma məhlu-lun keyfiyyətini düzgün seçmək lazımdır.
Deməli üç rejim parametrləri mövcuddur:
1.Baltaya verilən oxboyu yük P;
2.Qazıma məhlulunun miqdarı Q və keyfiyyəti;
3. Qazıma baltasının dövrlər sayı n.
Kəsici tipli baltalarla işlədikdə, qazıma rejimi qazımaya verilə biləcək gücə əsasən seçilməlidir. Bu gücə müvafiq olaraq, P, n, Q arasında elə nisbət təyin edilməlidir ki, qazımanın maksimum keyfiyyət və kəmiyyət göstəriciləri əldə edilsin. Bu zaman qazıma borularının texniki imkanı, möhkəmliyi və buruq mexanizmlərinin normal iş şəraiti nəzərə alınmalıdır.
Quyunu daim orta boyuna yüklə qazımaq doğru deyil. Bu, qazımanın göstəricilərini azaldır.
Qazıma rejiminin seçilməsi adətən (xüsusən bərk süxurları qazıdıqda) boyuna yükdən başlanmışdır. Qazılacaq süxurların bərkliyinə, baltanın tipinə və ölçüsünə müvafiq olaraq, boyuna yük, qazıma borularının möhkəmliyi imkan verincəyə qədər böyük olmalıdır. Dövrlər sayı isə elə seşilməlidir ki, qazımaya verilən gücdən tamamən istifadə edilsin. Lakin bəzən (yumşaq süxurları qzıyarkən, əyrilik ehtmalı olan intervallarda və s.) qazıma rejiminin seçilməsi dövrlər sayını təyin etməkdən başlanır.
Quyunun dərinliyi artdıqca, qazıma kəmərinin boş fırlanmasına sərf edilən güc də artır. Odur ki, qazımaya verilən gücün sabit qalması üçün quyu dərinləşdikcə dövrlər sayı və ya boyuna yük azaldılmalıdır. Bu halda dövrlər sayını azaltmaq daha düzgündür. Quyuda cərəyan edən qazıma məhlulunun sərfi, nasosların maksimum imkanından alınmalıdır (yalnız müstəsna hallarda, quyuda xüsusi işlər aparılan zaman sərf azaldıla bilər).
Quyuların əyriliyilə mübarizə təcrübəsi göstərir ki, baltanın dövrlər sayı artdıqca, quyunun əyilməsi nisbətən az olur. Odur ki, əyilmə ehtmalı olan geoloji təbəqələrdə baltanın dövrlər sayı mümkün qədər (buruqda texniki imkan varsa 300-420 dövr/dəq qədər) artırılmaldır.
Qazıma avadanlığının potensial imkanlarından maksi­mum istifadə etməklə, qazımanın yüksək kəmiyyət və keyfiy­yət göstəricilərini təmin edən və asan idarə edilə bilən parametrlərin kombinasiyasına səmərəli qazıma rejimi deyilir. Əlavə olaraq, az maddi vəsait sərf etməklə, yuxarıda qeyd edilən şərtləri tam ödəyən qazıma rejimi isə optimal qazıma rejimi adlanır. Hər iki rejimdə layihədə nəzərdə tutulan rejim parametrlərinin seçilməsində və həyata keçirilməsində heç bir məhdudiyyət olmur.
Əgər qazıma avadanlığı rejim parametrlərinin seçilmiş qiymətlərini təmin edə bilmirsə, elektrik mühərriklərinin gücü tələb edilən həddi ödəyə bilmirsə, ağırlaşdırılmış qazıma boru-larının uzunluğu layihədə nəzərdə tutulan oxboyu yükü həyata keçirməyə imkan vermirsə, qazıma kəmərinin aşağı hissəsinin sərtliyi tələb edilən həddən aşağıdırsa, qazıma nasosları lazım olan məhsuldarlıqla işləyə bilmirsə, belə qazıma rejiminə məhdud qazıma rejimi deyilir.
Xüsusi texnoloji məsələlərin həll edilməsini təmin edən qazıma rejiminə isə xüsusi qazıma rejimi deyilir. Keyfiyyət göstəricilərinə: quyu lüləsinin tələb olunan dərinlikdə yan tərəfə kəsilməsi, azimut və əyriliyinin düzəldilməsi, quyu dibindəki kənar cismin qazılması, quyudan süxur nümunəsi götürülməsi və s aiddir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə