*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə10/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
rafiq m

**(iki ulduz)
1.Tal və kronblokun təyinatı və vəzifələri**

Tal blokları və kronbloklar tal sistemi polispast mexanizminin əsas düyünləridir. Tal bloku və ona asılmış qazıma qarmağı yaxud elevatorla birlikdə tal sisteminin hərəkətli hissəsini təşkil edir. Kronblok tərpənməz düyün olub tal sisteminin qarmaqdakı yüklə birlikdə hərəkətli hissəsini vışka üzərində saxlamaq üçün tətbiq olunur. Hər bir şkiv (qasnaq) adətən bir cüt diyirlənmə yastığı üzərində quraşdırılaraq ox üzərində oturdulur.


Tal blokları ancaq biroxlu olurlar (şəkil 3.10). Kronbloklar isə ikioxlu da ola bilərlər (şəkil 3.11). Ən geniş yayılanı, hazırlanma və istismar üçün rahat olanı iki oxlu iki dayaqlı konstruksiyadır.
Biroxlu tal bloku:1-sırğa;2-barmaqcıq;3-asılqan(podveska);4-yan polad vərəqlər;5-kanat bloku;6-yastıqlar;7-ox; 8,9-şaybalar; 10-yuxarı traves 11-kojux
Tal blokları konstruktiv sxemlərinə görə bir-birindən az fərqlənirlər. Onlar müxtəlif yükqaldırma qabiliyyətlərinə və uyğun olaraq qasnaqların sayına və əsas detalların ölçülərinə görə fərqlənirlər.
Dərin qazıma üçün qurğuların tal bloklarının texniki xarakteristikaları cədvəl 3.3-də verilmişdir. Kroblokların və tal bloklarının qasnaqları rahat fırlanmalı, yastıqları isə asanlıqla yağlanmalıdır. Tal blokunun qasnaqları ilə yanaqları arasındakı məsafə elə olmalıdır ki, kanat araya keçə bilməsin. Eləcə də tal blokunun ağırlıq mərkəzi onun iş zamanı çevrilə bilməsinə imkan verməməlidir.
Tal bloku ilə işlədikdə kanatın qasnaq novlarından kənara çıxması qarşısını almaqdan ötrü onların xüsusi örtüyü olmalıdır.
Kronblok(şəkil 3.11) vışkanın yuxarı hissəsində xüsusi tirlər (rigel) üzərində oturdulur.
İkioxlu УКБА7-500 tipli kronblok :1-rama;2-örtük;3,4-dayaq yastığı;5-köməkçi blok;6-üçqasnaqlı bolmə;7-dördqasnaqlı bölmə;8-köməkçiblok

2.Almazlı və PDC baltalar haqda məlumat
Almazlı baltalardan (şəkil 6.16) əsasən dərin quyuların aşağı intervallarındakı bərk və orta bərk, eləcə də az və orta abraziv süxurları qazıyarkən istifadə olunur. Almazlı baltalardan düzgün istifadə etdikdə yüksək reys sürətinə, endirmə-qaldırma əməliyyatının azaldılmasına, şaquli quyular qazdıqda isə əyriliyin azalmasına nail olmaq mümkündür. Almazlı baltalar:
1-radial;
2-spiralşəkilli;
3-pilləli olurlar.
Almazlı baltalar 0,35-0,5 karat 10-20 ədəd xırda almaz parçaları ilə təchiz edilir. Bu almazlar xüsusi tərkibli matrisa üzərində yerləşdirilir.
Almazlı baltalar bərk və kövrək süxurları əzib ovxalayaraq dağıdır. Belə baltalar baha başa gəlir, ancaq praktikada tamamilə özünü doğruldur.Ən çox istifadə olunan almazlı baltaların diametri 159, 188, 212, 241 və 267 mm.

Quyuların qazılması üsulundan asılı olmayaraq, baltaların bir sıra keyfiyyət göstəriciləri vardır:


1.Baltanın və ya qazımanın mexaniki sürəti;
2.Baltanın və ya qazımanın reys sürəti;
3. Reys keçidi;
4.Qazımanın kommersiya sürəti – bir dəzgah-aya düşən metrlə-rin sayını göstərir.
Baltanın işlək səthi müxtəlif ölçülü almazlarla təchiz edilir.
Almaz – kövrək mineraldır. Yüksək tempe-raturda (2000-30000S) almaz oksigen daxil olmadan qrafitə çevrilir. Halvada almaz 850-10000S temperaturda yanır
Təbiətdə almazın aqreqat müxtəlifliyi olur – bunlar bort, karbonado, ballas, konqo minerallarıdır.Almaz baltaların diametrləri şaroşkalı və pərli baltaların diametrlərindən 1,5-2,5 mm az hazırlanır.
Baltaların işçi səthində almazın yerləşməsinə görə fərqlə-nirlər: radial, şahmat qaydası, konsentrik, spiralvarı sxemli
Almaz baltaların tipləri: a) DR; b) DK; v) DL; q) DV; d) Dİ; e) DU (DUS); 1 – gövdə, 2 – matrisa, 3 – almaz, 4 – nipel, 5,7,8 – məhlul kanalı, 6 – nişan yeri, D –baltanın diametri, d – gövdəsinin diametri, H – hündürlüyü

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə