1. Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslanmaqla
müəssisə və əhali müayinələrində seçmə məcmunun
əlaqələndirilməsinə və rotasiyaya dair
Müqəddimə
Məlum olduğu kimi, ancaq iqtisadi artım inkişafı tam təmin edə bilmir. Ekoloji və
sosial inkişaf ölkənin rəqabət qabiliyyətinin artırılmasına
əhəmiyyətli dərəcədə təsir
göstərdiyi üçün bir çox ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatına üstünlük verilir
.
Təbii ehtiyatların mühafizəsi və bərpası, əhalinin həyat səviyyəsinin yüksəlməsi inkişafın
prioritet istiqamətlərindən biri hesab edilir. Belə inkişaf davamlı olur, ətraf mühit
qorunur, əhalinin sağlamlığı, yüksək həyat şəraiti təmin edilir,
təbii və ins
an
ehtiyatlarından səmərəli istifadə edilir, işsizlik və yoxsulluq səviyyəsi aradan qaldırılır.
Qeyd edilməlidir ki, sosial problemlərin həlli öz növbəsində ekoloji və iqtisadi
problemlərin həllindən asılıdır.
Bazar iqtisadiyyatı
şəraitində sosial
-iqtisa
di proseslərin tənzimlənməsi üçün
mühüm vəzifələrdən biri də dövlət qurumları və ictimaiyyəti doğru
-
düzgün məlumatlarla
təmin etməkdir. Azərbaycan Respublikasında Rəsmi statistikanın
təkmilləşdirilməsinə
dair Dövlət proqramlarına uyğun olaraq sosial statistikanın təkmilləşdirilməsi üçün
aşağıdakı metodoloji işlər yerinə yetirilmişdir:
-
ev təsərrüfatlarının fərdi məlumatlarının aqreqasiyası metodologiyası və imitasiya
modelləşdirilməsinin iqtisadi
-
riyazi metodları əsasında
əhalinin gəlirlərinin
bölüşdürülməsi modelinin təkmilləşdirilməsi;
-
əhalinin müxtəlif sosial
-
iqtisadi qrupları üzrə gəlir və xərclərinin differensasiya
balanslarının qurulması metodologiyası;
-
demoqrafik göstəricilərin proqnozlaşdırılması metodologiyası;
-miqrasiya
nın öyrənilməsi və proqnozlaşdırılması metodologiyası;
-
ev təsərrüfatı büdcələrinin tədqiqatı üçün seçmə məcmunun yaradılması
metodologiyası;
-
yaşayış səviyyəsi tədqiqatının aparılması metodları;
-
ev təsərrüfatlarının ərazi üzrə seçilməsi metodologiyası;
-
əhalinin ərzaq (qida məhsulları) istehlakı və strukturu məlumatlarının hazırlanması
metodikası;
-
əhalinin gəlir və xərclərinin hesablanması metodologiyası;
-
yoxsulluğun ölçülməsi üzrə qəbul edilmiş beynəlxalq
standartlara uyğun olaraq
ölkədə yoxsulluğun səviyyəsini xarakterizə edən sosial göstəricilər sisteminın
hazırlanması;
-
əhalinin qida məhsulları istehlakının səviyyəsi və qidalanmanın keyfiyyəti üzrə
məlumat bazasının yaradılması metodologiyası;
-
sosial sferanın inkişafı məsələləri üzrə ev təsərrüfatlarının seçmə müayinəsinin
keçirilməsi metodologiyasının təkmilləşdirilməsi;
-
ölkədə iqtisadi və insan inkişafının səviyyəsini
əks etdirən iqtisadi
-riyazi
metodların hazırlanması;
-
əhalinin gəlirlərinin səviyyəsi üzrə sosial
-
iqtisadi diferensasiya göstəriciləri və
gəlirlərin bölüşdürülməsi metodunun təkmilləşdirilməsi.
Yuxarıda göstərilən işlərin davamı olaraq “Sosial statistika sahəsində müasir seçmə
metodlarına əsaslamaqla, müəssisə və əhali müayinələrində
seçmə məcmunun
əlaqələndirilməsi və rotasiya metodologiyasının işlənib hazırlanması” Dövlət
proqramında 2009
-
cu ildə yerinə yetirilməsi nəzərdə tutulan işlər sırasında öz əksini
tapmışdır.