*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə3/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   2   3   4   5   6   7   8   9   ...   35
rafiq m

Bucurqadın təyinatı aşağıdakı əməliyyatları yerinə yetirmək üçündür:
1. Qazıma və qoruyucu kəmərləri endirib-qaldırmaq;
2. Qazıma və yuma prosesi zamanı kəmərin ağırlığını öz üzərində saxlamaq;
3. Boruları əlavə etdikdə kəməri qaldırmaq;
4. Rotora fırlanma hərəkətini ötürmək;
5. Boruları bağlamaq və açmaq.
Qazıma bucurqadlarını güclərinə və digər texniki para-metrlərinə, eləcə də kinematik və konstruktiv əlamətlərinə görə fərqləndirirlər.
Qazıma bucurqadlarının gücü 200 - 2950 kw həddində olur və qazımanın dərinliyindən asılı olur. Sürətlərinin sayına görə qazıma bucurqadları iki, üç, dörd, beş və altı sürətli ola bilirlər. Xarici analoqlarda 8 və 10 sürətli bucurqadlar da möv-cuddur.
İstifadə olunan intiqaldan asılı olaraq qazıma bucur-qadları sürətləri pilə ilə, fasiləsiz pilləli, pilləsiz dəyişən olurlar.
Valların sayına görə bir-, iki və üçvallı bucurqadlar fərq-ləndirilir. Bir – və ikivallı bucurqadlar ayrıca ötürməni dəyişən sürətlər qutusuna malik olurdlar. Rotora ötürülən sürətlərin sayına və ötürmənin kinematik sxeminə görə də bucurqadlar bir-birindən fərqlənirlər.
3. Xüsusi məqsədlər üçün istifadə edilən baltalar *
Xüsusi məqsədlər üçün istifadə edilən baltalar aşağıdakılardır:
1.Genişləndiricilər;
2.Frezerli baltalar;
3.Reaktiv turbin ilə qazımada istifadə edilən baltalar;
4.Qazıma kəmərini qaldırmadan quyu dibindəki işlənmiş baltanı dəyişməyə imkan verən oturdulan (taxılan) baltalar;
5.Armuda oxşar baltalar;
6.Nizəyə oxşar baltalar;
7.Ekssentrik baltalar.
Genişləndiricilər. Bunlardan quyu lüləsinin daraldığı yerlərdə quyunun diametrini bərpa etmək, başqa sözlə desək, onu nominal diametrə qaytarmaq və qazıma alətini quyu lüləsinin mərkəzində saxlamaq üçün istifadə edilir. Genişləndiricilər şaroşkalı və pərli olur.
Üçşaroşkalı genişləndirici (394-445 mm):
1- gövdə, 2- halqa, 3- şponka, 4- şpilka (sancaq),

  1. şaroşka, 6- şaroşkanın oxu, 7-şayba, 8- köynək




Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə