*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə4/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   2   3   4   5   6   7   8   9   ...   35
rafiq m

Frezerli baltala
Zəif abraziv süxurların, sement kör­püsünün quyuda kənar metal hissələrinin və xüsusi hallarda qo­­ru­yucu kəmərin içərisindən yana çıxmaq üçün “pəncərə” aç­maq üçün qazılmasında istifadə olunur. Bərk xəlitəli spiralvari fre­­­­zer­ləyici baltalar ДФТС (BSFB) tipdə buraxılırFrezerli baltalar sement körpülərini və quyuda olan kənar metal cisimləri qazımaq üçün işlədilir
DФTС tipli yüksəkxəlitəli spiralşəkilli frezerli balta:1-gövdə;2-lülə;3-spiral lent;4-bərk xəlitəli lövhə;5-konus şəkilli oturacaq; 6-oymaq;7-rezin kipləşdirici;8-plastik lövhələr;
Reaktiv turbin ilə qazımada istifadə edilən baltalar - İki yaxud 3 ədəd bir-biri ilə möhkəm bərkidilmiş turbin qazıyı-cılarının vallarına bağlanmış adi şaroşkalı baltalarla eyni zaman-da qazıma işi görən aqreqat belə adlanır. Bu aqreqatın köməyi ilə 394260mm diametrdə quyular qazımaq mümkündür.
Reaktiv-turbin (hidravlik mühərrik) üsulu ilə qazıma üçün balta (РТБ) . РТБ aqreqatı ilə işlədikdə seriyalı üç­şa­roş­ka­lı və xüsusi olaraq РТБ üçün işlənib hazırlanmış ДРБ tip bal­ta­lardan istifadə olunur
ДРБ13К tipli reaktiv- turbin üsulu ilə qazıma üçün balta:1- gövdə, 2- yuma kanalı, 3- pəncə
Nizəyə oxşar baltalar
Bu balta köməkçi işlər üçün tətbiq edilən baltalardandır (şəkil 6.28) və hazırda aşağıdakı hallarda işlədilir:
a)quyunu yoxlamaq və yumaq üçün;
b)quyunun diametri kiçilərkən keçid yeri qazımaq üçün;
c)tutma işlərində
Ekssentrik baltalardan ikinci lülənin açılmasında, əvvəlki balta ilə qazılmış lülənin diametrini daha böyük diametrlə qazımağı davam etdirməkdə istifadə edilir.


4.Şaroşkalı baltalar haqqında məlumat*
Bütöv qazıma üçün şaroşkalı baltalar müxtəlif saylı şaroşkalardan hazırlanır (onlar 1, 2 və 3 konuslu olurlar).
Şaroşkalı balta mürəkkəb mexanizmdir. Onun hazırlan-ması prosesində 414 ölçünün təminatı icra edilir. Müxtəlif sistemli həndəsi ölçülü xətti və bucaq ölçülərilə birləşən baltalar 224 hissədən ibarətdir.
Seksiyalı baltalar 76-346 mm diametrli hazırlanır, bütöv gövdəli – mufta tipli birləşdirici hissədən ibarətdir.
Şaroşkalı baltaların yuma kanalları müxtəlif formada olur – bunlardan iki tipi geniş yayılmışdır - diametri 161 mm qədər olan baltalarda yuma kanalları mərkəzi olaraq bir dəlmədən ibarətdir; yumşaq süxurlarda yuma məhlulunun şırnağının enerjisi effektli olur. Buna görə də hidromonitor baltalardan istifadə edilirBaltanın iş resursunu şaroşka dayağı təyin edir:
1-iki cərgəli dayaq: diyircək (sürüşmə dayağı, kürə-kürə, kürə-diyircək). Bu diametri 145 mm-dək kiçik olan baltalarda tətbiq edilir;
2-üç cərgəli dayaq: 145-190 mm baltalar üçün;
3-dörd cərgəli dayaq: 214 mm-də çox olan baltalarda.
Şaroşkanın fırlanma oxu baltanın fırlanma oxu istiqamə-tində və onun əksinə - sürüşməni artırmaq üçün əyilə bilərlər. Əyilmənin ölçüsü k və dönmə bucağı β baltanın tipi və ölçüsünə görə götürülür. Şaroşka ilə qazıdıqda quyudibinin orta hissəsi yuxarıya qalxmış, yanlarda isə batıq alınır.
Süxurların xassələri müxtəlif olduğundan, onlara sü­rüş­mə və qoparmanın təsiri və eləcə də quyu divarını qəlibləmə (kalibrləmə) şə­rai­ti müxtəlif alınır.Bunu nəzərə alaraq ayrı-ayrı tip balta şaroşkalarını qu­yunun oxuna nisbətən fərqli bucaq altında yerləşdirirlər. Bu za­man quyudibinin forması da fərqli alınır.
Şaroşkalı baltalardan bütün dünyada, xüsusən Rusiya və Azər­baycanda ən çox yayılanı üçşaroşkalı baltalardır.
üç şaroşkalı baltalar iki qrupa bölünür:
1.A qrupu – bu qrupda gövdə ayrı-ayrı seksiyalardan yığılaraq qaynaq edilir (şəkil 6.15); A qrupu seksiyalı üçşaroşkalı balta:1- seksiya (pəncə),2- şaroşka, 3- barmaq, 4- diyircək, 5- kürəcik,6, 7- çivilər
2.B qrupu – bu qrupda gövdəyə ayrı-ayrılıqda pəncələr qaynaq edilir
B qrupu bütöv gövdəli üçşaroşkalı balta:1- gövdə, 2- pəncə, 3- şaroşka, 4- tava, 5-barmaq, 6- diyircək, 7- kürəcik

Müxtəlif tipli balta şa­roş­kası diş­lə­ri­nin iti­lən­mə­si: a- M və MС tipli balta; b- С və СT tipli balta ; v- T və TK tipli balta



Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə