İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri



Yüklə 60,67 Kb.
səhifə1/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
  1   2   3   4   5   6   7   8   9   ...   23
İKT imtahan suallari-1


İKT İMTAHAN SUALLARİ CAVABLARI
1.İKT-nin predmeti və məqsədləri
 İctimai həyatımızda təhsilin əhəmiyyəti və rolu olduqca böyükdür. Elə bu səbəbdən də, hər an təhsilimizi inkişaf etdirməliyik ki, qarşımızda duran problemlərimizi həll edək, yaxud da gələcəkdə onların həllinə də nail ola bilək. Son illər bir çox sahələr kimi, respublikamızda təhsilin inkişafına, problemlərinin həllinə xüsusi diqqət yetirilir, ildən-ilə bu yöndə dövlət qayğısı da artır. Artıq yeniləşən təhsilimiz, bu gün bir çox göstəricilərinə görə dünyanın aparıcı dövlətlərinin təhsili ilə eyniləşdirilir.Təsadüfü deyil ki, bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması və eyni zamanda yeni nəsil interaktiv avadanlaqlar (interaktiv, elektron, “ağıllı” lövhələr) ilə təchiz olunmaqdadır.
Ölkənin təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitinin formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir:
• Ölkədə təhsilin keyfiyyətinin artırılması,
• Yeni informasiya mədəniyyətinin formalaşdırılması,
• Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi
• Ölkənin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi.
Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı ən mühüm məsələlər kompleks şəkildə həll olunmalıdır: 
1) Ölkənin vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;
2) İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi. Milli elektron dərsliklərin hazırlanması və tədris prosesində tətbiqi, onların ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
3) Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq və təhlil sisteminin yaradılması;
4) Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması. Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması;
5) Təhsil müəssisələrinin müasir İKT avadanlığı ilə və İnternetə geniş zolaqlı çıxışla təmin olunması;
6) İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq olunması;
7) İnformasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;
8) Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması;
9) Ölkənin informasiya təhlükəsizliyinizin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə olunmasına keçid.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə