İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri



Yüklə 60,67 Kb.
səhifə7/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   2   3   4   5   6   7   8   9   10   ...   23
İKT imtahan suallari-1

15.İnformasiya daşıyıcıları
USB fləş kart — verilənləri saxlamaq üçün fləş yaddaşdan ibarətdir və USB (Universal Serial Bus) 1.1 və ya 2.0 intefeysi ilə inteqrasiya olunub. Onlar adətən daxil edilib çıxarıla bilən, eləcə də yenidən yazıla bilən, ölçücə floppi diskdən kiçik olurlar. Ən ağırı 30 qramdan daha yüngül olur. 2010-cu ildə onların həcmi 256 GB-a çata bilir, lakin yenə də yaddaş həcmi və qiymətində dəyişikliklər gözlənilir. Bəziləri 1 milyon dəfə yazılma və pozulmanı dəstəkləyir və ya 10 il müddətinə işlək vəziyyətdə olurlar.
Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb.
Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir. Fləş-kartın tərkibindəki informasiyaya qeyri-məhdud sayda baxmaq olar, lakin yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür.
Fləş-kartı xarab etmək üçün onu gündə 1 dəfə format etsəniz belə, buna təxminən 1500 il vaxt lazımdır. Hazırda fləş-kart işləmə sürətinə görə hələ də sərt diskdən geri qalır.
Dünyanın ən bahalı fləş-yaddaşını isveçrəli zərgər yaradıb. Fləş-kartın yaddaşının həcmi 32 QB təşkil edir.
USB dəstəkli daşına bilən cihazlarda əslində “flash” yaddaş istifadə olunmaqdadır. SSD sərt disklər də “Flash” yaddaş növünə aiddir.
CD-R DİSK(ing. Compact Disc-Recordable) — yazıla bilən kompakt-disk. İnformasiyanın bir dəfəlik yazılması üçün nəzərdə tutulur. Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə diskin həcmindən asılı olaraq bir neçə dəfə yazıla bilər. CD-R CD-ROM və CD-RW qurğusu ilə oxunur.
CD-RW qurğusu ilə həm də CD-R-ə informasiya yazmaq mümkündür. Yazılmış faylın üzərində dəyişiklik etmək mümkün deyil. Belə kompakt-disklərdəki informasiyanı oxumaq və yazılış nizamlamasından asılı olaraq ləğv etmək də mümkündür.
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir.
16. Utilitlər haqqında ümumi məlumat
Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər təşkil edir. Utilitlər əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır. Eyni zamanda müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Antivirus proqramları, arxivləşdirmə proqramları, kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar, qurğuların işini idarə edən proqramlar (onlara drayverlər deyilir) – bunlar hamısı utilitlərdir.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə