İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri


Tapşırıqlar zolağının əsas elementləri



Yüklə 60,67 Kb.
səhifə10/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
İKT imtahan suallari-1

22.Tapşırıqlar zolağının əsas elementləri
Bu düymə tapşırıqlar panelinin sol küncündə yerləşir. IlycK (Başlat) düyməsinin vasitəsi ilə sistemin baş menyusuna keçmək mümkündür. Bu düymənin üzərində siçanın sol düyməsini bir dəfə sıxmaqla siz əməliyyat sisteminin standart proqramlarına eləcə də, kompüterə yüklənən bütün proqramlara keçid ala bilər, kompüteri söndürə, yenidən yükləyə və ya yuxu rejiminə sala bilərsiniz.Baş menyuda həmçinin qovluğu, faylı, elektron poçt I məlumatını, sizə lazım olan hər hansı məlumatı tək Ikompüterin daxilində deyil eləcə də internetdə axtarıb tapmağa imkan verən element də yerləşdirilmişdir.
Tapşırqlar panelinin sağ küncündə yerləşir və dil paneli adlanır. Bu panel klaviaturanın (yazının) dilini dəyişmək üçün nəzərdə tutulub. Yazının dilini dəyişmək üçün panel üzərində siçanın sol düyməsini bir dəfə sıxmaq və açılan pəncərədən lazım olan dili seçmək lazımdır. Dili dəyişmək üçün klaviaturadan Alt+Shift düymələrini birgə sıxmaq da olar. Əgər sizə lazım olan dil paneldə yoxdursa, dil paneli üzərində siçanın sağ düyməsini bir dəfə vurmaqla açılan menyudan istədiyiniz dili əlavə edə bilərsiniz. Tapşırıqlar panelinin sağ küncündə yerləşir, tarixi və zamanı göstərir.
Tapşırıqlar panelinin sağ tərəfində yerləşir və bildiriş oblastı adlanır. Bu hissədə kömək almaq üçün xüsusi düymə, aktiv olan proqramlara (antivirus, səs proqramları, internet əlaqəsi və s.) keçid düyməsi, sistemdə olan problemlərin göstərildiyi hissə, enerjiyə nəzarət hissəsi (noutbuklar üçün) yerləşir. Ən solda isə iş masasını göstər düyməsi yerləşir, bu düyməni sıxdıqda açıq olan bütün pəncərələr tapşırıq panelinə yığılır.
23.Qovluqların yaradilmsı. Qovluğu silmək. Qovluqların adını dəyişmək, qovluğun yerini dəyişmək.
Qovluqların yaradılması
Siz artıq kompüterin qurğuları, onlardan istifadə qaydaları, əməliyyat sistemi, kompüterin iş masası ilə tanışsınız. Növbəti bölmələrdə siz tətbiqi proqramlarla tanış olduqca fənninizlə bağlı təqdimatlar, dərc icmalları, iş vərəqələri, oxu materialları, qiymətləndirmə cədvəlləri, krossvordlar, videofilmlər, videoizahlar, informasiya bülletenləri və s. hazırlamağı öyrənəcəksiniz.
Təsəvvür edin ki, siz yuxarıda sadalanan didaktik materialları kompüter proqramlarında deyil, adi vərəq üzərində hazırlayırsınız. Bu zaman iş masanızın üstü sizin qarışıq sənədlərinizlə dolu olacaq. Lazım olan sənədi tapmaq üçün siz axtarışlar edəcəksiniz və bu əlavə vaxt itkisinə səbəb olacaqdır. Təbii ki, bu dağınıqlıqdan azad olmaq üçün siz bir tədbir görəcəksiniz, hər fənn üzrə sənədlərinizi müxtəlif qovluqlarda saxlayacaqsınız. Hətta ola bilər ki, bir fənnlə bağlı olan müxtəlif materialları əsas qovluğun içərisində yaradacağınız müxtəlif qovluqlarda saxlayasınız. Belə sistemli yerləşdirmə həm iş masanızı səliqəli göstərəcək, həm də siz lazım olan sənədi oz müvafiq yerində tapa biləcəksiniz. Bununla həm də vaxtınıza qənaət etmiş olacaqsınız. Sizin iş masanızı komputerin iş masası ilə müqayisə edək. Kompüterin iş masasında da qovluq yarada bu və hazırladığınız materialları sistemli formada bu qovluqlarda yerləşdirə bilərsiniz. Mətn, şəkil, musiqi, cədvəl və s.formatından asılı olmayaraq hazırlanan bütün növ sənədlərə ümumilikdə fayl deyilir.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə