İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri



Yüklə 60,67 Kb.
səhifə11/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
İKT imtahan suallari-1

Qovluğu silmək
Qovluğu silməyin də bir neçə üsulu vardır. Bu üsulların ikisi ilə tanış olaq.
• Qovluğun üzərində siçanın sol düyməsini sıxıb qovluğu aktivləşdirin,daha sonra isə klaviaturadan delete (silmək) düyməsini vurun.Bu zaman qovluq avtomatik olaraq silinəcəkdir.
•Qovluğun üzərində siçanın sağ düyməsini sıxın, açılan menyudan yдалить (silmək) əmrini seçin. Bu əmri seçməklə qovluğu silmiş olacaqsınız.
Silinən qovluqlar avtomatik olaraq iş masasında olan çör-çöp qutusuna düşür. Tutaq ki, səhvən sizə lazımlı olan bir qovluğu çör-çöp qutusuna atmısınız, bu zaman silinmiş qovluğu yenidən bərpa edə bilərsiniz. Bunun üçün çör-çöp qutusuna daxil olmaq və bərpa etmək istədiyiniz qovluğun üzərində siçanın sağ düyməsini sıxmaq və açılan menyudan восстановить (bərpa etmək) əmrini seçmək lazımdır.

Qovluğun adını dəyişmək
Qovluğun adını dəyişmək üçün qovluğun üzərində siçanın sağ düyməsini bir dəfə sıxmaq açılan menyudan переименовать (adını dəyişmək) əmrini seçmək lazımdır. Bu zaman qovluq simgəsinin aşağı hissəsində olan mətn hissəsi göy rəngdə olacaq, həmin hissəyə siz qovluğun yeni adını daxil edə bilərsiniz.
Qovluğun yerini dəyişmək
Siz eyni zamanda qovluğun yerini də dəyişə, onu iş masasından hər hansı bir qovluğun daxilinə və ya əksinə yerləşdirə bilərsiniz. Bunun üçün qovluğun üzərində siçanın sağ düyməsi sıxılır, əgər qovluğun surətini çıxararaq köçürmək istəyirsinizsə копировать (surətini çıxarmaq) əmri, əgər tamamilə kəsib aparmaq istəyirsinizsə вырезать (kəsmək) əmri seçilir. Daha sonra qovluğu yerləşdimək istədiyiniz yerdə yenidən sağ düymə sıxılır və вставить (qoymaq, yerləşdirmək) əmri seçilir. Artıq sizin qovluğunuz avtomatik olaraq yerini dəyişmiş olur.
24. Standart proqramlar . Calculator proqramı
Standart proqramlar aşağıdakılardır:
Kalkulyator - hesablama işləri üçün,
Notepad - qeydlər üçün,
WordPad - mətn redaktoru,

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə