İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri



Yüklə 60,67 Kb.
səhifə8/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
İKT imtahan suallari-1

17.MS-DOS.Mac OS.
MS-DOS - vaxtilə IBM PC tipli kompüterlərdə istifadə olunurdu. Bu əməliyyat sistemi Microsoft firması tərəfindən hazırlanıb. DOS sözü ingiliscə “Disk Operating System” olub Azərbaycan dilinə tərcüməsi “Disk əməliyyat sistemi" deməkdir. MS DOS funksiyalarına görə sadə bir əməliyyat sistemi növü olub, əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsindən ibarətdir. Kompüterlərin digər funksiyaları: qrafika, səs yazma, şəbəkədə gəzinmə, yaddaşa nəzarət, çoxlu istifadəçi və iş xüsusiyyətləri də eyni zamanda bu əməliyyat sistemində yerinə yetirilə bilir. DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki, hər personal kompüterdə öz vəzifəsini yerinə yetirmişdir. Bu gün kompüter dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərində istifadə olunur. DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir. Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır.
Mac OS - qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Macintosh əməliyyat sisteminin hazırlanmasına 1984-cü ildən başlanılmışdır.Onu da qeyd edək ki, Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edir. Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OSX deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyir. Apple şirkətinin istehsalı olan personal kompüterlərə Microsoft və Intel şirkətlərinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.

18. UNİX.Linux
UNİX- 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell laboratoriyalarında yaradılmış olan çoxistifadəçili və çoxvəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir. UNİX törəməli əməliyyat sistemləri çoxprosessorlu bahalı kompüterlərdən birprosessorlu sadə ev kompüterlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmiş sistemdir. 1973-cü ildə Ken Tompson, C proqramlaşdırma dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kemel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar. Beləliklə də, UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir.
Linux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir. Linux hər hansı bir kompüter sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk, noutbuk, server kompüterləri, iş stansiyaları, ağıllı telefon, masaüstü kompüterlər kimi hər hansı bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir. Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi kompüterlərdə də istifadə edənlər çoxluq təşkil edir. Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat I bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə