İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri


İKT-nin müəllim üçün üstünlükləri



Yüklə 60,67 Kb.
səhifə2/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   2   3   4   5   6   7   8   9   ...   23
İKT imtahan suallari-1

2. İKT-nin müəllim üçün üstünlükləri
“Müəllim-şagird-dərslik” tədris modelinə kompüterin əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə , uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Müəllimin dərsi daha cəlbedici və yaddaqalan şəkildə tədris etməsində İKT-nin böyük rolu var.
İkt-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir.Müəllimlər dərsboyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.Müəllimlər İKT-nin köməyilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər.
3. İKT nin şagird üçün ustunlukləri
İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompyuterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər. Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompyuterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompyuter qarşısında təhsil alan şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompyuter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

4. Xarakterinə görə İKT kompetensiyaları


İKT kompetensiyaları –tədris prosesində və ya tədris prosesində və ya tədrisdən kənar İKT-dən istifadə etməklə öyrənmənin təşkili üçün qarşıya çixan texniki və metodiki problemlərin peşəkarcasına həll etmək bacarığıdır.
İKT kompetensiyalarını xarakterinə görə iki istiqamətdə qruplaşdırmaq olar:
-İKT üzrə ümümi kompetensiyalar
-İkt üzrə peşəkar kompetensiyalar
5.İKT üzrə ümumi kompetensiyalar
1. Fərdi kompüterlərin əsas və əlavə qurğularından iş prosesində istifadə edir;
2. Kompüter proqramından istifadə etməklə hazırladığı mətnə cədvəllər, diaqramlar, şəkillər əlavə edir və əlavə etdiyi cədvəl üzərində müəyyən formatlaşdırma işləri aparır;
3.İnformasiyaların axtarışında internetdən səmərəli istifadə edir;
4.komputer proqramlarından istifadə etməklə müxtəlif cədvəllər hazırlayır, hazırladığı cədvəllərə düsturlar, funksiyalar tətbiq edir və daxıl etdiyi məlumatın diaqramını çıxarır;
5. Sadə məlumat bazası və müxtülif electron sorğular hesabatlar hazırlayır.

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə