İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri


Printer,skaner,səsucaldanlar



Yüklə 60,67 Kb.
səhifə5/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   2   3   4   5   6   7   8   9   ...   23
İKT imtahan suallari-1

11.Printer,skaner,səsucaldanlar
Printer kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”() üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir.
Skanerin iki növü var:

  • standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır;

  • portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.

Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar.
Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
Səsucaldanlar-Kompüter səsi emal etməsi üçün kəsilməyən səs siqnallarını rəqəmsal diskret formaya çevirməlidir. Bunun üçün kəsilməz dalğa kiçik hissələrə bölünür və hər hissə üçün səsin intensivliyi göstərilir. Sonra səs kartından ötürülərək səsucaldanlardan xaric edilir

Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə