İkt imtahan suallari cavablari ikt-nin predmeti və məqsədləri


Sürətli çağırış panelinin sazlanması



Yüklə 60,67 Kb.
səhifə14/23
tarix09.05.2023
ölçüsü60,67 Kb.
#109352
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
İKT imtahan suallari-1

28. Sürətli çağırış panelinin sazlanması
Susmuş halda proqramı komputerə quraşdırarkən standart ardıcıllıq üzrə düymələr və keçidləri görürük. Lakin bütün alətlər panelini öz istədiyimiz kimi sazlaya bilərik. Bunun üçün “Файл” -> “Параметры” -> “Настроить ленту”. Burada siz paneldə olmayan, lakin tez-tez istifadə etdiyiniz alətləri əlavə edə, əksinə heç istifadə etmədiniz düymələri gizlədə bilərsiniz.
29. Yeni sənədin yaradılması ,mətnin daxil edilməsi
Ekranın sağ tərəfində sənəd yaratmaq üçün New Document (Создание документa) pəncərəsi ekranda görünür. Bu hissədə verilmış nümunələrdən biri tələbə uyğun seçilir və şəxsi mətn daxil edilir. New Document (Создание документa) pəncərəsindən On my computer (На моем компьютере) variantını seçməklə verilmiş ümumi şablonlardan istifadə etmək mümkündür. Məktub və ya faks yazmaq tələb olunduqda Letter&Faxes (Письмы и факсы) bölməsindəki nümunələrdən birini seçıb şəxsi məktubu bu formaya uyğunlaşdırmaq mümkündür. Daha çox hazır nümunələr seçmək üçün On my Web sites (На моих веб-узлах) bölməsinə daxil olmaq məqsədə uyğundur
30.MS EXCELL proqramı. Proqramın yüklənməsi
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə işləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Bu paketlərdən ən geniş yayılan və istifadə olunan Lotus 1-2-3 , Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır.
MS Excel proqramı gündəlik fəaliyyətində daha çox ədədlərlə işləyən, məsələn, mühasiblərə, bank işçilərinə və s. lazım olur. Lakin, elektron cədvəllərin imkanları bununla bitmir. Bu proqram vasitəsilə nəfis tərtib olunmuş cədvəllərin yaradılması, redaktə olunması və çapı yerinə yetirilir. Ona daxil edilmiş müxtəlif kateqoriyalı funksiyaların köməyilə ədədlər və mətnlər üzərində müxtəlif əməliyyatlarin yerinə yetirilməsi və çox mürəkkəb hesablamaların aparılması, diaqramların və qrafiklərin qurulması mümkündür. MS Excel proqramı fərdi kompüter istifadəçiləri, eləcə də idarə və müəssisələr üçün nəzərdə tutulmuş müxtəlif elektron cədvəllər, hesabatlar, biznes-planlar, diaqramlar və s. hazırlamağa və internetlə göndərməyə imkan verən çox mükəmməl cədvəl prosessorudur. Microsoft Excel elektron cədvəl prosessoru müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statistik və s.) istifadə edərək hesabatların hazırlanmasını, verilənlərə süzgəclərin (filtirlərin) tətbiq edilməsini, forma və hesabat cədvəllərinin tərtibi, verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, forma və hesabat cədvəllərinin tərtib edilməsini, məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını, verilənlərin nizamlanmasını, düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını, verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin qarşısının alınmasını, bir və ya bir neçə xananın (cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri yerinə yetirir. Excel cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə, diaqramların quraşdırılması, avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formalaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət imkanlarından ibarətdir.


Yüklə 60,67 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə