Mövzu: 5 hesablar sistemi və ikili qeydiyyat üsulu plan



Yüklə 57,21 Kb.
səhifə1/14
tarix26.05.2023
ölçüsü57,21 Kb.
#113155
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   14
MÖVZU 5


MÖVZU:5 HESABLAR SISTEMI VƏ IKILI QEYDIYYAT
ÜSULU


Plan:

1. Hesablar nə üçün lazımdır?


2. Hesabların təsnifatı;
3. İkili qeydiyyat üsulu və onun tətbiqi qaydaları;
4. İkili qeydiyyat üsulu ilə əməlliyatın hesabda əks etdirilməsi;
5. Hesabların balansının tapılması;
6. Horizantal modeldə əməliyyatların maliyyə hesabatları üzrə əks etdirilməsi.Əməliyyatların qeydiyyatı ilə hesabatlar
arasında əlaqə;
7. Əməliyyatların Jurnala qeydiyyatı sistemi;
8. Baş kitablarda hesabların qeydiyyatı ;
1. Hesablar nə üçün lazımdır ?

Hesablar - maliyyə hesabatının elementlərinə daxil olan maddələrin umumiləşdirilmiş adlarıdır.


Gün ərzində müəsissisədə fasiləsiz baş verən əməliyyatların həmin anda maliyyə hesabatında əks etdirilməsi və hər bir əməliyyat üzrə ayrıca maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında hesabatın tərtib edilməsi praktiki cəhətdən qeyr-mümkündür. Ona görə bizə elə bir alət lazımdır ki , hər bir əməliyyat üzrə baş verən bütün dəyişiklikləri izləməyə və yekunları dəqiq və etibarlı şəkildə müəyyən etməyə imkan versin. Həmin alət mərz ,hesablardır.
Hesabatların maliyyə hesabatlarının elementləri ilə əlaqəsini daha aydın görmək üçün aşağıda verilmiş sxemə (Sxem 5.1.) baxaq:



Aktivlər

Öhdəliklər

Xüsusi
kapital



Gəlirlər

Xərclər

= + + -

Aktiv
hesabları

Öhdəlik
hesabları

Xüsusi
kapital
hesabları

Gəlir
hesabları

Xərc
hesabları
▼ ▼ ▼ ▼ ▼

Sxem 5.1. Maliyyə hesabatının elementləri və hesablar.


Hesabların açılması və ikili qeydiyyat üsulu maliyyə hesabatlarının hazırlanmasının əsasını təşkil edir. Əslində bu üsul deduksiya (xüsusidən ümumiyə)metodu ilə maliyyə hesabatlarının hazırlanmasının bir yoludur. Belə ki , biz maliyyə hesabının elementlərinə daxil olan hər bir maddəni parcalayaraq ayrıca hesab (xəyali xana) açırıq. Müəssisədə baş verən dəyişikliyi ümumi hesabat üzrə deyil, açdığımız həmin hesablarda izləyirik. Yəni , hər bir hesab üzrə artma və azalmaları tapırıq. Sonra isə həmin hesabların yekunlarını çıxardaraq ümumiyə , yəni maliyyə hesabatına aid edirik. Beləliklə də maliyyə hesabatının hazırlanmasının əsas problemini həll etmiş oluruq.
Qeyd etdiyimiz bu hesablar “T” hərifinə oxşadığı üçün gələcəkdə bir ona “T – hesab” deyəcəyik. T hesabı forması aşağıdakı kimidir:



Yüklə 57,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə