1.Ümumi məlumat Cədvəllər Sorğular Formalar Hesabatlar



Yüklə 40,56 Kb.
səhifə1/5
tarix11.12.2023
ölçüsü40,56 Kb.
#144176
növüMühazirə
  1   2   3   4   5
acces


Mühazirə:Microsoft Access –Məlumatlar bazası faylının yaradılması

Yeni dərsin planı:
1.Ümumi məlumat
2.Cədvəllər
3.Sorğular
4.Formalar
5.Hesabatlar


1.Ümumi məlumat
Bütün avtomatlaşdırılmış idarəetmə və informasiya axtarış sistemləri müəyyən informasiya bazası əsasında fəaliyyət göstərir və onun effektiv fəaliyyəti ilk növbədə verilənlər bazasının strukturunun optimal təşkilindən və onun şəbəkədə rasional yerləşməsindən asılıdır.
Verilənər bazasında informasiyalar müəyyən qaydalar əsasında , axtarış üçün əlverişli şəkildə qruplaşaraq saxlanılır. Verilənər bazasının yaradılması və idarə olunması verilənər bazasının idarəetmə sistemləri vasitəsilə həyata keçrilir.Tələb olunan informasiyanın verilənər bazasından axtarışı və informasiya ehtiyatlarının yeniləşdirilməsi,bazanın strukturunun dəyişdirilməsi sorğular vasitəsilə həyata keçrilir.
Verilənər bazanın yerləşməsindən asılı olaraq mərkəzləşmiş və paylanmış verilənlər bazasının idarəetmə sistemləri mövcuddur.Sistemin mərkəzləşmiş verilənlər bazası serverdə və ya lokal kompüterdə yerləşir.Şəbəkədə informasiyanın idarə olunması klient server texnologiyası əsasında fəaliyyət göstərir.Bu gün aşağıdakı verilənlər bazasının idarəetmə sistemləri geniş tətbiq edilir. MS Access, Clipper, Visual Foxpro, IMSVS, Olacle, Paradox, SQL Server və.s
MS Access Baş menyunun proqramlar bölməsinin MS Access adlı əmri yerinə yetirməklə yüklənir.Bu zaman yeni verilənər bazasının yaradılmasını və ya artıq mövcud bazanın çağrılmasını təmin edən dialoq pəncərəsi açılır.
Yeni baza usta rejimi vasitəsilə və ya istifadəçi tərəfindən sərbəst olaraq yaradıla bilər.Usta rejimi bir sıra məsələlər üçün şablon əsasında yeni bazanın yaradılmasını təmin edir.Bu vasitə ilə yeni verilənər bazası yaratmaq üçün açılmış dialoq pəncərəsində Запуск мастера variantını seçmək və OK düyməsini sıxmaq lazımdır.Bu zaman açılan pəncərədə bizim tələbata uyğun şablonu seçmək lazımdır.Növbəti pəncərələrdə yaradılacaq bazaya ad vermək , bazanın yaradılmasında iştirak edəcək sahələri ,bazanın formalarının və hesabatlarının tərtibatını müəyyən etmək,bazanın sərlövhəsinə ad vermək və Готово düyməsini sıxmaq lazımdır.
Bu rejim yeni baza yaradılmasını asanlaşdırsa və avtomatlaşdırsa da məhdud sayda məsələlərin həlli üçün nəzərdə tutulan verilənlər bazasının yaradılmasını təmin edir.Yeni bazanı sərbəst olaraq yaratmaq üçün dialoq pəncərəsində Новая база данных variantını seçmək lazımdır.Bu zaman açılan pəncərədə yeni bazanın ünvanı müəyyən olunmalıdır.Mövcud bazanı çağırmaq üçün Открыть база данных variantını seçmək və bazanı siyahıdan , əgər onun adı siyahıda yoxsa kursoru Другие файлы sözünün üzərinə qoyub OK düyməsini sıxmaq lazımdır.Bu zaman açılan pəncərədə tələb olunan baza axtarılıb qeyd olunur və Открыть düyməsini sıxmaqla açılır.
MS Access proqram pəncərəsi aşağıdakı elementlərdən təşkil olunmuşdur.
Başlıq sətri,menyu sətri,Alətlər paneli,Verilənlər bazası pəncərəsi,cari vəziyyət sətri
Verilənər bazası pəncərəsi öz növbəsində 6 bölmədən ibarətdir.
Таблицы,Запросы,Формы,Макросы,Отчеты,Модули
Hər bir bölmədə müvafiq obyektlər yerləşir.Obyektlərin düzülüşü və nişanların forması kontekst menyunun Упорядочить значки və Вид menyusunun əmrləri vasitəsilə tənzimlənir.



Yüklə 40,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə