1.Ümumi məlumat Cədvəllər Sorğular Formalar Hesabatlar



Yüklə 40,56 Kb.
səhifə3/5
tarix11.12.2023
ölçüsü40,56 Kb.
#144176
növüMühazirə
1   2   3   4   5
acces

3.Sorğular
Sorğular verilənlər bazasından tələb olunan informasiyanın əldə olunmasını və bazanın dəyişdirilməsini təmin edir. Soğular öz növbəsində digər sorğunun , formanın və hesabatın informasiya mənbəyi ola bilər.MS Access-də sorğuların yaradılması üçün usta,konstruktor- qrafiki QBE,SQL rejimləri nəzərdə tutulmuşdur.Aşağıdakı sorğu növlərini yaratmaq mümkündür.
1.Seçim
2.Dəyişdirici
3.Parametrik
4.Kəsişən
5.SQL sorğuları
1.Seçim sorğusu
Seçim sorğusu bir və ya bir neçə informasiya mənbəyindən – cədvəldən və ya sorğudan yalnız tələb olunan informasiyanın baxış üçün əldə olunmasını təmin edir.Sorğunu yerinə yetirdikdə nəticəsi cədvəl formasında ekranda əks olunacaqdır.Bunun üçün verilənlər bazası pəncərəsinin Запросы bölməsində kursoru sorğunun adının üzərində qoyub Открыть düyməsini və yaxud da mışkanın sol düyməsini iki dəfə sıxmaq lazımdır.
Yeni sorğunu yaratmaq üçün müvafiq bölmənin Создать düyməsini sıxmaq açılan Новый запрос pəncərəsində Konstruktor sorğu yaratma rejimini seçmək və OK düyməsini sıxmaq lazımdır.
Bundan sonra açılan Добавление таблицы pəncərəsində informasiya mənbələrini- müvafiq cədvəli və ya sorğuları seçmək lazımdır.Seçilmiş informasiya mənbələri sorğunun QBE verilənlər sxemi panelində əks olunacaqdır. QBE pəncərəsinin aşağı paneli – sorğu blankı cədvəl çəklində olub,sorğunun strukturunu müəyyən etməyə xidmət edir.Bunun üçün sorğunun yaranmasında iştirak edən sahələri Поле sətrindəki açılan siyahılardan seçmək lazımdr.Условия отбора- sətrində tələb olunan sahə üçün seçim şərtini müəyyən etmək lazımdır.Sorğunun nəticəsinin nizamlı şəkildə əks olunmasını təmin etmək üçün Сортировка sətrində nizamlama parametrini (По возрастанию və ya По убыванию ) açılan siyahıdan seçmək lazımdır.Yaradılmış sorğunu Файл menyusunun Сохранить əmrini yerinə yetirməklə yaddaşda saxlamaq lazımdır.
Seçim şərti:
Məntiqi operatorlar
AND(və)
OR(və ya)
NOT(xeyr)
BETWEEN(orta qiymət)
EGV(ekvivalent)
Münasibət işarələri
=,<>,<,>,<=,>=,>,<,LIKE(şablon əsasında müqayisə)
Xüsusi operatorlar
İS NULL vasitəsilə və standart funksiyalardan istifadə etməklə tərtib olunur.Çox zaman seçim şərtini ifadə tərtibatçısı (Построитель выражения) vasitəsilə tərtib etmək əlverişli olur.

Misal 2.1


Fərz edək ki, oxucunu kitabxanada olan ,1995- ci ildən sonra nəşr olunan kitablar maraqlandırır.Oxucu tələbatına cavab verən Запрос1 adlı seçim sorğusu yaradaq.Bunu aşağıdakı mərhələlərlə həyata keçirək.
1.Verilənlər bazası pəncərəsindən (база данных) Создать düyməsini sıxaq
2.Açılmış pəncərədə Konstruktor rejimini seçək və OK düyməsini sıxaq
3.Növbəti pəncərədə informasiya mənbəyini – Kataloq cədvəlini seçək
4.Sorğuda iştirak edən sahələri Aвтор, I Соавтор,II Соавтор, Название, Год выпуска, Издание, Места издание, Стр. Seçək
5. Год выпуска sahəsi üçün seçim şərtini >1995 yazaq
6. Aвтор sahəsi üçün nizamlama parametri- artma sırası ilə (По возрастанию) seçək
7.Nəticə cədvəlində əks olunacaq sahələri qeyd edək
Sorğunun nəticəsi olaraq aşağıdakı cədvəl formasında müəlliflərin artan əlifba ardıcıllığı üzrə kitabxanadakı 1995-ci ildən sonra nəşr olunan kitabların siyahısı əks olunacaqdır
Misal 2.1.1
Fərz edək ki,oxucuya 1995-ci ildən sonra yalnız Bakı və Şuşa şəhərlərində nəşr olunan kitablar lazımdır. Места издание bölməsinin Условия отбора sətrində “Bakı”,Или sətrində Şuşa yazırıq:
Год выпуска bölməsinin Условия отбора sətrində >1995 yazaq
Müvafiq sorğu əvvəlki sorğudan yalnız seçim şərtinə görə fərqlənəcək.

Misal 2.1.2


Fərz edək ki,oxucu kitabın müəllifinin insialını unutmuşdur və yalnız onun soyadının Əliyev,kitabın 1995-ci ildə nəşr olduğunu xatırlayır.Bu kitab aşağıdakı sorğu vasitəsilə tapıla bilər.
Aвтор bölməsinin Условия отбора sətrində Like”Qurbanov”,
Год выпуска bölməsinin Условия отбора sətrində >1995 yazaq
Hesablama sahəli seçim sorğusu
Hesablama sahəli seçim sorğusu – bir və ya bir neçə informasiya mənbəyindən seçim şərtini ödəyən və müəyyən hesablama nəticəsində əldə olunmuş informasiyanı cədvəl şəklində əks etdirə bilər.Fərz edək ki,müvafiq kitabxana işçisini 1995-ci ildən sonra nəşr olunan kitabxanadakı konkret adda kitaba nə qədər maliyyə vəsaiti xərcləndiyi maraqlandırır.Sorğu yaradaq.Bunun üçün Misal 2.1 təsvir olunan
1.1-7 mərhələdə gördüyümüz işləri təkrar yerinə yetirək
2.Əlavə olaraq Количество və Цена sahələrini sorğu blankına əlavə edək.
3.İfadə tərtibatçısı vasitəsilə sorğu blankının boş sahəyə uyğun xanasında hesablanan sahə yardaq.Bunun üçün İfadə tərtibatçısından əvvəlcə kataloq cədvəlinin Количество sahəsini * işarəsini və kataloq cədvəlinin Цена sahəsini seçmək və OK düyməsini sıxmaq lazımdır. (Построитель выражения pəncərəsində [Количество]*[Цена]).Sorğunun nəticəsi cədvəl şəklində əks olunacaqdır.Sorğunu Zapros 11 adı ilə yaddaşda saxlayaq.
Sorğuda qruplaşmış əməliyyatlar
Çox zaman verilənləri məyən parametrə görə qruplaşdırmaq və yekun nəticəsini hesablamaq tələb olunur.MS Access-də bu məqsədlə qruplaşdırma əməliyyatı və 9 statistik funksiya nəzərdə tutulmuşdur.
SUM- qrupun müəyyən sahəsinin cəmini
AVG- qrupun müəyyən sahəsinin orta qiymətini
MAX,MİN- qrupun müəyyən sahəsinin ən > və ən < qiymətini
COUNT- qrupun müəyyən sahəsinin yazılarının sayını (boş yazılar nəzərə alınmır)
SET DEV - qrupun müəyyən sahəsində orta qiymətdən orta kvadratik paylamanı
VAR - qrupun müəyyən sahəsin də dispersiyanı
FİRST və LAST - qrupun müəyyən sahəsində birinci və sonuncu yazını tapır.
Misal 2.1.2.1
Fərz edək ki, kitabxananın 1995- ci ildən sonra nəşr olunan neçə adda kitab aldığı haqda (illər üzrə) operativ informasiya tələb olunur.Müvafiq sorğu sol tərəfdə aşağıdakı kimi təsvir olunur.
Издание
Места издание
Стр
Количество
Цена
Cədvəlin aşağı hissəsində
Поля – sətrində ; Название- Год выпуска
Имя таблица - sətrində; Каталог- Каталог
Групповая операция-sətrində; COUNT(Название-altında), Группировка(Год выпуска - altında )
Сортировка - sətrində; По возрастанию
Год выпуска bölməsinin Условия отбора sətrində >1995 yazaq
Sorğunun nəticəsi olaraq cədvəl başlıqları aşağıdakı kimi olacaq.
COUNT, Название, Год выпуска

Misal 2.1.2.2


Fərz edək ki, kitabxananın 1995- ci ildən sonra nəşr olunan kitabların alınmasına cəmi nə qədər vəsait sərf olunduğu tələb olunur.Yeni sorğu yaradaq.Bunun üçün:
1.База данных- Создать – Конструктор – ОК
2.İnformasiya mənbəyi olaraq Zapros 11 sorğusunu seçirik.
3.Yeni sorğuda iştirak edən sahələri Выражение 1 seçirik
4.SUM düyməsini və ya Вид menyusunun Групповые операции əmrini yerinə yetiririk
5.Sorğu blankının Групповые операции sətrində Группировка sözünü açılan siyahıdan SUM funksiyası ilə əvəz edirik və sorğunu yaddaşa veririk.


2.Dəyişdirici sorğular
Cədvəl yaradan və əlavə edən sorğular
Cədvəl yaradan sorğular bir və ya bir neçə cədvəl və ya sorğu əsasında yeni cədvəl yaradır.Əlavə edən sorğular isə bir və ya bir neçə cədvəl və ya sorğudan əldə olunan yazıları digər cədvələ əlavə edir.Yeni cədvəl yaradan və əlavə edən sorğular yaratmaq üçün ilk növbədə yeni seçim sorğusunun yaradılmasında olduğu kimi sorğu yaradılmasının Konstruktur rejimi seçilməli ,informasiya mənbəyi yaradılmasında iştirak edən sahələri,seçim şərtlərini, ehtiyac olarsa qruplaşmış əməliyyatları və ya hesablanan sahələri müəyyən etmək lazımdır.Sonra Запросы menyusunun və ya kontekst menyunun sorğunun növünə uyğun Создание Таблицы və ya Добавление əmrlərini yerinə yetirmək lazımdır.Açılan dialoq pəncərədə yaradılacaq və ya yazılar əlavə olunacaq cədvəlin adını və əgər cədvəl digər verilənlər bazasının cədvəli isə bazanın ünvanını ( disk, qovluq,bazanın adı) göstərmək lazımdır.

Misal2.2.1
Fərz edək ki,kitabxanadakı 1995-ci ildən sonra nəşr olunmuş əsərlərin siyahısı cədvəl şəklində lazımdır.Yeni sorğu yaradaq.
1.Misal 2.1.1-də təsvir olunmuş 1-7 mərhələsində görülən əməliyyatları təkrar yerinə yetirək
2. Запросы menyusunun Создание Таблицы əmrini seçək
3.Açılmış pəncərədə yaradılacaq cədvələ ad verək -tab5
4.Sorğunu Запросы2 adı ilə yaddaşda saxlayaq

Misal2.2.2


Fərz olunur ki,kitabxanadakı 1995-ci ildən sonra nəşr olunmuş əsərlərin siyahısı və yekun miqdarı haqqında məlumat lazımdır.Zapros2 sorğusunu yerinə yetirək

  1. База данных- Запросы -Создать – Конструктор – ОК

  2. İnformasiya mənbəyini – tab5 cədvəlini seçək

3.Sorğuda iştirak edən sahələri - tab5 cədvəlinin Название sahəsini seçək.SUM düyməsini və ya Вид menyusunun Групповые операции əmrini yerinə yetiririk
4.Sorğu blankının Групповые операции sətrində Группировка sözünü açılan siyahıdan COUNT funksiyası ilə əvəz edirik
5. Запросы menyusunun Добавление əmrini yerinə yetirib, tab5 cədvəlini seçirik
6.Sorğunu yerinə yetirdikdən sonra , tab5 cədvəlini açıb sorğunun nəticəsinə baxmaq olar
Ləğv edən sorğular
Adından məlum olduğu kimi bu sorğular bir və ya bir neçə cədvəl və ya sorğudan eyni vaxtda seçim şərtini ödəyən yazıların ləğv olunmasını təmin edir.
Misal 2.3.1
Fərz edək ki,Qurbanovun əsərlərinin kitabxana fondundan silinməsi ilə əlaqədar elektron kataloqun ləğv olunması tələb olunur.Sorğu yaradaq.

  1. База данных- Запросы -Создать – Конструктор – ОК

  2. İnformasiya mənbəyini – Kataloq cədvəlini seçək.Sorğuda iştirak edən sahələri – cədvəlin bütün sahələrini seçək

  3. Запросы menyusunun Удаление əmrini yerinə yetirək və sorğunu yaddaşda saxlayaq.



Yeniləşdirən sorğular
Yeniləşdirən sorğular informasiya mənbəyində müəyyən edilmiş
sahələrdə informasiyanı yenisi ilə əvəz edir. Sorğunu yaratdıqda Konstruktor rejimində sorğuda iştirak edən sahələri və yeniləşmə parametrini müəyyən etmək lazımdır.

3.Parametrik sorğular
1.Misal 2.1-də izah olunmuş 1-5 əməliyyatlarını təkrar yerinə yetirək
2. Запросы menyusunun Параметры əmrini yerinə yetirək
3.Açılmış pəncərənin Параметры bölməsinə Год выпуска və тип данных bölməsinə Целое daxil edirik.
4.Sorğunu yaddaşda saxlayaq.
Sorğunu yerinə yetirdikdə sorğu parametrini daxil etmək üçün dialoq pəncərəsi açılır. Год выпуска daxil edib OK düyməsini sıxdıqda sorğunun nəticəsi cədvəl şəklində əks olunacaq.


4.Kəsişən sorğular
Misal.Fərz edək ki,kitabxanadakı ayrı-ayrı müəlliflərin 1995-ci ildən sonra nəşr olunmuş kitablarını illər üzrə qruplaşmış siyahısına baxmaq tələb olunur.Bu məqsəd ilə kəsişən sorğu yaradaq.
1.База данных- Запросы - Создать düyməsini sıxdıqdan sonra, kəsişən sorğular rejimini seçib OK düyməsini sıxırıq.
2.Açılan pəncərədə sorğunun mənbəyini seçək.
3.Sətir başlığı kimi qəbul edilmiş sahəni – Avtor seçək
4.Sütun başlığı kimi qəbul edilmiş sahəni - Год выпуска seçək
5.Hesablama aparmaq üçün funksiyanı COUNT müəyyən edək və Итоговое значение parametrini seçək.
6.Sorğuya ad verib Готово düyməsini sıxaq.



Yüklə 40,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə