1.Ümumi məlumat Cədvəllər Sorğular Formalar Hesabatlar



Yüklə 40,56 Kb.
səhifə4/5
tarix11.12.2023
ölçüsü40,56 Kb.
#144176
növüMühazirə
1   2   3   4   5
acces

4.Formalar

Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub,təyinatından asılı olaraq База данных informasiyanın rahat daxil olmasını ,redaktəsini ,informasiyanın vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir


Formalar cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər.
1.Forma bir deyil , bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini və informasiya daxil olmasını təmin edə bilər.
2.İdarəetmə elementlərinin , informasiyanın tam şəkildə görünüşü üçün,rahat daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.
3.Bir sıra informasiyaların OLE- obyektlərin , o cümlədən şəkillər,video və animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.
Yeni formaların yaradılması
1.Sadə formaların yaradılması
Yeni forma yaratmaq üçün ilk növbədə База данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxdıqda və ya Вставка menyusunun Forma əmrini yerinə yetirdikdə ekrana Новая форма pəncərəsi açılır.Pəncərədə informasiya mənbəyini və forma yaratma rejimlərindən birini seçmək lazımdır.
Мастер форм
Автоформа:в столбец
Автоформа: ленточная
Автоформа: табличная
Диаграмма
Сводная таблица
Konstruktor
Автоформа:встолбец,Автоформа: ленточная,Автоформа: табличная rejimləri seçilmiş cədvəl və ya sorğu əsasında insanın iştirakı olmadan avtomatik olaraq sütun,lent və cədvəl şəkilli formalar yaradır.Bu rejimlər yalnız bir informasiya mənbəyi əsasında və sorğunun yaradılmasında informasiya mənbəyinin bütün sahələri iştirak etdikdə yeni formaların yaradılması üçün məqbuldur.Digər 3 rejim isə müvafiq olaraq bir neçə mərhələli ,təlimata uyğun sadə ,diaqram və yekun cədvəl tipli formaların yaradılmasını təmin edir.
Forma ustası vasitəsilə yeni formanın yaradılması
Новая форма pəncərəsində informasiya mənbəyini və Мастер форм rejimini seçib OK düyməsini sıxdıqda ,açılmış növbəti pəncərədə formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.Bunun üçün informasiya mənbəyinin sahələr siyahısından formanın yaradılmasında iştirak edən sahəni qeyd edib> düyməsini sıxmaq kifayətdir. >> düyməsi bütün sahələrin formanın yaradılmasında iştirakını təmin edir. < və << düymələri isə əksinə ,səhvən müəyyən edilmiş ayrı-ayrı sahələrin və hamısının iştirakını ləğv edir.Forma bir və ya qarşılıqlı əlaqəli bir neçə informasiya mənbəyi əsasında yaradıla bilər.Əlavə informasiya mənbəyi pəncərənin Таблицы/Запросы açılan siyahısından seçilir – Далее.Bu mərhələdə formanın görünüşü seçilir.Növbəti mərhələlərdə tələb olunan stili müəyyən edilir.Formaya ad verib və onun görünüş rejimi müəyyən etdikdən sonra Готово düyməsi sıxılır.
Diaqram rejimi vasitəsilə formanın yaradılması
Новая форма pəncərəsində informasiya mənbəyini və Диаграмма rejimini seçib OK düyməsini sıxdıqda ,açılmış növbəti pəncərədə formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.Sonra diaqramın tipi seçilməli ,növbəti mərhələdə isə diaqramda əks olunacaq informasiyanın tipi müəyyən olunmalı,formaya ad verilməli,onun görünüş rejimi təyin olunmalı və Готово düyməsini sıxılmalıdır.
Yekun cədvəllər vasitəsilə formanın yaradılması
Yekun cədvəllər adi cədvəllərdən fərqli olaraq müəyyən hesablamalar aparmaqla yaradılmış informasiyanı əks etdirir.
Новая форма pəncərəsində informasiya mənbəyini-Zaprosı 1 və Сводная таблица rejimini seçib OK düyməsini sıxmaqla açılmış informasiya pəncərəsində Далее düyməsini sıxaraq növbəti mərhələyə keçmək lazımdır.bu mərhələdə eyni qayda ilə formanın yaradılmasında iştirak edən sahələr müəyyən edilir.Növbəti mərhələdə MS Excel proqramı yüklənir.Famiya sahəsini pəncərədəki Сводная таблица diaqramının Строка, Год sahəsini Столбец, Название sahəsini Данные oblastında yerləşdirmək lazımdır – Готово
Konstruktor rejimi
База данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxmaqla açılan pəncərədə Konstruktor rejimini ,ehtiyac olarsa informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.bu zaman boş forma Konstruktor rejimində əks olunacaqdır.Elementlər panelinin müvafiq idarəetmə elementlərini boş forma üzərində yerləşdirməklə və müvafiq tərtibat , dizayn ,elementlərə uyğun xassələri müəyyən etməklə formanın yaradılması təmin olunur.

Yüklə 40,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə