1.Ümumi məlumat Cədvəllər Sorğular Formalar Hesabatlar



Yüklə 40,56 Kb.
səhifə5/5
tarix11.12.2023
ölçüsü40,56 Kb.
#144176
növüMühazirə
1   2   3   4   5
acces

5.Hesabatlar
Hesabatlar verilənlər bazasındakı informasiya əsasında yaradılmış və çap üçün nəzərdə tutulmuş sənədlərdir. Yeni Hesabat yaratmaq üçün ilk növbədə База данных pəncərəsinin Hesabatlar bölməsinin Создать düyməsini sıxБаза данных pəncərəsinin Forma bölməsinin Создать düyməsini sıxmaq,açılan pəncərədə hesabat yaradılması rejimlərindən birini və informasiya mənbəyini seçib OK düyməsini sıxmaq lazımdır.Yeni hesabatın yaradılması üçün aşağıdakı rejimlər nəzərdə tutulmuşdur.
Конструктор
Мастер отчета
Автоотчет :ленточный
Автоотчет: в столбец
Почтовые наклейки
Мастер диаграмм
Автоотчет :ленточный və Автоотчет: в столбец rejimləri avtomatik olaraq lentşəkilli və sütunvari sadə yalnız bir informasiya mənbəyi əsasında hesabatların yaradılmasını təmin edir.Bu tip hesabatlarda informasiya mənbəyinin bütün sahələri hesabatın yaradılmasında iştirak edir.
Мастер отчета rejimi vasitəsilə hesabat yaratmaq üçün informasiya mənbəyini seçib OK düyməsini sıxdıqda açılan ilk pəncərədə hesabatın yaradılmasında iştirak edən sahələri seçib Далее düyməsini sıxmaq lazımdır.Sonrakı mərhələdə hesabatın tərtibat formalarını seçmək ,ad vermək və Готово düyməsini sıxmaq lazımdır.
Görünüş istifadəçini qane edərsə Файл –Печать əmrini yerinə yetirməklə hesabatı çap edə və yaxud da Файл- Отправить əmrini yerinə yetirməklə hesabatı uzaq məsafədə yerləşən istifadəçiyə elektron poçt(e-mail) vasitəsilə göndərə bilər.
Görünüş istifadəçini qane etməzsə Вид menyusunun konstruktor əmri vasitəsilə hesabatı yenidən redaktə edə bilər.
Мастер диаграмм rejimi diaqram tipli hesabatların yaradılmasını təmin edir.
Почтовые наклейки rejimi bazadakı informasiya əsasında poçt nakleykalarının yaradılmasını və çapını təmin edir.
1.Nakleykanın ölçüsünü seçmək – Далее
2.Şrift,onun rəngini,stilini,ölçüsünü seçmək – Далее
3.Nakleyka üzərində hansı sahənin informasiyaları yerləşəcəyini müəyyən etmək – Далее
4.Nizamlanma aparılacaq sahəni müəyyən etmək- Далее
5.Hesabata ad verib- Готово
Конструктор rejimi formada oıduğu kimi idarəetmə elementləri panelinin elementlərini bu rejimi seçdikdə açılan boş hesabat üzərində yerləşdirməklə yeni hesabatın yaradılmasını və digər rejimlərdə yaradılmış hesabatları redaktə etməyə imkan verir.
Verilənlər pəncərəsinin Конструктор düyməsini sıxmaqla qeyd olunmuş hesabatı redaktə etmək,Baxış düyməsini sıxdıqda isə ona baxmaq və hesabat bizi qane edərsə Файл menyusunun Печать əmri vasitəsilə çap etmək olar.
Конструктор rejimində hesabatı Format menyusunun əmrləri vasitəsilə tərtibatını dəyişmək (Автоформат) ,elementlərin düzülüşünü və ölçüsünü nizamlamaq olar.Вставка menyusu vasitəsilə hesabatın səhifələrini nömrələmək,hesabata tarix və vaxt,digər Windows əlavələrinin obyektlərini,diaqram,hiperistinad,şəkil daxil etmək olar.
Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.MS Access proqramı necə yüklənir?


2.MS Access proqram pəncərəsi hansı elementlərdən təşkil olunmuşdur?
3.Verilənər bazası pəncərəsi neçə bölmədən ibarətdir?
4.Hər bir bölmədə müvafiq obyektlər yerləşir.Obyektlərin düzülüşü və nişanlarının forması hansı menyunun əmrləri vasitəsilə tənzimlənir?
5.Yeni cədvəlin yaradılmasının hansı rejimləri var?
6.MS Access-də hansı verilənlər tipi nəzərdə tutulmuşdur?
7.Sorğu nədir?
8.Hansı sorğu növləri mövcuddur?
9.MS Access-də neçə statistik funksiya nəzərdə tutulmuşdur?
10.Dəyişdirici sorğular neçə yerə ayrılır?
11.Formalar cədvələrldən fərqli olaraq hansı üstünlüklərə malikdirlər?
12.Новая форма pəncərəsində hansı rejimlərdən istifadə edilir?
13.Yeni hesabatın yaradılması üçün hansı rejimlər nəzərdə tutulmuşdur?

Ədəbiyyat:


1.Quliyev H.X; Balayev P.Ə “ İqtisadi informatika və hesablama texnikasının əsasları”


Dərslik: Səhifə 699- səhifə 727


Yüklə 40,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə