1.İdarəetmə uçotunun predmeti



Yüklə 18,84 Kb.
səhifə1/4
tarix29.11.2023
ölçüsü18,84 Kb.
#139576
  1   2   3   4
Kol 1 İdarəeetmə


Kollokvium sualları:
1.İdarəetmə uçotunun predmeti.
2.İdarəetmə uçotunun obyektləri.
3.İdarəetmə uçotunun metodları.
4.İdarəetmə uçotu və maliyyə uçotu arasında oxşarlıq və fərq.
5.Xərclərin təsnifatı.
6.Cavabdeh mərkəzlər və onların formaları.
Cavablar:
1.İdarəetmə uçotunun predmeti.
İdarəetmənin predmetini idarə edilən obyektə təsir göstərmək və ya istehsalın maksimal səmərəliliyinə nail olmaq üçün insanların fəaliyyətinin təşkili və koordinasiyası məqsədi ilə idarəetmə prosesi təşkil edir. İdarəetmə idarəetmənin predmetinə planlaşma, təşkil, koordinasiya, maraqlandırma və nəzarət vasitəsi ilə təsir göstərir. Predmetin məzmunu onun çoxsaylı obyektlərini müəyyən edir ki, onları iki qrupa bölmək olar: 1.İstehsalat ehtiyatları; 2.təsərrüfat proseslər və onların nəticələri. İstehsalat ehtiyatlarının tərkibinə bunlar daxildir:
-əsas fondlar, onların vəziyyəti və istifadəsi;
-qeyri -maddi aktivlər, onların vəziyyəti və istifadəsi;
-material resursları.
Uçot və hesabatın beynəlxalq standartlarında nəzərdə tutulduğu sistemə görə qeyri-maddi aktivlər bu növlər üzrə qruplaşdırılır:
-intellektual mülkiyyət hüquqları;
-torpaq və təbii ehtiyatlardan istifadə hüquqları;
-təxirə salınan xərclər;
-firmanın qiyməti (Qudvill);. Qeyri-maddi aktivlərə aşağıdakı intellektual mülkiyyət obyektlərinin dəyəri aid edilməlidir: -patentlərin;
-patent sahiblərinin ixtira, sənaye nümunəsi və faydalı model hüququ;
-EHM üçün proqram məhsulları.
İstehsaldakı rolundan asılı olaraq materiallar bu qruplara bölünür:
-xammal və əsas materiallar; -köməkçi materiallar;
-yanacaq;
-ehtiyat hissələri;
-tara və tara materialları;
-alınmış yarımfabrikatlar;.
İkinci qrup obyektlərə isə bunlar aid edilir:
-təchizat-tədarükat;
-istehsal fəaliyyəti;
-maliyyə-satış fəaliyyəti;
-təşkilat fəaliyyəti.
3.İdarəetmə uçotunun metodları.
İdarəetmə uçotu obyeklərinin əks etdirildiyi qayda və üsulların məcmusu
idarəetmə uçotunun metodunu təşkil edir ki, onun əsas elementləri: sənədləşdirmə; inventarlaşdırma; nəzarət hesablarında istifadə, qruplaşdırma və ümumiləşdirmə; normalaşdırma, planlaşdırma və limitləşdirmə; nəzarət; təhlil.
1.Sənədləşdirmə müəssisənin istehsal fəaliyyətini ilkin sənədlərin və
informasiyanın maşın daşıyıcıları vasitəsi ilə tam əks etdirilməsinə şərait yaradır. İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların aparılası üçün rəhbərliyin sahibkarın göstərişini təsdiq edən yazılı şəhadətnamədir.
2.İnventarlaşdırma uçot obyektinin faktiki vəziyyətinin, həmçinin qeydə
alınmamış qiymətlilərin, itkilərin, mənimsəmələrin müəyyən edilmə üsuludur.
3.ümumiləşdirmə üsulu müəyyən əlamətlər üzrə obyekt haqda məlumatları toplamaq və sistemləşdirməyə
imkan verir. Təsərrüfat proseslərini əks etdirmək və onun həyata keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş hesablara əməliyyat hesabları deyilir. Əməliyyat hesabları bir neçə qrupa bölünür: 1.Bölüşdürücü hesablar. 2.Kalkulyasiyaedici hesablar. 3.Müqayisəedici hesablar.
4.limitləşdirmə müəssisənin idarəetmə
sisteminə daxildir. Normalaşdırma bütün növdən olan ehtiyatların səmərəli istifadəsini təmin edən optimal norma və normativlərin elmi cəhətdən düzgün hesablanması prosesidir. Limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir.
5.Təhlil idarəetmə uçotunun spesifik xüsusiyyətə malik olan elementi olub praktiki onun bütün tərkib elementləri ilə əlaqədardır.
6.Nəzarət mövcud kənarlaşmaları müəyyən etməyə və aradan qaldırmağa imkan verən, əvvəlcədən müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsinə yönəldilən
planlaşdırma və təhlilin son prosesidir.

Yüklə 18,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə