1.Ümumi məlumat Cədvəllər Sorğular Formalar Hesabatlar



Yüklə 40,56 Kb.
səhifə2/5
tarix11.12.2023
ölçüsü40,56 Kb.
#144176
növüMühazirə
1   2   3   4   5
acces

2.Cədvəllər
Cədvəl verilənər bazasının əsas obyekti olub, informasiya onda saxlanılır. MS Access-də cədvəlin sətrini yazı, sütununu isə sahə adlandırmaq qəbul edilmişdir.Yeni cədvəlin yaradılmasının aşağıdakı rejimləri var.
Режим таблицы, Конструктор таблицы, Мастер таблицы, Мастер импорта таблицы,Мастер связи с таблицами
Cədvəl rejimi sadə cədvəllərin yaradılmasına xidmət edir.Cədvələ verilənləri daxil etdikdə eyni zamanda cədvəlin strukturu müəyyən olunur. Cədvəl rejimi vasitəsilə cədvəl yaratmaq üçün База данных pəncərəsinin cədvəl bölməsinin Создать düyməsini sıxmaqla Новая таблица pəncərəsinin rejimlər siyahısından Режим таблиц variantını seçib OK düyməsini sıxmaq lazımdır.Bu zaman 20 sahədən və 30 ədəd yazıdan ibarət olan boş cədvəl pəncərəsi açılacaqdır.Sahələr standart Поле 1, Поле 2, Поле 3.... Поле 20 adlandırılmışdır.Sahələrin adını dəyişmək üçün kursoru sahənin adının üzərinə qoyub, mışkanın sol düyməsini iki dəfə sıxmaq və yeni adı klaviaturadan daxil etmək lazımdır.Bunun üçün Format menyusunun Переименовать столбец əmrini və ya kontekst menyunun eyni adlı əmrini yerinə yetirməklə də həyata keçirmək olar.
Kursor avtomatik olaraq yeni cədvəlin birinci xanasında yerləşir və artıq bu xanaya informasiya daxil etmək olar. İnformasiya sonuncu 30- cu yazıya daxil olduqdan sonra avtomatik cədvələ yeni boş sətir – yazı əlavə olunur.Ehtiyac olarsa cədvələ yeni sahələr də əlavə etmək olar.Bunun üçün Вставка menyusunun Cтолбец əmrini yerinə yetirmək kifayətdir.Yaradılmış cədvəli yaddaşda saxlamaq üçün Fayl menyusunun Сохранить əmrini yerinə yetirmək lazımdır.Bu zaman açılan dialoq pəncərəsində cədvələ ad vermək və OK düyməsini sıxmaq lazımdır.Növbəti açılan dialoq pəncərəsində cədvəl üçün ilkin açar yazının identifikasiya nömrəsinin avtomatik yaradılması haqda soruşulur? Sorğuya Да və ya Нет düyməsini sıxmaqla cavab vermək olar.
Cədvəl yaradılmasının əsas üsulu – cədvəl konstruktoru ,yalnız cədvəlin strukturunu müəyyən edir. База данных pəncərəsinin cədvəl bölməsinin Создать düyməsini sıxmaqla açılmış pəncərədə Конструктор rejimini seçib Ok düyməsini sıxdıqdan sonra Конструктор таблицы pəncərəsi açılır.Pəncərənin yuxarı hissəsi sahənin təsvirini əks etdirir. Sahə Имя поля,тип данных, Описание sütunlarından təşkil olunmuşdur.Aşağı hissə Общие və Подстановка(əvəzetmə) bölmələrindən ibarətdir və sahələr üçün əlavə xassələrin təyin olunmasına xidmət edir. Имя поля sütununda yeni cədvəlin sahələrinin adı daxil edilir. Тип данных sütununda sahədə yazılacaq informasiyanın tipi açılan siyahıdan müəyyən olunur.
MS Access-də aşağıdakı verilənlər tipi nəzərdə tutulmuşdur.
Текст- Sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur.(maksimum 255 simvol ola bilər).Hesablama prosesində iştirak etməyən ədədlər, məsələn telefon nömrələri,ünvan indeksləri və. S. mətn tipi ilə göstərilə bilər.
Memo – Mətn tipindən fərqli olaraq 64000 - ə qədər simvollu uzun sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur.
Числовой – Tam və sürüşkən vergüllü həqiqi ədədləri adi və ya ikiqat dəqiqliklə daxil olunmasını təmin edir.
Дата/Время – Vat və tarixin daxil olunmasını təmin edir.
Счетчик - İlkin və sonrakı açar sahələri üçün nəzərdə tutulmuşdur.
Логический - Вкл/Выкл və ya Да/Нет qiymətlərindən birini alan sahələri üçün nəzərdə tutulmuşdur.
Ole obyekti – digər Windows əlavələrinin obyektlərinin cari səhifəyə daxil olunmasını təmin edir.
Гиперссылка – Sahəyə hiperəlaqənin – Web sənədlərin , şəbəkə və lokal faylların ünvanlarının saxlanmasını təmin edir.
Мастер подстановок – İnformasiyanın digər cədvəldən ,sorğudan və ya əvvəlcədən müəyyən edilmliş siyahıdan seçilən açılan siyahılı sahələrin yaradılmasını təmin edir.Bu əməliyyat bir neçə mərhələ ilə yerinə yetrilir.Hər bir mərhələyə uyğun pəncərə açılır.Bir pəncərədən digərinə keçid Далее düyməsini sıxmaqla həyata keçrilir.Birinci mərhələdə açılmış ilk pəncərədə informasiyanın digər cədvəldən və ya əvvəlcədən müəyyən edilmiş siyahıdan seçilməli olduğunu müəyyən etməli
Əgər informasiya mənbəyi digər cədvəl,sorğu olarsa ikinci pəncərədə informasiya mənbəyinin adı siyahıdan seçilir.Sonrakı mərhələlərdə informasiyanın informasiya mənbəyinin hansı sahəsindən seçiləcəyi müəyyən olunur və açılan siyahılı sahənin eni təyin olunur.Nəhayət sonuncu mərhələdə açılan siyahılı sahəyə ad verilir və Готово düyməsi sıxıır.Əgər informasiya mənbəyi əvvəlcədən müəyyən edilmiş siyahı olarsa ikinci pəncərədə siyahı tərtib olunur.Sonrakı mərhələdə isə açılmış pəncərədə açılan siyahılı sahəyə ad verilir və Готово düyməsi sıxıır.
Təsvir sütunu isə sahə üçün izahedici şərh yazılması üçün nəzərdə tutulmuşdur.Qeyd edək ki, bir sütundan digər sütuna keçid Tab düyməsi ilə həyata keçrilir.
Hər bir sahənin verilənlərinin tipinə uyğun xassələr müəyyən etmək olar.Onların bir qismi bütün tip verilənlər üçün digərləri isə konkret sahələr üçün nəzərdə tutulmuşdur.
Размер поля – Sahəyə daxil olunacaq mətnin uzunluğunu və ya ədədin tipini – bayt,tam(Целое),Длинное цело,Обычное,ikiqat dəqiqliklə(Двойной точностью) müəyyən edir.
Format – verilənlərin formatını müəyyən edir.
Число десятичных знаков – Onluq kəsr şəklində daxil olunan informasiyalarda vergüldən sonra rəqəmlərin sayını müəyyən etməyə imkan verir.
Маска ввода – daxiletmə şablonu sahəyə informasiyanın format əsasında düzgün daxil olmasını asanlaşdırır.
Подпись – yazı xassəsi kimi müəyyən olunmuş simvollar cədvəl rejimində,forma və hesabatlarda sahə başlığı olacaqdır.Bu sahə boş buraxıldıqda isə sahə adı avtomatk sahə başlığı olacaq.
Значение по умолчанию – o təkrar olunan informasiyanın daxil olmasını avtomatlaşdırmağa xidmət edir.

Условие на значeние – Sahəyə düzgün informasiyanın daxil olmasına nəzarət edir.


Сообщение об ощибке- Səhv məlumatları əks etdirir.
Обязательные поля – Vacib sahə kimi qəbul olunmuş sahəyə informasiya mütləq daxil olmalıdır.
Индексированные – Sahənin indeksli olmasını müəyyən edir.İndeks informasiya axtarışını sürətləndirir.Üç hal ola bilər.
1.Sahə indekslidir və təkrar yol verilməzdir.(Да,совпадение недопустима ). Bu halda sahədə eyni informasiya təkrar oluna bilməz
2.Sahə indekslidir və təkrara yol verilə bilər.
3.Sahə indeksli deyil
Yeni qiymət bu xassə Sayğac tipli informasiyanın hansı prinsiplə ardıcıl və ya təsadüfü olaraq avtonömrələnməsini bildirir.
Əvəz etmə üçün xassələr avtomatik olaraq usta vasitəsilə müəyyən olunur.
Cədvəl ustası rejimi MS Access-də nəzərdə tutulmuş bir sıra cədvəl nümunələri əsasında yeni cədvəlin yaradılmasını təmin edir.
Cədvəl ıdxal rejimi vasitəsilə digər verilənlər bazasının cədvəllərini,MS Excel,Lotus 2-3 elektron cədvəllərinin ,HTML mətn fayllarının surətini yeni cədvəl şəklində cari bazada yaratmaq mümkündür. Bu əməliyyat aşağıdakı mərhələlərlə aparılır.
1.Verilənlər bazası pəncərəsində Создать düyməsini sıxmaqla импорта таблицы(Cədvəl ıdxalı)rejimini seçib OK düyməsini sıxmaq lazımdır.
2.Açılmış pəncərədə faylın tipi ,informasiya mənbəyinin tipi və fayllar siyahısında isə informasiya mənbəyini seçib mışkanın sol düyməsini iki dəfə və ya импорт düyməsini sıxmaq lazımdır.
3.Növbəti açılan pəncərə informasiya mənbəyinin tipindən asılı olaraq müxtəlif olur.Pəncərənin cədvəl bölməsindəki cədvəl siyahısından idxal olunacaq cədvəlin adını seçib OK düyməsini sıxmaq lazımdır.
İdxal əməliyyatı müvəffəqiyyətlə həyata keçrildikdə bu haqda informasiya pəncərəsi açılır və idxal olunmuş cədvəlin adı cədvəllər siyahısına əlavə olunur.İdxal olunan cədvəllə bazadakı cədvəlin adı eyni olduqda cari bazada onun adının sonuna 1 əlavə olunur.
Cədvəllərlə əlaqə(Связь с таблицами) rejimi digər verilənlər bazasının , verilənlər bazasının idarəetmə sistemlərinin (Foxpro,dBase II-V)cədvəlləri, MS Excel,Lotus 2-3 elektron cədvəlləri , mətn və HTML faylları ilə əlaqəli yeni cədvəlin yaradılmasını təmin edir.Əlaqəli cədvəlin yaradılması əməliyyatı cədvəl idxalı əməliyyatı ilə eyni qaydada həyata keçrilir.Sadəcə olaraq birinci mərhələdə Cədvəl idxalı rejimi əvəzinə cədvəllərlə əlaqə rejimini seçmək lazımdır..Əlaqəli cədvəl əlaqə nişanına malık olacaq.
Sahələr arası əlaqələr. Realison verilənlər bazası əlaqəli sahələrə malik obyektlərdən təşkil olunur.Sahələr arasında əlaqə yaratmaq üçün Servis menyusunun Схема данных əmrini yerinə yetirmək,verilənlər sxemi pəncərəsi və onun üzərindəki Добавление таблицы pəncərəsindən əlaqə yaradılması tələb olunan informasiya mənbələrini seçib Добавить düyməsini sıxmaq lazımdır.
Tələb olunan bazaları Схема данных pəncərəsində yerləşdirdikdən sonra Добавление таблицы pəncərəsini bağlamaq lazımdır.Sonra informasiya mənbəyinin birində əlaqə sahəsini qeyd edib, digər informasiya mənbəyinin əlaqə sahəsinin üzərinə qoymaq lazımdır.Bu zaman açılan Связи pəncərəsinin Обьединение düyməsini sıxıb, açılan yeni pəncərədə əlaqənin tipini seçmək və OK düyməsini, sonra isə Связи pəncərəsində Создать düyməsini sıxmaq lazımdır.

Yüklə 40,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə