Mövzu: 5 hesablar sistemi və ikili qeydiyyat üsulu plan



Yüklə 57,21 Kb.
səhifə8/14
tarix26.05.2023
ölçüsü57,21 Kb.
#113155
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
MÖVZU 5

Qeyd: Bu iki sual bizə hər zaman əməliyyatın hansı hesaba təsir etməsini tapmaqda yardımçı olacaqdır. Cavabı tapmaq üçün sadəcə əməliyyatı təsəvvür etmək lazım gələcəkdir.
Uçot və hesabların dilini dərk etmənin sirlərindən biri əməliyyatı təsəvvür edə bilməkdir. Təsəvvür etmək dedikdə əməliyyatı görürmüş kimi, elə əməliyyat anında özünündə iştırak etdiyini xəyal etmək başa düşülür. əgər kassaya pul gətirilirsə,özünü kassanın yanında təsəvvür etmək, yaxud amnara mal daxil olursa anbarın özündə həmin malları seyr edirmiş kimi olmaq və s,başa düşülr.
Beləliklə məntiqini işə sala bilməyən və təxəyyül edə bilməyən şəxs mühasibatlığı və ikitərəfli yazılış qaydasını öyrənməkdə cətinlik çəkəcəkdir.


5.4. İkiliqeydiyyat üsulu ilə əməliyyatın hesablarda əks etdirilməsi
İkili qeydiyyat metodu ilə əməliyyatın hesablar üzrə əks etdirilməsi yuxarıda qeyd etdiyimiz qaydaların tətbiqi ilə mümkündür. Bundan əlavə əməliyyatın ümumilikdə maliyyə hesabatının elementlərinə təsiri qaydasını bilməkdə vacib məsələlərdən biridir. Çünki hesablar məhz maliyyə hesabatının tərkib maddələridir.
Maliyyə hesabatının elementlərinə (mühasibat uçotu bərabərliyi üzrə) təsirinə görə biz əməliyyatları 4 qrupa bölə bilərik.

  1. Aktivlərin əmələ gəlməsi (artması)

  2. Aktivlərin istifadəsi (azalması)

  3. Aktivlərin yer dəyişməsi

  4. Passivlərin yer dəyişməsi

Bu qruplaşdırma hər bir əməliyyatın məzmununun dərk edilməsi, onun təsəvvür edilib hesablarda əks etdirilməsində bizə kömək olacaqdır.



  1. AKTIVLƏRIN ƏMƏLƏ GƏLMƏSI ( ARTMASI)

Əgər əməliyyat eyni zamanda aktivlərin və passivlərin artmasına səbəb olarsa buna aktivin əmələ gəlməsi əməliyyatı deyilir. Bu tip əməliyyat nəticəsində balansın aktiv və passiv hesabları hər ikisi eyni məbləğdə artır və balans pozulmur.


Əməliyyat 1. Fərz edək ki noyabrın 1- də sahibkar 15 000$ nəğd pul qoyuluşu edir. Yuxarıdakı 2sirli sualı versək görərik ki, aktivlərdə “Pul” vəsaiti hesabı artdı, bu vəsaitin mənbəyidə passivdə “Nizamnamə kapitalı” hesabıdır. əməliyyatın T hesablarda ifadəsi aşağıdakı kimi olacaqdır.



Yüklə 57,21 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə