Mövzu: 5 hesablar sistemi və ikili qeydiyyat üsulu plan


Ümümiləşdirilmə səviyyəsinə görə hesablar 2 yerə bölünür



Yüklə 57,21 Kb.
səhifə6/14
tarix26.05.2023
ölçüsü57,21 Kb.
#113155
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14
MÖVZU 5

Ümümiləşdirilmə səviyyəsinə görə hesablar 2 yerə bölünür:

Sintetik hesab dedikdə uçota alınan obyekt barədə ümumiləşdirilmiş informasiya verən hesab başa düşülür. Analtik hesab dedikdə isə həmin sintetik hesab üzrə məlumatları detallaşdıran hesab başa düşülür. Məsələn , “əsas vəsaitlər” hesabı sintetik hesabdırsa , “avadanlıq” hesabı analtik hesabdır, yaxud “pul vəsaitləri” sintetik hesabdırsa , bankda və kassada olan milli və xarici valyutalar analtik hesablardır.
Hər bir sintetik hesabın subhesabı ola bilər. Məsələn , Qeyri-maddi aktivlər hesabının subhesabları kimi patent, lisenziya,qudvil və s. hesabları göstərmək olar.
Kontrol (nəzarət ) hesabları dedikdə beynəlxalq təcrubədə yalnız debitor və kreditor borcların hesabları nəzərdə tutulur. Ona görə ki, bu hesablar müəssisə rəhbərliyi tərəfindən hər zaman nəzarət altında saxlanılır. Belə ki, şirkətin nə qədər borcu var və bu borc kimlərindir? Və nə qədər alacaqlar var və bunlar kimlərdədir?
Mühasib bu məsələni həll etmək ücün hər bir debitora və kreditora ayrıca hesab açır. Məsələn (A) debitoru,(B)debitoru, (C)debitoru və s, yaxud (D) kreditoru, (C)kreditoru və s, bununla da hər bir debitor və kreditora ayrıca nəzarət etmək olur. Nəzarət hesabı barədə praktiki misallar “debitor borcları” mövzusunda verilmişdir.
5.3. İKILI QEYDIYYAT ÜSULU VƏ ONUN TƏTBIQI QAYDALARI
Artıq qeyd olunduğu kimi,uçot və hesabatın hazırlanmasının əsasında ikitərəfli qeydiyyat üsulunun düsturu (A=O+K) dayanır. Bu üsulun əsasında duran məntiq, hər bir əməliyyatın təsirinin 2 hesabda eyni məbləğdə əks etdirilməsidir. Hər bir uçot zamanı uçot hadisəsi mühasibat hesablarında həm debit, həmdə eyni məbləğdə kredit üzrə göstərilməlidir. Məhz bu məntiqdən ikitərəfli qeydiyyat üsulunun əsas qaydası meydana çıxır.
İkitərəfli qeydiyyat üsulunun əsas Qaydası:
Hər bir əməliyyat üzrə debetin cəmi kreditin cəminə bərabər olmalıdır.
Debet=∑Kredit
Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, istənilən halda balans tarazlığı qorunub saxlanılmalıdır.Hətta əməliyyatlar hesablar üzrə səhv ,lakin bu qaydaya uyğun qeyd edilibsə belə, tarazlıq mütləq qorunub saxlanılacaqdır. Deməli əgər yekunda balans düz gəlməzsə hansısa bir əməliyyatın qeydiyyatında səhv edilmişdir.

Yüklə 57,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə