Mövzu: 5 hesablar sistemi və ikili qeydiyyat üsulu plan


Hesabların müxabirələşməsi



Yüklə 57,21 Kb.
səhifə7/14
tarix26.05.2023
ölçüsü57,21 Kb.
#113155
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   14
MÖVZU 5

5.3.1. Hesabların müxabirələşməsi
Hesabların müxabirələşməsi dedikdə əməliyyatın təsirinə məruz qalan 2 hesabın bir-biri ilə görüşməsi və nəticədə bu hesabların artıb-azalması başa düşülür.
Müxabirələşmənin 2 əsas forması var :

  • Sadə müxabirələşmə

  • Mürəkkəb müxabirələşmə



Sadə Müxabirələşmə yalnız iki hesab arasında baş verən artma və azalmanı göstərir. Yəni , əgər bir hesabın debetində artrma baş vermişsə ,başqa bir hesabın kreditində də artma baş verəcəkdir.,yaxud , əksinə bir hesabın debetində baş verən artıma , digər hesabın kreditində azalma kimi əks etdiriləcəkdir.
Mürəkkəb müxabirələşmə üç və daha çox hesablar arasında artma və azalma əlaqəsini göstərir. Məsələn , bir hesabın edebetində artma baş verirsə , digər iki hesabın kreditində də artma , yaxud əksinə.
Müxabirələşməni başa düşmək üçün hər bir hesabın mahiyyətini və onların artma-azalma qaydalarını və əməliyyatın maliyyə hesabatının elementlərinə təsiri qaydasını bilmək lazımdır.


5.3.2. Əməliyyatın maliyyə hesabatının elementlərinə təsviri qaydası:
Əməliyyatın maliyyə hesabatının elementlərinə təsiri qaydasını bilmək üçün aşağıdakı “2 sirli sual” köməyimizə cata bilər :



  • Nə artdı (yaxud azaldı)?

  • Hardan artdı (yaxud azaldı)?

Nə artdı (azaldı) sualı əsasən aktivə verilən sualdır ki,bununla biz aktivə hansı hesabın artmasını , yaxud azalmasını müəyyən edə bilərik. Məsələn , əgər əməliyyatın təsiri nəticəsində müəssisənin kassasına pul daxil oldusa , deməli “Pul vəsaiti” hesabımız artacaqdır. Yaxud əməliyyatın təsiri nəticəsində pul azaldısa, demeli azalan hesab yenə də “Pul vəsaiti” hesabı olacaqdır.


Hardan artdı (hara getdi)” sualı isə mənbəni tapmaq üçün verilən bir sualdır ki, bununla biz əsasən , passivdə təsirlənən hesabı tapa bilərik. Məsələn ,kassada artan pulun mənbəyi sahibkar qoyuluşudursa bu zaman “haradan yarandı” sualına cavab olaraq passivdə “Nizamnamə kapitalı” hesabını yaxud borc vəsaiti hesabına olubsa, deməli”Alınmış borc” hesabımızın artmasını tapa bilərik. Uyğun olaraq kassadan icarə haqqını ödəmişiksə aktivimiz “haraya getdi?” sualına cavab olaraq “icarə xərci”hesabını tapmış olarıq.

Yüklə 57,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə