İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI



Yüklə 2,6 Mb.
səhifə1/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
11ci movzu


Fənn: Dünyanın iqtisadi və sosial coğrafiyası(Dünya təsərrüfatının coğrafiyası);
İxtisas: Tarix və coğrafiya müəllimliyi;
Kurs: II kurs (Yaz-4);
Tədris ili: 2022-2023-cü il;
Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı;
Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı: Ş.Əliyeva.
Mövzu 11.
Dünyanın yeyinti sənayesinin sahəvi və ərazi strukturunun coğrafiyası

Mühazirənin planı:
11.1. Dünyanın yeyinti sənayesinin coğrafiyası;
11.2. Yeyinti sənayesinin sahəvi və ərazi strukturlarının səciyyəsi.

11.1. Dünyanın yeyinti sənayesinin coğrafiyası
Yeyinti sənayesi haqqında ümumi məlumat. Yeyinti sənayesi müasir sənaye istehsalının mühüm sahələrindən biridir. Dünyada yeyinti sənayesinin iqtisadi rolu hər şeydan əvvəl, onun əhalinin ərzaq tələbatının ödənilməsinin əsas hissəsini təşkil etməsidir. O əhalini daha səmərəli qida məhsulları ilə təmin edir. Yeyinti sənayesi qida məhsullarının təlabatında həm zaman, həm də ərazi cəhətdən olan bərabərsizliyi aradan götürməklə kənd təsərrüfatı xammalından səmərəli istifadə olunmasına, onda olan itkinin azalmasına şərait yaradır.
Yeyinti sənayesi müəsisəsi. Yeyinti sənayesi kənd təsərrüfatı ilə sıx surətdə əlaqədardır. O 50 %-dan çox kənd təsərrüfatı məhsullarından istifadə edir və sahənin əsas xammal bazasından ibarətdir. Kənd təsərrüfatı məhsulları ilkin xammal olub, ondan hazır məhsullar (şəkər tozu, bitki yağı, konservlər və s.), yaxud da yeyinti sənayesinin digər sahələrində istifadə edilən təkrar xammallar alınır. Məsələn, un çörəkbişirmə sənayesində, şəkər tozu qənnadı sənayesində və bitki yağı marqarin istehsalında istifadə olunur. Əhaliyə çatan ərzaq özünün əsas kütləsini sənaye emalından keçirir. Belə ki, ət , südün 75 % qədəri demək olar ki, bütün dənli bitkilər emal olunur. Gələcəkdə kənd təsərrüfatı məhsullarına artan tələbat sahədə dərin texnoloji emalı daha da artıracaqdır. Buna görə də, yarımfabrikatların istehsalı və hazır məhsulların istifadəsinin genişlənməsinə istiqamətlənən yeyinti sənayesinin strukturunda irəliləmələr gözlənilir.
Yeyinti müəssisələrinin daha güclü soyuducularla təmin edilməsi emal olunmuş kənd təsərrrüfatı xammalının uzun müddətə saxlanılmasına, bazarın həmişə ərzaqla, xüsusilə tez xarab olan məhsullarla təchizatına bərabər şərait yaradır. İstehsal sahələrinin tullantıları həm kənd təsərrüfatında, həm də sənayenin digər sahələrində istifadə olunur (yüngül, əczaçılıq və s.).
Əhalinin yüksək keyfiyyətli qida məhsulları ilə təchizatının yaxşılaşdırılması üçün onların saxlanılmasına, daşınmasına, emal zamanı itkilərin azalmasına xüsusi diqqət ve-rilir. Bununla əlaqədar elevatorlar, anbarlar ve soyuducular tikilir, qablama materialları istehsalı inkişaf etdirilir. Soyuducu sənayesi ixtisaslaşma xarakterinə malikdir. Kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması zamanı süni soyuğun tətbiq edilməsi genişlənmişdir. Məlumdur ki, yeyinti sənayesi ildə yüzlərlə milyon ton müxtəlif məhsullar istehsal edir. Başlıca xüsusiyyətlərindən biri də məhsulların fiziki xassələrinə münasib kiçik qablarda yerləşdirilməsidir. Buna görə də sahə şüşə, kağız, metallurgiya, kimya və s. sənaye sahələri ilə əlaqələrinə şərait yaradır. Sahənin məhsullarının qablaşdırılması müxtəlif istehsal müəssisələri üçün mal bağlayan avtomat-maşınlar istehsalını tələb edir. Qabların tərtibatı üçün yüksək keyfiyyətli poliqrafiya məhsullarına böyük xərclər lazım gəlir. Göründüyü kimi yeyinti sənayesi öz inkişafında sənayenin çox sahələrindən asılıdır. Ağır sənaye ona müasir avadanlıqlar, maşınlar, yanacaq, enerji, kimyəvi məhsullar və s. göndərir.
Dünyanın yeyinti sənayesi mürəkkəb struktura malikdir. Onun tərkibinə 20-dən artıq sahəlarla yanaşı, çoxlu sayda ixtisaslaşmış istehsallar daxildir. İstifadə olunan xammaldan, texnologiyanın xarakterindən və s. xüsusiyyətlərindən asılı olaraq istehsal olunan məhsulların təyinatı müxtəlif olur. Əgər yeyinti sənayesinin bəzi sahələri bilavasitə əhalinin tələbatını ödəmək üçün hazır qida məhsullarının istehsalı ilə məşğuldursa, digər sahələri məsələn, unüyütmə, yağ-piy sənayesi elə məmulatlar verir ki, onlar sonradan emala gedir və eyni zamanda şəxsi tələbat vasitəsi kimi xidmət edir. Bitki və heyvan mənşəli xammallardan istifadə edən yeyinti sənayesi - kənd təsərrüfatı, balıq ovu, balina ovu və digər istehsallarla sıx qarşılıqlı təsirə malikdir. Yuxarıda qeyd edildi ki, yeyinti sənayesini kütləvi xammalla təmin edən kənd təsərrüfatı ilə (dənli bitkilər, kartof, şəkər çuğunduru, yağlı bitkilər, ot, süd və s.) olaqəsi xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, dünyada şəkər çuğunduru əkilən ölkələrdə həm də şəkər sənayesi inkişaf etmişdir. Yeyinti sənayesi də öz növbəsində kənd təsərrüfatına təsir göstərir, yeni xammal mənbələrinin inkişafına stimul yaradır. Əkinçilik və heyvandarlıq məhsullarının tətbiq sahələrinin genişlənməsi kənd təsərrüfatının əmtəəlik istehsalını artırır. Deməli, yeyinti sənayesi, əsasən, xammalın yayıldığı ərazilərdə cəmlənmişdir. Həm də o qida məhsullarının tələbatı rayonlarına daha geniş meyl göstərir. Bunlardan başqa, istehsalın əsas xarakterik xüsusiyyətlərindən biri də onun hər yerdə yerləşməsidir ki, bu da digər sənaye sahələri içərisində yeyinti sənayesini daha aydın fərqləndirir. Yeyinti sənayesində çoxlu miqdarda müəssisələr yerləşir. Eyni zamanda, onlar içərisində başlıca olaraq, kənd təsərrüfatı xammalının ilkin emalı və əhalinin çoxçeşidli qida məhsullanına olan gündəlik tələbatının ödənilməsini təmin edən çoxlu xırda obyektlər vardır. Məsələn, təkcə pendir, yaxud da pivənin yüzdən çox növü vardır. Bu da bu va ya digər yeyinti sənayesi sahələrinin məhsullarının alınması üzrə ixtisaslaşan çoxlu müəsisələrin (dünyada təkcə qənnadı məhsullarının istehsalı ilə 50 minə yaxın şirkət məşğul olur) formalaşmasına şərait yaradır. Həmçinin məhsulların çeşidi daim təzələnir və ona yeni istehlak keyfiyyəti verir.
Ən böyük müəssisələr şəkər, unüyütmə, yag-piy, ot va baliq sənayesi üçün xamkie-ikdir. Onlar bu sahələrdə kombinat kimi çıxış edirlər. Yeyinti sənayesində bir sıra sahələr üçün mövsümi istehsal adi hal almışdır. Ancaq onlar qismən bir neçə xammal növlərinin emalında əlverişli imkanlara malik istehsalda özünü göstərir.
Müasir dövrdə dünyanın yeyinti sənayesinin yenidən qurulması prosesi istehsalın xam-mal mənbələrinə hazır məhsulların tələbatı yerlərinə yaxınlaşdırılması ilə aparılır. Bu da regionların və ayrı-ayrı dövlətlərin kompleks inkişafı ilə əlaqədardır. Bəzi hallarda onun rolu ixtisaslaşmış sahə kimi, digər hallarda isə ancaq yerli əhaliyə xidmət etmək funksiyası ilə məhdudlaşır. Yeyinti sənayesi o ölkələrdə ixtisaslaşmış hesab olunur ki, orada kənd təsərrüfatının yüksək əmtəəlik göstəriciləri onun inkişafı üçün əlverişli təbii və iqtisadi zəminlər yaradır.
Yeyinti sənayesinin xammal mənbələrinə meylliliyi onun materialtutumluluğu ilə əlaqədardır. Onun çox sahələrində xammal hazır məhsulun çəkisindən xeyli üstündür. Bundan başqa, kənd təsərrüfatı xammalının daşınmasının münasibliyinin aşağı olmasını nəzərə almaq lazımdır. Çünki uzun müddət daşınması ve saxlanması onun keyfiyyətini aşağı salır. Bu onun çox sututumu ilə izah olunur (məsələn, şəkər çuğundurunun çəkisinin 70-80%-ni, kartofun 80%-ni və s. su təşkil edir). Bununla bərabər kütləvilik və gündəlik istifadə tez xarabolma xarakteri və istehsal olunan məhsulun daşınmasının münasibliyinin nisbətən aşağı olması, istehsalın tələbat yerlərinə, əsasən şəhər əhalisinin çox yaşadığı ərazilərə yaxınlaşdırılır. Beləliklə, yeyinti sənayesi xammal və tələbat amillərinin təsir dərəcəsindən asılı olaraq üç qrupa bölünür:
• İstehsalı, xammal mənbələrinə meyl edən sahələr (xammal sərfinin yüksək normasına görə) - şəkər, yağ, süd konservləri, yağ-piy, kraxmal və s.
• Istehsalı hazır məhsulun tələbatı yerlərinə meyl edən sahələr (hazır məhsulun çəkisinin son xammalın çəkisindən çox olması, yaxud da uyğun gəlməsinə görə) - çörəkbişirmə, pivəbişirmə, qənnadı, makaron, süd və s.
• İstehsalı eyni vaxtda, həm xammal, həm də tələbat yerlərinə meyl edən sahələr (hazır məhsulla müqayisədə xammalın böyük çəkisinə görə)-ot istehsalı, unüyütmə, tütün və s.
Yeyinti sənayesi xammal mənbələrinə və hazır məhsulların tələbatı yerlərinə yaxınlaşdırılmasına, ayrı-ayrı sahələrdə müəssisələrin texnoloji proseslərinin mərhələləri üzrə ixtisaslaşması yolu ilə çatır. Bundan əlavə kənd təsərrüfatı xammalının ilkin emalı, onun mənbələri yaxınlığında hazır məmulatların istehsalı, onların istehlakı mərkəzlərində yerləşdirilir. Texnoloji proseslərin belə ərazi parçalanmasını tütün (fermentləşdirmə və tütün fabriki), çay (çayın doğranması və qablaşdırılması), şərabçılıq (şərabın ilkin emalı və qablaşdırılması) və digər yeyinti sənayesi sahələrində müşahidə etmək olar, Bundan başqa, yeyinti sənayesinin istifadə etdiyi xammalları mənşəyinə göra də gruplara bölmək olar.
1) bitki mənşəli xammalları emal edən sahələr,
2) heyvan mənşəli xamalları emal edən sahələr,
3) qeyri- kənd təsərrüfatı xammallarından istifadə edən sahələr (bioloji - balıq, vəhşi ov heyvanları, giləmeyvələr, duz, mineral sular).
Xammalın ilkin emalı üzrə müəssisələrin bilavasitə kənd təsərrüfatı ilə əlaqəsi, onların yerli xüsusiyyətlərindən asılı olaraq istehsal gücünə və işlərin mövsümi xarakterinə şərait yaradır. Məhz bu mərhələdə birbaşa aqrar-sənaye inteqrasiyası həyata keçirilir (məsələn, müxtəlif istehsal birlikləri və şirkət- zavodların yaradılması).
Yeyinti sənayesi təamlı mahsullar istehsal edən sahə ilə paralel fəaliyyət göstərir.Təamlı məhsullar sənayesi alkoqollu içkilərin, şirələrin hazırlanması üçün yeyinti xammalından istifadə edir. Həmçinin yeyinti sənyesi və əhalinin tələbatı üçün müxtəlif ədviyyatlar və aşqarlar göndərir. Sahədə tütün emalı, çay, kofe, kakao və müxtəlif növ digər kənd təsərrüfatı məhsulları, müvafiq texnoloji əməliyyatlardan keçdikdən sonar hazırlanan məmulatları (məsələn, çay, tütün xammallarının fermentasiyası və s.) mühüm rol oynayır
Müasir təsnifata görə yeyinti sənayesi təamli məhsullar ət-süd, balıq sənayesinə bölünür. Onlardan hər biri oz növbəsində bir sıra sahələri özündə birləşdirir. Yeyinti sənayesi sahələrinin təsnifatının ümumi mənzərəsi aşağıdakı kimi görünür:

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə