İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


-2010-cu illərdə kərə yağı istehsalına görə dünyanın qabaqcıl dövlətləri



Yüklə 2,6 Mb.
səhifə8/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1950-2010-cu illərdə kərə yağı istehsalına görə dünyanın qabaqcıl dövlətləri
(min tonla)

1950-2010-cu illərdə marqarin istehsalına görə dünyanın qabaqcıl dövlətləri
(min tonla)

Şəkər sənayesi. Şəkər mühüm qida məhsuludur. Pəhriz ilə əlaqədar onun istehsalına qoyulan məhdudiyyətlərə baxmayaraq, şəkər istehsalının artımı durmadan davam edir. 2010-cu ilin məlumatına görə dünyada 150 mln. ton şəkər istehsal olunmuşdur. Adam başına orta hesabla 21 kq şəkər düşür. Lakin şəkərə tələbat dünya ölkələri üzrə kəskin fərqlənir (Çində bir neçə kq-dan Böyük Britaniyada, Avstraliyada, Kanadada, Kubada 40-50 kq-a qədər adambaşına şəkər düşür). Onu da qeyd etmək olar ki, bəzi xırda dövlətlərdə adambaşına şəkər istehsalı 2 tondan 4-6 tona qədər düşür. Bəzi ölkələrdə şəkərə olan tələbata qlükoza-meyvəli şərbətlərin (QMS) rəqabəti böyük təsir göstərir. Şəkər istehsalında iki növ xammaldan - şəkər qamışı və şəkər çuğundurundan istifadə edilir. 1950-2010-cu illərdə şəkərin xammal mənbələrinin inkişafı getdikcə şəkər sənayesinin yerləşməsinə təsir göstərmişdir. 1950-ci ildə şəkərin 47 %-i şəkər çuğundurundan və 53%-i isə səkər qamışından alınırdı. 2000-cu ildə şəkər qamışı başlıca xammal növü olub və dünyada şəkərin 71 %-i şəkər qamışından alınırdı. Beləliklə, xammal mənbələrinin xarakteri dünyada bütün şəkər sənayesinin yerləşməsini dəyişdirir (cədvəl V.45).
1950-2010-cu illərdə şəkər istehsalına görə dünya
regionlarının payı (%-lǝ)

Bir ton şəkər tozu almaq üçün 7 ton şəkər çuğunduru sərf olunur. Bundan başqa nəzərə almaq lazımdır ki, şəkər çuğunduru uzaq məsafələrə daşınan zaman keyfiyyətini itirir. Buna görə də baxmayaraq ki, istehsalı nisbətən böyük istiliktutumludur, şəkər zavodları bilavasitə xammal mənbələri yaxınlığında 50 km-lik radiusda yerləşdirilir. Qənd zavodları isə həm xammal mənbələri yaxınlığında, həm də istehlak rayonlarında yerləşdirilir. Çünki bir ton qənd istehsalına 1005-1010 kq şəkər tozu sərf edilir.
1950-2010-cu illərdə şəkər istehsalının yerləşdirilməsində mühüm irəliləmələr nəticəsində dünyada şəkərin 1/3 hissəsini verən Asiya lider oldu. Bütövlükdə iki region - Asiya və Cənubi Amerika dünyada şəkərin 60 %-ni, Hindistan və Braziliya isə sahədə qabaqcıl yerə çıxdılar (cədvəl V.46). SSRİ və QİYŞ-in dağılması ilə əlaqədar olaraq Kubada şəkər istehsalı sürətlə aşağı düşdü. Halbuki Kuba 1990-cı illərə qədər dünya şəkər sənayesinin liderlərindən biri idi. Lakin 2010-cu ildə Kuba hətta şəkər istehsalı üzrə 10 qabaqcıl dövlətlər sırasına belə düşmədi. Bu da Kubanın Şərqi Avropada satış bazarını itirməsi, bir də ABŞ-ın Kuba ilə ticarətinə embarqo qoyması ilə əlaqədar olmuşdur.


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə