İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI



Yüklə 2,6 Mb.
səhifə6/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

Pendir istehsalının coğrafiyası Qərbi Avropanın daima yüksək payı ilə xarakterikdir. Çünki pendir orada, həmişə ən mühüm və sevimli qida məhsulu olmuşdur. Bu regionun pendir satışında rolu dəyişir, lakin dünyada pendir istehsalında lider olaraq qalır. 1950- ci ildə region dünyada istehsal olunan pendirin yandan çoxunu, 2010-cu ild is 44%-verirdi. Əhəmiyyətinə görə ikinci region Şimali Amerika (28 %) olmuşdur. Beləliklə, hər iki region dünyada pendir istehsalının 70 %-ni verir. Şərqi Avropanın payı (1990-ci ildə 16 %, 2010-cu ildə 12 %) aşağı düşmüşdür. Pendir şimal yarımkürəsində dünyanın inkişaf etmiş ölkələrinin əhalisinin, ən çox istehlak məhsuludur. Mülayim iqlim qurşağı səraitində onun yüksək koloriliyi, qidanın səmərəli nailiyyətlərini təmin edir.
Adambaşına düşən pendir istehlakı və istehsalı səviyyəsinə görə, ölkələr çox fərqlənirlər. 2010-cu ildə dünyada adambaşına orta hesabla 2,6 kq pendir istehsal olunur. Ayr-ayrı ölkələr üzrə bu göstəricilər daha yüksəkdir. Fransada 27 kq, Yunanıstanda, Danimarkada, Yeni Zelandiyada 50 kq-dan çoxdur. Bu da adları qeyd olunan, eləcə də bir sıra digər ölkələrin pendir ixracatı üzrə ixtisaslaşmasına şərait yaradır. On iri pendir istehsal edən ölkələrdən ABŞ (dünya istehsalının 25 %-ə qədəri), Fransa (11%) və AFR-dir (9%). Rusiya ildə adambaşına 5 kq pendir istehsal edir, hətta Misirdən (6 kq) də geri qalır.
Dünyada pendirin 700-dən artıq növü vardır. Pendirin növlərinin müxtəlifliyi bu mahsulun xarici ticarətdə geniş iştirakına şərait yaradır. Buna görə də bir çox ölkələr hətta, Qərbi Avropa regionunun bir sıra dövlətlərindən və digər regionlardan (Yeni Zellandiya) ənənəvi olaraq pendir ixrac olunur. Bəzi pendir növləri dünya standartlarına (Holland pendiri, İsveçrə pendiri və s.) cavab verir, onlar dünyanın çox ölkələrində istehsal olunur.
Kərə yağı (inək) sahənin məhsullarından biridir. XX əsrin ikinci yarısından onun istehsalında güclü tərəddüdlər baş vermişdir. İkinci Dünya müharibəsindən sonra artımla istehsal olunan kərə yağı 1980-ci illərdə stabilləşmə ilə müşahidə olundu. Onun istehlakının bir sıra ölkələrdə, xüsusilə, ABŞ-da geniş azalmasına şərait yaratdı. Bu dünya ölkələri və regionları üzrə yağ istehsalının yerləşməsindəki irəliləmələrində də öz əksini tapdı (cədvəl V.41).

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə