İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


-2010-cu illərdə dəniz məhsullarının hasilatı və balıq ovunda dünya



Yüklə 2,6 Mb.
səhifə5/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1960-2010-cu illərdə dəniz məhsullarının hasilatı və balıq ovunda dünya
regionlarının rolu (%-l)
Cədvəl V.39


Sahənin ərazi irəliləmələrinin əsas nəticəsi göstərir ki, onun artımı Asiya və Cənubi Amerika regionlarında olmuşdur. Bu iki region dünyada dəniz məhsullarının hasilatının demək olar ki, 70%-ni verir. Maraqlıdır ki, Sakit okeana çıxışı olan dövlətlər sahənin 70 %-dən çox məhsullarını istehsal edir. Dünyada balıq və dəniz məhsullarının hasilatına görə 10 qabaqcıl dövlətlərdən 9-u Sakit okean hövzəsində yerləşir. Onlar arasında bir dənə də olsun Qərbi Avropa ölkəsi yoxdur, baxmayaraq ki, onlar bu uzaq okeanda aktiv balıq ovu ilə məşğuldurlar (cədvəl V.40).
1950-2010-cu illərdə balıq ovu və dəniz məhsullarının hesabatına görə
dünyanın qabaqcıl dövlətləri (mln. tonla)
Cədvəldən göründüyü kimi bu sahədə ÇXR sözsüz lider olmuşdur. Dünyada sahə məhsulunun 20 %-dən çoxunu verir. Sahədə baş verən irəliləmələr, planetimizin əhalisinin böyük hissəsi yaşayan Asiya dövlətlərinin rolunu və Sakit okeanın ən mühüm balıq ovlayan akvatoriya kimi əhəmiyyətini artırmışdır. Ümumiyyətlə, balıq ovu və dəniz məhsullarının hasilatının 65 %-i bu ölkələrin payına düşür. Bununla bərabər, Şərqi Avropa regionunun payının sürətlə aşağı düşdüyünü görürük. Hətta, 1950-ci ildə kompleksin formalaşması prosesinin getdiyi dövrdəki səviyyədən iki dəfə azalmışdır. Regionda sahənin dağılmasının ən böyük zərbəsi Rusiyaya dəymişdir. Sahənin məhsullarının əsas hissəsini verən Rusiya təxminən 40 il bundan qabaqkı səviyyəyə düşmüşdür.
Yağ-pendir sənayesi ən qiymətli qida məhsulları verir, başlıca xammalı süddür. Südün saxlanması və uzaq məsafələrə daşınması bir qədər çətin olduğu üçün xammal mənbələrində südün dərin emalı zamanı ən qiymətli qida məhsulları, yağ və pendir alınır. XX əsrin 60-cı illərində iki ən kütləvi məhsullar kərə yağı və pendirin alınmasında dərin struktur dəyişiklikləri baş vermişdir. 1950-ci ildə dünyada kərə yağının istehsalı pendirin istehsalından 1,5 dəfə artıq idi, 1980-ci ildə pendir istehsalı 1,6 dəfə kərə yağının istehsalından çox olmuşdur (2008-ci ildə iki dəfədən çox). Pendir sahənin qabaqcıl məhsulu olmuşdur, onun hazırlanması və istehlakı minillik ənənəyə malikdir.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə