Kompüter və elektron avadanlıq sənayesi haqqında



Yüklə 53,98 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü53,98 Kb.
#47424


 

 

 

 

Kompüter və elektron avadanlıq 

sənayesi haqqında 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oktyabr 2014 


Kompüter və elektron avadanlıq sənayesi 

 

Kompüter  sənayesinin  tarixi  1946-cı  ildə  ABŞ-da  “ENİAC”  kompüterinin 



yaradılması  ilə  başlamış  və  müasir  cəmiyyətin  mühüm,  ayrılmaz  tərkib  hissəsinə 

çevrilmişdir.  

Kompüter  və  elektron  avadanlıqları  istehsalı  sənayesi  tərəfindən  kompüterlər, 

kompüterə  aid  hissələr,  kommunikasiya  avadanlıqları,  ev  elektronika  avadanlıqları, 

eləcə də kommersiya və hərbi məqsədlərlə istifadə olunan ləvazimatlar istehsal edilir.  

Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür:  

1. Kompüterin və periferiya qurğularının istehsalı; 

2. Kommunikasiya avadanlıqlarının istehsalı; 

3. Audio və video ləvazimatlarının istehsalı; 

4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı; 

5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı; 

6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı. 

 

“IBISWorld”  tədqiqat  şirkətinin  hesabatına  uyğun  olaraq,  2013-cü  ildə  dünya 



kompüter  və  elektron  avadanlıq  sənayesi  bazarının  həcmi  587  milyard  ABŞ  dolları 

təşkil etmişdir. Bu sahədə 28 minə yaxın şirkət göstərir və 3 milyona yaxın mütəxəssis 

çalışır. Sənayenin 2009-2014-cü illərdə illik artım tempi 0,6 % olmuşdur. 

 

Kompüter və periferiya qurğularının istehsalı 

Bu  sənaye  sahəsi  kompüterlərin,  kompüter  serverlərinin,  periferiya  qurğularının 

və    kompüter  terminallarının  istehsalını  əhatə  edir.  Kompüterlər  2  növ  texniki 

dizaynda  istehsal  edilir:  1)  ənənəvi  stolüstü  kompüter  (“desktop  PC”  –  “Personal 

Computer”) və daşına bilən kompüter (noutbuk və planşetlər). 

Qlobal  kompüter  və  periferiya  qurğularının  istehsalı  bazarının  əsas  iştirakçıları 

arasında  Acer,  Asus,  Apple,  HTC,  Lenovo,  Motorola,  Dell,  HP,  LG,  Amazon, 

Samsung, Sony, Sharp və Toshiba kimi şirkətləri göstərmək olar. 

Asiya-Sakit  okean  regionunun  qlobal  stolüstü  kompüter  istehsalı  bazarında  payı 

34,2% təşkil edir. Tədqiqatlar göstərir ki, stolüstü kompüter sənayesində 2006-2011-ci 

illərdə  istehlakçılara  noutbuk  kompüterlərinin  istehsalında  artım  müşahidə 

olunmuşdur.  İnternetdən  istifadənin  genişlənməsi,  gəlirlərin  artması,  kompüter 

təhsilinin inkişafı, urbanizasiya səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən 

əsas faktorlardır.  

Bununla yanaşı, son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha çox 

planşetlər  və  smartfonlar  tipli  kompüterlər  vasitəsilə  həyata  keçirilir  və  2009-cu  ildə 

bunların  istehsalı  kəskin  şəkildə  artmışdır  (Diaqram  1).  Belə  ki,  əgər  2009-cu  ildə 




dünya üzrə 1,4 milyon ədəd planşet istehsal olunmuşdursa, 2015-ci ildə bu göstəricinin 

150  milyona  çatması  gözlənilir  ki,  bu  da  stolüstü  kompüter  istehsalına  (160  milyon 

ədəd) yaxın bir göstəricidir. 

 

 



Diaqram 1. Əsas növ kompüterlərin 2005-2015-ci illərdə istehsal dinamikası.

 

Gələcək dövrlərdə planşet satışının noutbuk satışını üstələməsi, eləcə də 2017-ci 

ildə  isə  dünya  üzrə  planşet  satışının  352  milyon  olması  proqnozlaşdırılır.  Qlobal 

planşet bazarının böyük hissəsi hazırda “Apple” şirkətinin payına düşür, baxmayaraq 

ki, onun qlobal bazarda payı 2010-cu ildə 95%-dən 2013-cü ildə 48%-ə enmişdir.  

Kompüterin periferiya qurğularının istehsalı dedikdə printer, monitor, klaviatura, 

skaner və digər istehsal nəzərdə tutulur. Bu sahədə əsas şirkətlər arasında HP, Canon, 

NCR  və  digərləri  daxildir.  Qlobal  kompüter  hissələri  istehsalı  sənayesi  Asiyada 

cəmləşir. 

Kommunikasiya avadanlıqlarının istehsalı 

Bu  sənaye  sahəsində  şirkətlər  telefon,  radio, simsiz  kommunikasiya  şəbəkəsində 

istifadə  üçün  avadanlıqlar  istehsal  edir.  Əsas  şirkətlər  Apple,  Cisco,  Motorola, 

QUALCOMM, Ericson, Nokia, Samsung və digərlərdir. 2013-cü ildə kommunikasiya 

avadanlıqlarına çəkilən qlobal xərclər 370  milyard ABŞ dolları təşkil etmişdir. Qeyd 

edilən xərclərdəki artım əsasən Çin və Avropanın payına düşür ki, burada internet və 

mobil xidmət provayderləri yüksək sürətli 4G mobil şəbəkələri qururlar.  

Audio və video ləvazimatlarının istehsalı 



7.5 

7.6 



10 

14 


148 

138 


145 

145 


126 

145 


160 

60 


83 

108 


140 

169 


205 

350 


1.4 

18 


150 

0

100



200

300


400

500


600

700


800

2005


2006

2007


2008

2009


2010

2015


Kompüterlərin qlobal satış bazarı (mln ədəd) 

tablet


notbuk

desktop


server


Bu  istehsal  sahəsindəki  şirkətlər  ev,  avtomobil  üçün  audio,  video  avadanlıqlar, 

musiqi alətləri üçün səs gücləndiriciləri, televiziya, reproduktor, video pleyer və video 

kamera istehsal edirlər. Dünyada audio-video avadanlıqları istehsalı üzrə illik gəlir 250 

milyard  ABŞ  dollardır.  Bu  sahədə  əsas  şirkətlər  arasında  LG  Electronics,  Samsung, 

Panasonic, Sony, Royal Philips və digərləri vardır. Bu sahə üzrə istehsal əsasən Asiya 

ölkələrində mərkəzləşib. 



Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı 

Bu 


sahədə 

şirkətlər 

kompüter 

çipləri, 

kondensatorlar, 

rezistorlar, 

mikroprosessorlar,  elektron  lampalar,  kompüter  modemləri,  tranzistorlar,  günəş 

batareyaları,  diodlar  və  digər  elektron  komponentlər  istehsal  edir.  Dünya  üzrə 

yarımkeçirici  illik  satışı  təxminən  300  milyard  ABŞ  dolları  təşkil  edir  ki,  bunun  da 

55%-i  Asiya-Sakit  okean  regionunun,  18%-i  Amerikanın,  15%-i  Yaponiyanın, 12%-i 

isə  Avropanın  payına  düşür.  ABŞ-da  bu  sənaye  sahəsi  üzrə  4300  şirkət  fəaliyyət 

göstərir ki, onların da illik gəliri 125 milyard ABŞ dolları təşkil edir. 



Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı 

Naviqasiya, ölçü, elektrotibbi və yoxlama alətlərinin istehsalı özündə naviqasiya 

alətləri  və  sistemləri,  radar  sistemləri,  sonar  sistemləri;  temperatur,  rütubət,  təzyiq, 

sıxlıq, turşuluq, qatılıq ölçən cihazlar, qaz sayğacları, su sayğacları, dayanacaqlar üçün 

hesablayıcı  aparatlar,  maqnetik-rezonans  tomoqrafiya  aparatı,  tibbi  ultrasəs  aparatı, 

eşitmə  aparatı,  elektrokardioqrafiya  cihazları,  elektrotibbi  endoskopik  cihazlar, 

aeronaviqasiya  alətləri,  nəzarət  və  nizamlayıcı  cihazlar,  divar  saatları,  qol  saatları, 

analitik  laboratoriya  alətləri,  naviqasiya  və  rəhbərlik  sistemləri  və  fiziki 

xüsusiyyətlərin  sınaq  ləvazimatlarının  müxtəlif  tiplərinin  istehsalı  sahələrini  özündə 

birləşdirir.  



Maqnetik və optik media istehsalı və təkrar istehsalı 

Bu  sənaye  sahəsi  video,  audio  lentlərin,  disketlərin,  “hard  drive”  disklərin 

istehsalını  və  audio,  video,  proqram  təminatı  və  digər  məlumatların  istehsalını  əhatə 

edir.  Proqram  təminatının  təkrar  istehsalı  zamanı  müəssisələr  hər  hansı  proqram 

təminatı  inkişaf  etdirmirlər,  onlar  məlumat  və  proqramları  maqnetik  vasitələrdə 

(disketlər, lentlər və s. kimi) kütləvi olaraq yenidən hasil edirlər. 

 



 

 

 



Azərbaycan 

 

Son  dövrlərdə  dünyada  kompüter  və  elektron  avadanlıqların  istehsalının  sürətli 

inkişafı ölkəmizdə də bu sahənin canlanmasına səbəb olmuşdur.  

Ölkədə  bu  işlə  məşğul  olan  bir  sıra  müəssisə  və  təşkilatlar  fəaliyyət  göstərir. 

Bunlara  “KÜR”  EAİ  MMC,  “AZEL”,  “NEXUS”,  “Bakı  CD  emalı  zavodu”  və 

“BİLLUR Elektroniks-Holding” MMC-ni misal göstərmək olar.  

 

Müəssisələrin adı 

Fəaliyyət sahəsi 

“Kür” EAİ MMC 

DVB-T televiziya kanallarının rəqəmsal qəbuledicisi, internet terminal, ADSL 2/2+ 

modemləri, termal foto printerlər, stolüstü kompüterlər, telefon aparatları-2 növ istehsalı 

“Azel” QSC 

Distribütorluq, texnika və proqram təminatının təchizi, xidməti dəstək 

“Bakı CD emalı Zavodu” 

(Gilan holdinq) 

Kompakt disk istehsalı, gündəlik təqribən 23000 disklik istehsal həcminə malikdir. 

“Nexus” MMC (Ultra 

Computers) 

Notbuklar (Classmate, Air, Atom, AzBook, Sensus, Sensus G, Grand, UltraNote; 

Planşetlər (AzPad, AzPad Mini i7S), LCD monitorlar, LCD televizorlar, Personal 

komputerlər (Norma, Avior, Avior pro, Mira, Quadro, Fox, Extreme Lcd Pc) istehsalı 

“Billur-Elektroniks-

Holding” MMC 

Müasir LCD və CRT televizorların, nəzarət-kassa aparatlarının, personal kompüterlərin, 

notbukların, kondisionerlərin və digər elektron məhsulların istehsalı 

“Star LTD” MMC 

Televizor, kondinsioner 

Gəncə Aviatəmir zavodu 

Avia hissələr 

Gəncə Cihazqayırma 

zavodu 


Su və qaz sayğaclarının istehsalı 

Elektron cihazları zavodu 

(STP) 

“Smart” tipli elektron elektrik sayğacları 



Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssisələr 

“Azon” zavodu 

İnteqral mikrosxemlərin istehsalı, 

0%

10%



20%

30%


40%

50%


60%

70%


80%

Avropa


Şimali

Amerika


Yaponiya

Çin


Digər 

Sakit 


Okean 

ölkələri 

Digər 

ölkələr 


14% 

15% 


12% 

38% 


16% 

5% 


13% 

15% 


11% 

36% 


20% 

6% 


Regionlar üzrə elektron avadanlıqlar istehsalı 

(%-lə) 

2017


2012


“Avia-Aqreqat” zavodu  Təyyarələrin ehtiyat hissələrinin istehsalı 

“Dalğa” EİM 

Gəmi naviqasiya sistemləri 

“Peyk” zavodu 

Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələri, əyilgən çap lövhələri, sərt-

əyilgən çap lövhələri istehsalı, rəqəmsal televiziya üçün DVB-T dekoderləri 



Cədvəl  1.  Azərbaycan  Respublikasında  kompüter  və  elektron  avadanlıq  istehsalı  sahəsində 

fəaliyyət göstərən müəssisələr 

Ümumilikdə,  Dövlət Statistika  Komitəsinin  məlumatına  əsasən,  bu  sənayedə  25 

müəssisə fəaliyyət göstərir ki, onlardan 8-i dövlət, 17-si isə qeyri-dövlət müəssisəsidir. 

Azərbaycanda  kompüter  və  elektron  avadanlıqların  istehsal  həcmi  2012-ci  ildə 

66,5 milyon manata bərabər olmuşdur. 2005-ci illə müqayisədə bu göstərici 8 dəfədən 

çox artmışdır (7,3 milyon manatdan 66.5 milyon manata kimi). 

 

Bu  sənaye  sahəsinin  inkişaf  etdirilməsi  məqsədilə  Rabitə  və  Yüksək 



Texnologiyalar  Nazirliyi  nəzdində  Yüksək  Texnologiyalar  Parkı  (Azərbaycan 

Respublikası  Prezidentinin  5  noyabr  2012-ci  il  tarixli  Fərmanı)  və  həmçinin 

İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondu  (Azərbaycan  Respublikası 

Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı) təsis edilmişdir. 

Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların 

hazırlanması,  işlənməsi  və  ya  təkmilləşdirilməsi  məqsədilə  elmi  tədqiqatların  və 

təcrübə-konstruktor  işlərinin  aparılması, onların  nəticələrinin  sənaye, xidmət  və  digər 

sahələrdə  tətbiqi  (kommersiyalaşdırılması)  üçün  zəruri  infrastrukturu,  maddi-texniki 

bazası  və  idarəetmə  qurumları  olan  ərazidir.  Parkın  fəaliyyətinin  təşkili  və  idarə 

olunması  məqsədilə  Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyinin  tabeliyində  “Yüksək  Texnologiyalar  Parkı  –  “YT  Park”  Məhdud 

Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.  

Yüksək  Texnologiyalar  Parkının  əsas  məqsədi  innovativ  və  biliklərə  əsaslanan 

iqtisadiyyatın qurulması, intellektual biznesin dəstəklənməsi, iqtisadiyyatın və xüsusilə 

İKT  sektorunun  rəqabət  qabiliyyətliliyinin  yüksəldilməsi,  xarici  investisiyaların  cəlb 

edilməsi,  insan  resurslarının  inkişafı  və  menecment  bazasının  yaradılması  və 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  nəzərdə  tutulmuş 

İnformasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  və  informasiya  cəmiyyətinə 

keçidinin təmin edilməsidir. 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2012-ci ildə yaradılmışdır. 

Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyaları  Nazirliyinin  tabeliyində 

fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin 

stimullaşdırılmasını,  bu  sahədə  innovasiyaların  tətbiqini,  habelə  tətbiqi  elmi  tədqiqat 

işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond öz 

fəaliyyətini  dövlət  və  yerli  özünüidarəetmə  orqanları,  informasiya-kommunikasiya 

texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta 

təşkilatları,  sahibkarlığın  inkişafına  dəstək  verən  ictimai  birliklər,  qeyri-hökumət 

təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir. 




Fondun  vəsaitləri  Azərbaycan  Respublikasında  informasiya-kommunikasiya 

texnologiyaları  (İKT)  sahəsinin  inkişafının  prioritet  istiqamətləri  üzrə  investisiya  və 

müsabiqə  layihələrinin  maliyyələşdirilməsinə,  eləcə  də  İKT  sahəsində  fəaliyyət 

göstərən  hüquqi  şəxslərin  nizamnamə  kapitalındakı  iştirak  payına,  o  cümlədən 

səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir. 

Azərbaycanda  informasiya-kommunikasiya  texnologiyaları  və  elektron  istehsalı 

üzrə  xüsusi  innovasiya  zonaları  yaradılacaqdır.  Rabitə  və  Yüksək  Texnologiyaları 

Nazirliyi  ilə  ABŞ-ın  aparıcı  məsləhətçi  şirkəti  olan  “Booz  Allen  Hamilton”un  birgə 

“Regional  İnnovasiya  Zonası”  layihəsi  innovasiyalı  sahibkarlığa  təkan  verəcək, 

texnoparkların,  elektron  avadanlıqların  və  proqram  məhsullarının  istehsalı  və  ixracı 

üzrə  regional  bazarın,  region  ölkələrinə  geniş  elektron  xidmətlərin  göstərilməsini 

təmin  edəcək,  Qərblə  Şərq  arasında  tranzit  informasiya  məkanının,  həmçinin  insan 



resurslarının inkişafına xidmət edəcək universitetin yaradılmasını nəzərdə tutur. 

Yüklə 53,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə