İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


-2010-cu illərdə şəkər istehsalına görə dünyanın qabaqcıl dövlətləri (mln. tonla)



Yüklə 2,6 Mb.
səhifə9/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1950-2010-cu illərdə şəkər istehsalına görə dünyanın qabaqcıl dövlətləri (mln. tonla)
Cədvəl V46

Yeyinti sənayesi məhsullarının xarici ticarəti onun müxtəlif növlərində, çeşidlərin (assortiment) mübadiləsi üstün xarakterə malik idi. Lakin burada şəkər müstəsnalıq təşkil edir, çünki, onun idxalı və ixracı hər bir ölkədə istehsalın və istehlakin balansı ilə müəyyən edilir. Bu da ayrı-ayrı ölkələrin bu və ya digər məhsul növlarinin istehsalı və xarici ticarəti üzrə ixtisaslaşmasına şərait yaradır. Məsələn, Yeni Zelandiya (dünya ixracının 20%-i) kərə yağının ən iri ixracatçısıdır və kərə yağının 83 %-ni, Niderland isə hətta 136 %-ni (yağın eksportu da daxil olmaqla) ixrac edirlər.
Teamli məhsullar sənayesində onun məhsullarının çoxu (çay, kofe, kakao, müxtəlif ədviyyatlar) özünün istehlak dəyərinə malikdir. Onların istehsalı artır, adətən, onlar planetin müəyyən təbii zonalarına bağlıdır, burada bir çox ölkələrin kənd təsərrüfatı o məhsulların alınması üzrə ixtisaslaşır. Mövcud sahələrdə alkoqollu içkilər və tütün məhsullarının istehsalı iqtisadi, sosial va ekoloji problemlərə şərait yaradır. Onların insanların sağlamlığına göstərdiyi təsir bütün tibb elmini, ictimai hərəkatları narahat edir. Bu məhsulların reklamında, satışında və s. tənzimlənməsi üzrə inzibati tədbirlər qəbul edilir.
Alkoqollu içkilər istehlakının azalmasına meylləri, təkcə tünd içkilərə deyil, həm də az alkoqollu içkilərə üzüm şərablarına da artırmışdır. Onların istehsalı İkinci Dünya müharibəsindən sonra artmış, sonralar isə aşağı düşməyə başlamışdır (1960-cı ildə 24 mlrd litr, 1980-ci ildə 35 və 2010-cu ildə 25 mlrd. litr.). Bu illərdə şərabçılığın coğrafiyasında dəyişikliklər olmamışdır; dünyada üzüm şərabının 50 %-dən çoxunu sta- bil olaraq İtaliya, Fransa, İspaniya verir.
Pivə istehsalı isə əksinə olaraq artmış (1960-cı ildə 40 mlrd.1, 2010-cu ildə 126 mlrd 1), həmçinin sahənin coğrafiyası da dəyişmişdir. Pivənin əsas hissəsini ABŞ və Qərbi Avropanın bir çox dövlətləri istehsal edirdilər (birlikdə dünya pivə məhsulunun 25 % qədərini). ÇXR-da pivə istehsalı çox sürətlə inkişaf edirdi. Hazırda o ABŞ-dan sonra pivə istehsalında ikinci yerə çıxmışdır.
Mineral və bulaq sularının, müxtəlif şirələrin həyat tonusunu qaldıran «> tipli içkilərin istehlakı sürətlə artır. Onların adambaşına düşən istehlakı ən çox inkişaf etmiş dövlətlərdə artıq ənənəvi alkoqollu içkiləri, pivə də daxil olmaqla ötüb keçmişdir (ABŞ-da pivə 100 litrə qədər, su və şirələr 200 litrə qədər).
Ekologiyanın və insanların sağlamlığının mühafizəsinin əksinə olaraq, tütün məmulatlarının istehsalı sürətlə artır. 1950-2010-cu illər arasında dünyada siqaret istehsalı 1267-dən 7312 mlrd-a qədər artmışdır. Yer kürəsinin hər sakininə min ədədə yaxın siqaret düşür (bəzi ölkələrdə məhsulun ixrac əhəmiyyətinə görə 8 minə qədər). Bu məhsul iqtisadiyyatın ən gəlirli sahələrindən biri sayılır. Onun istehsalı həyat səviyyəsi yüksək olmayan ölkələrdə (ÇXR siqaret istehsalına göre birinci yerdə durur), həm də ABŞ-da artırdı. Lakin bu ölkələrdə siqaret çəkməyə qarşı güclü mübarizə gedirdi. Siqaretin 30%-i isə ixrac olunurdu. Həmin vəziyyət AFR-də də eynidir. Lakin burada yaşılların çox güclü hərəkatı vardır. Dünyada siqaretin ən böyük idxalçılarından biri də Rusiyadır, bu məhsulun dünya üzrə idxalında onun payı 12%-dir.

Ədəbiyyat:
1. Məmmədov M.X. Dünya təsərrüfatının coğrafiyası. Bakı, Elm, 2011
2. Kərimov C., Orucova A., İsrafilov H. Dünya iqtisadiyyatı. Dərslik. Bakı, 2009
3.Ломакин В.К. Мировая экономика. Практикум. М., 2009
4.Экономика инноваций. Учебник. Под редакцией В.Я.Горфипкеля, М., 2009
5.Вогомолов О.Г. Мировая экономика в век глобализации. Учебник для вызов. М., 2007
Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə