GİRİŞ
Hesabat ilində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin müasir
tələblər səviyyəsində yenidən qurulması istqamətində tədbirlər davam etdirilmişdir. Belə
ki, 2013-cü ilin əvvəlində İnstitutun Elmi-Tədqiqat İş Planı İqtisadiyyat və Sənaye Nazir-
liyinin fəaliyyət istiqamətlərinə uyğun tərtib edilmiş, müvafiq şöbələr və struktur
bölmələri ilə razılaşdırılmaqla cənab nazir tərəfindən təsdiq olunmuşdur. İlin əvvəlindən
etibarən İnstitutun Elmi-Tədqiqat işləri qeyd olunan plana uyğun təşkil edilmişdir.
İş Planını aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirmişdir:
I. Elmi-tədqiqat işləri;
II. Xarici əlaqələr;
III. İctimaiyyətlə əlaqələr;
IV. Layihələrin idarə olunması;
V. Elmi və elmi-texniki tədbirlərin təşkili;
VI. Nəşr fəaliyyəti;
VII. Elmi katiblik üzrə işlər.
Hesabat ilində İş Planından əlavə bir sıra Dövlət Proqramları üzrə İnstitutun
icraçı olduğu tədbirlər uğurla yerinə yetirilmişdir.
I. ELMİ-TƏDQİQAT İŞLƏRİ
2013-cü ildə İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı istiqamətlərdə və mövzularda
elmi-tədqiqat işləri yerinə yetirilmişdir:
Problem. Vahid platformada Azərbaycan Respublikasının
Ümumi Tarazlıq Modelinin işlənməsi
“Regionlar üzrə sahələrarası balans modelinin hazırlanması (iqtisadi
rayonlar üzrə)”
mövzusu üzrə tədqiqat işində sənaye, kənd təsərrüfatı və “digər sahələr” əhatə
olunmaqla Bakı şəhəri və 10 iqtisadi rayonun üç sahəli regionlarının sahələrarası balans
cədvəlləri hazırlanmışdır. Balans cədvəlləri hazırlanarkən texnoloji əmsallar və əlavə
dəyər normaları ölkə üzrə tərtib olunmuş, balans cədvəlinə müvafiq olaraq sabit
götürülmüş, eləcə də son istehlak və yığım ölkə üzrə orta göstəricilər əsasında
hesablanmışdır.Balans cədvəllərinin tərtibi nəticəsində müəyyən edilmişdir ki, Bakı və
Naxçıvan şəhəri istisna olmaqla, digər regionlarda yaradılan əlavə dəyər həmin
regionlardakı son istehlak xərclərindən xeyli azdır və regiona gətirilən məhsulların
miqdarı regiondan aparılan məhsulların miqdarından xeyli çoxdur.
Regionların balans cədvəllərinin hazırlanması regionlar üzrə əmək və kapital
qoyuluşu balanslarının hazırlanmasına, bununla da Azərbaycan regionlarının sosial-
iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının koordinasiyasına yeni imkanlar yaratmışdı.
Növbəti mərhələdə regionların balans cədvəllərinin 6 sahə üzrə genişləndirilməsi
planlaşdırılır(məsul
icraçı:
i.e.d.
V.M.Vəliyev,
icraçılar:
M.M.Mehdiyev,
A.S.Süleymanov, R.R.Musayev, E.E.Ələkbərov, S.X.Xankişiyev).
“Əsas istehlak mallarının qiymətlərinin monitorinqinin nəticələrinin
təhlili”
mövzusu üzrətədqiqat işində 2009-cu ildən başlayaraq Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin 9
inzibati rayonnunda və 7 iqtisadi rayonun müxtəlif bazarlarında 132 adda məhsul - ərzaq
məhsulları, tərəvəz, meyvə və giləmeyvələr və tikinti materialları üzrə 3 qrup məhsullar
arasında monitorinqlərin nəticələri təhlil edilmişdir. Monitorinqin nəticələri müvafiq ilin
baza dövrünə əsasən təhlil olunaraq qiymətlərdəki dəyişmələr və onların səbəbləri
araşdırılmışdır. Müvafiq aylar üzrə tərtib olunan hesabatlar mütəmadi olaraq Dövlət
Xidmətinə təqdim olunur və təhlilin nəticələri istehlak bazarında qiymətlərin
dinamikasını izləməyə imkan verir(məsul icraçılar: i.e.d. V.M.Vəliyev, i.e.n. M.R.
Rəsulova; icraçılar: A.S. Süleymanov, E.E. Ələkbərov, Ə.C. Yaqublu).
“İqtisadiyyatın müxtəlif sahələrində vergi güzəştlərinin tətbiqinin
səmərəliliyinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması”
mövzusu üzrə tədqiqat işində Azərbaycan Respublikasının Vergi Məcəlləsində
güzəştlərlə əlaqədar dəyişikliklər (vergi dərəcələri istisna olmaqla) araşdırılmış, vergi
növləri üzrə tətbiq olunan güzəştlər təhlil olunmuş və bir sıra dünya ölkələrinin bu
sahədə təcrübələrini öyrənmək məqsədilə araşdırmalar aparılmışdır. Həmçinin,
Rusiyanın müxtəlif bölgələrində yerli vergilərə tətbiq olunan vergi güzəştlərinin büdcə,
iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsi, planlaşdırılmış vergi güzəştlərinə
görə büdcə daxilolmalarının miqdarının qiymətləndirilməsi metodikaları öyrənilmişdir
(məsul icraçı: i.e.n. M.R.Rəsulova; icraçılar: V.İ.Mövsümov, A.O.Həsənova,
A.Z.İmanova, T.Ş.Məmmədov, S.X.Xankişiyev).