Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar


Problem. Xarici ticarət və ölkənin beynəlxalq



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

Problem. Xarici ticarət və ölkənin beynəlxalq 

rəqabətqabiliyyətliliyinin artırılması 

 

“Xarici ticarət və əmək bazarı arasında əlaqələrin araşdırılması” 

mövzusu  üzrə  tədqiqat  işində  qabaqcıl  qərb  ölkələrinin  təcrübəsinə  əsaslanaraq 

amil tutumu modeli əsasında Azərbaycan üçün əməyin hansı növlərinin üstünlük təşkil 

etdiyi ixrac sahələrini müəyyənləşdirmək məqsədi ilə Azərbaycan, Rusiya, Qazaxıstan və 

İran iqtisadiyyatı üçün xalis ixrac və istehlak üzrə amil tutumu matrisi qurulmuşdur. Bu 

ölkələrin  sahələrarası  balanslarının  əhatə  etdiyi  iqtisadi  fəaliyyət  sahələri  üzrə  əməyin 

ixtisaslara  görə  bölgüsü  matrislərini  qurmaq  mümkün  olmadığından  ABŞ-ın  əmək 

matrisindən istifadə edilmişdir. Amil tutumu modelinə əsaslanaraq qeyd olunan ölkələr 

üçün əməyin hansı növlərinin üstünlük təşkil etdiyi ixrac sahələri müəyyənləşdirilmişdir. 

Tədqiqatın  nəticəsinə  görə,  Rusiya,  İran  və  Qazaxıstanla  müqayisədə  Azərbaycanda 

qeyri-neft sektorunda hazırda istehsal olunan  əmtəə və xidmətlər yüksək ixtisaslı əmək 

növündə  daha  az,  lakin  daha  aşağı  ixtisaslı  əməkdə  (kənd  təsərrüfatı  və  s.)  üç  ölkə  ilə 

müqayisədə  daha  yüksəkdir.  Cari  ildə  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsi  tərəfindən  2011-ci  ilin  rəqəmləri  əsasında  sahələrarası  balans  nəşr  olunduğu 

təqdirdə  tədqiqat  işinin  nəticələrinin  yenilənməsi  nəzərdə  tutulmuşdur  (məsul  icraçı: 

i.e.n. M.R.Rəsulova, icraçı: A.Ş.İmanova).  



 

“Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin təhlili” 

mövzusu  üzrə  tədqiqat  işində  Azərbaycanın  beynəlxalq  iqtisadi  əlaqələrinin 

mövcud  vəziyyətinin  təhlili  məqsədilə  tədiyə  balansı  üzrə  1995-2012-ci  illəri  əhatə  edən 

zəruri  statistik  məlumatlar  toplanılmış  və  ilkin  təhlil  aparılmışdır.  Tədqiqat  işi  davam 

etdirilir  və  növbəti  mərhələdə  tədiyə  balansının  əsas  komponentlərinin  ekonometrik 

qiymətləndirilməsi  nəzərdə  tutulmuşdur  (məsul  icraçı:  i.e.n.  M.R.Rəsulova;  icraçı: 

Ü.İ.İbrahimli). 

 

“Azərbaycanın  milli  standartlaşdırma  sisteminin  beynəlxalq  tələblərə 

uyğunlaşdırılması üzrə nəzəri-metodoloji əsaslarının işlənilməsi” 

mövzusu  üzrə  tədqiqat  işində  milli  standartlaşdırma  sisteminin  nəzəri  metodoloji 

ə

sasları  haqqında  ilkin  araşdırmalar  aparılmış  və  standartlaşdırmanın  iqtisadiyyata 



təsiri,  milli  standartlaşdırma  sisteminə  dair  beynəlxalq  tələblər  və  həmin  tələblərin 

ölkəmizdə  tətbiqi  vəziyyəti  təhlil  edilmişdir.  Nəticədə  milli  standartlaşdırma  sisteminin 

beynəlxalq  tələblərə  uyğunlaşdırılmasının  zəruriliyi  və  uyğunsuzluğun  zərərləri 

müəyyənləşdirilmişdir (məsul icraçı: i.e.d. Ə.C. Muradov; icraçı: E.Ə.Mikayılov). 



 

Problem. Azərbaycanda sahibkarlığın və regionların inkişafı 

məsələləri 

 

“Regionların  sosial-iqtisadi  inkişaf  göstəricilərinin  təhlili  və  inzibati 

rayonlar  üzrə  prioritet  investisiya  istiqamətlərinə  dair  təkliflərin 

hazırlanması”  

mövzusu  üzrə  tədqiqat  işində  regionların  sosial-iqtisadi  inkişaf  göstəricilərinin 

təhlili  və  inzibati  rayonlar  üzrə  prioritet  investisiya  istiqamətlərinə  dair  təkliflərin 

hazırlanması İnstitut tərəfindən hazırlanan və mütəmadi olaraq yenilənən “Regionların 

sosial-iqtisadi  Pasportu”nun  tərkib  hissəsi  kimi  həyata  keçirilmiş  və  hər  il  üzrə 

yenilənməsi  planlaşdırılmışdır  (məsul  icraçı:  i.e.n.  R.N.  Hüseynəliyev,  icraçı:  i.f.d. 

E.F.Qasımov,i.e.n. M.R.Rəsulova, A.Q.Davudov, N.F.İsmayılova). 

 



“Sahibkarlığın inkişafında xüsusi iqtisadi zonaların rolu” 

mövzusu üzrə tədqiqat işində Xüsusi İqtisadi Zonalar (XİZ) və sahibkarlığın (kiçik 

və  orta  müəssisələrin)  xarakteristikası,  XİZ-lər  tərəfindən  sahibkarlara  göstərilən 

xidmətlər  əks  edilmişdir.  Beləliklə,  XİZ-lər  qabaqcıl  texnologiyaların  inkişaf  mərkəzləri 

kimi regionların iqtisadi inkişafı üçün səmərəli üstünlükləri sürətlə yarada bilən, iqtisadi 

siyasətə  asanlıqla  uyğunlaşan  çevik  alət  olaraq  sahibkarlara  müxtəlif  xidmətlər 

göstərirlər: 

 1) kiçik və orta biznes müəssisələrini zəruri məlumatlarla (məsələn, XİZ-lər Ticarət 

və İnkişaf üzrə BMT-nin (UNCTAD) konfransında qəbul edilmiş EMPRETEC (Müəssisə 

və Texnologiya) proqramından istifadə etməklə) təmin edə bilərlər;  

2)  xüsusi inkubator ola bilərlər;  

3)  XİZ-lərin  çoxillik  xarici  iqtisadi  fəaliyyətinin  formalaşması  mexanizmləri  üzrə 

təcrübəsindən istifadə edilə bilər;  

4)  birgə  müəssisələrin  yaradılması  üçün  biznes  əməkdaşlığının,  daxili  bazarın 

təminatı üçün sazişlərin, malların və xidmətlərin istehsalının ötürülməsi, birgə istehsal, 

texnologiyanın  ötürülməsi,  sənaye  binalarının  bölüşdürülməsi  və  birgə  istifadəsi 

haqqında müqavilələrin bağlanılması mexanizmləri yaradıla bilər;  

5)  xüsusi  dəmiryol  dəhlizləri,  inzibati  xərclərin  azaldılması,  sərhəddən  malların 

daşınmasının  asanlaşdırılmış  proseduru  kimi  üsul  və  mexanizmlərdən  istifadə  edə 

bilərlər  [mobilliyi  (hərəkətliliyi)  təmin  etmək  və  məhsulların  paylanmasını 

asanlaşdırmaq məqsədilə];  

6)  maddi-texniki  baza  ola  bilərlər  (məsul  icraçı:  i.e.n.  H.Ə.  Eynalov,  icraçı: 

N.F.İsmayılova). 

 

“Regionların  iqtisadi  potensialının  qiymətləndirilməsi  və  ondan 



istifadə səviyyəsinin təhlili (Dağlıq Şirvan)” 

mövzusu  üzrə  tədqiqat  işi  “Dağlıq  Şirvan  iqtisadi  rayonunun  genişləndirilmiş 

pasportu” adı altında icra edilmişdir. Belə ki, İnstitut tərəfindən hazırlanan və mütəmadi 

olaraq  yenilənən  “Regionların  sosial-iqtisadi  Pasportu”u  nümunə  olaraq  Dağlıq-Şirvan 

iqtisadi  rayonunun  timsalında  inzibati  rayonların  da  göstəriciləri  ayrıca  verilməklə 

genişləndirilmiş  və  bu  təcrübənin  digər  iqtisadi  rayonlar  üzrə  də  aparılması  üçün 

imkanların  araşdırılması  vəzifə  olaraq  qarşıya  qoyulmuşdur.  (məsul  icraçı:  i.f.d. 

E.F.Qasımov, icraçılar: S.A.Vəliyev, N.A.Cabbarova). 



 

“Azərbaycanda  kiçik  və  orta  sahibkarlığın  inkişaf    perspektivlərinin 

qiymətləndirilməsi” 

mövzusu  üzrə  tədqiqat  işində  il  ərzində  Azərbaycanda  (kiçik  və  orta)  sahibkarlığın 

inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə elmi şəkildə təhlil aparılmış (SWOT və 

PEST analizləri, xarici təsir analizi, steykholder analizi və s.), əsaslandırılmış, nəticə və 

təkliflər hazırlanaraq müxtəlif elmi-praktiki konfranslarda təqdim edilmişdir. Gözlənilən 

nəticələr  -  Azərbaycanda  (kiçik  və  orta)  sahibkarlığın  sahələr  üzrə  inkişaf 

perspektivlərinin göstərilməsi, innovasiya yönümlü sahibkarlıq subyektləri üçün uyğun 

strategiyanın  qurulması  üsullarının  verilməsidir  (məsul  icraçı:  i.e.n.  S.H.  Abasova, 

icraçılar: İ.B.Zeynalov, D.C.Hüseynova).  

 

“Ölkədə  kiçik  və  orta  sahibkarlığın  inkişafı  üzrə  SWOT  analizin 



aparılması, təklif və tövsiyələrin hazırlanması” 

mövzusu  üzrə  tədqiqat  işi  aparılmışdır.  Azərbaycanda  il  ərzində  (kiçik  və  orta) 

sahibkarlığın  fəaliyyətinin  SWOT  təhlili  aparılmış  (SWOT  analizi)  və  əsaslandırılmış, 

nəticə  və  təkliflər  hazırlanaraq  müxtəlif  elmi-praktiki  konfranslarda  aprobasiya 

edilmişdir.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə