İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


-2010-cu illərdə dünyada kərə yağının istehsal strukturu (%-la)



Yüklə 2,6 Mb.
səhifə7/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1950-2010-cu illərdə dünyada kərə yağının istehsal strukturu (%-la)



Ikinci Dünya müharibəsindən sonra və 2000-ci illərin başlanğıcında kərə yağının istehsalının yerləşməsində regional irəliləmələr böyük vüsət aldı. Sahənin güclü artımı ilk dövrlər Şərqi Avropa, sonralar Asiya üçün əlamətdar olmuşdur. Hansı ki, Asiya regionu bu məhsulun alınmasında lider oldu. Baş verən irəliləmələrin səbəbləri ABŞ-da qida strukturunda həm yağın istehsalında, həm də istehlakında dəyişikliklərlə əlaqədardır. Keçmişdə İkinci Dünya müharibəsinə qədər ABŞ dünyada ən iri kərə yağı istehsalçısı olmuşdur. Qərbi Avropada qida ənənələrində kərə yağının rolu indiyə qədər saxlanmuşdır, lakin onun istehsalı demək olar ki, artmır və istehlakının güclü inkişafı sərt iqlim şəraitində əhalinin enerji sərfinin bərpası ıərə yağının Şərqi Avropada, eləcə də Qərbi Avropanın şimal ölkələrində istehsalının zərurətindən irəli gəlmişdir. Buna görə də 1990-cı illərə qədər SSRI kərə yağınının istehsalında liderlik edirdi. 2010-cu ildə də Asiya regionu liderliyi əldə saxlamışdır(kərə yağının 25 %-ni verirdi) Qida məhsullarında çox qiymətli süd (Hindistan südü Asiya regionunun yag istehsalına görə lider olması (xüsusilə Hindistan və Pakistan istehsalına görə dünyada 2-ci yerdədir) emalının zəruriliyinə şərait yaratmışdır. Kərə yağının alınması pendirə nisbətən sadədir. Lakin Hindistanda kərə yağının (1,4 kq) istehlak səviyyəsi orta dünya (1,2 kq) səviyyəsində qalır.
Yag-piy sənayesinin inkişafında ən mühüm nəticə marqarin istehsalının artımı olmuşdur. Marqarin qida məhsuludur, heyvan piyinin, bitki yağının, süd və ətirli maddələrin qarıışığıdır. Onun alınması üçün xammal mənbəyi çox genişdir.
Xammalın emal texnologiyası isə kərə yağının bütün göstəricilərinə bərabər olan məhsul almağa imkan verir. Alınmış müxtəlif növ marqarinlər müxtəlif qida məhsulları hazırlanması sahəsində tətbiq edilir. Onun istehsalına çəkilən xərclərin çox olmaması onu kərə yağının rəqibi etmişdir.
Bu məhsulların istehsalında struktur dəyişmələri dünyanın müxtəlif regionlarında marqarin istehsalının coğrafiyasında əks olunur. 1950-ci illərin marqarin istehsalçıları – Qərbi Avropa (61%), Şimali Amerika (21 %) və Şərqi Avropa (15 %) regionları idi. Bu regionlarda yağ istehsalının strukturunda dəyişikliklər bərabər getmədiyindən, 2010- cu ildə Şimali Amerika (36 %) marqarin istehsalında lider oldu. Qərbi Avropa onun istehsalını (22 %) azaltdı. Marqarin alınmasında mövcud irəliləmələr Asiyanı dünyada ikinci yerə çıxardı (28 %). Şərqi Avropanın payı isə 1950-2010-cu illər arasında iki dəfədən çox azaldı.
İqtisadi səbəblərin təsiri, milli ənənələrin təzahür etdiyi ölkələr üzrə, hətta bir region daxilində kərə yağı və marqarin istehsalında və istehlakında fərqlər hələ çox yüksəkdir (cədvəl V.43 və V.44). Belə ki, Belçikada, Böyük Britaniyada, Danimarkada, Niderlandda südlük istiqamətində təsərrüfatların inkişafına baxmayaraq kərə yağı marqarindən az istehsal olunur (Niderlandda 3 dəfə). Fransada isə əksinə, kərə yağı marqarindən 3 dəfə çox istehsal edilir. ABŞ-da və Kanadada marqarin kərə yağından çox istifadə olunur. Hindistanda marqarin sənayesində irəliləmələr diqqətəlayiqdir. O ABŞ-dan sonra 2-ci marqarin istehsal edən ölkədir (Hindistan dünyada marqarin istehsalının 7 %-ni verir). Hindistan həmçinin mühüm kərə yagı istehsal edən dövlətdir. Kərə yağının istehsalına görə liderdir.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə