İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI



Yüklə 2,6 Mb.
səhifə2/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1. Təamlı mahsullar sənayesi: 1) şəkər; 2) unüyütmə-yarma; 3) çörəkbişirmə 4) qənnadı, 3) makaron; 6) yag-piy; 7) ətriyyat-kosmetika; 8) spirt; 9) likor-araq: 10) Şərabçılıq 11) pivəbişirmə; 12) alkoqolsuz içkilər, 13) maya, 14) kraxmal; 15) meyvə-tərəvəz konservləri, 16) duz, 17) çay qablaşdırılması, 18) yeyinti konsentratları; 19) tütün, 20) təamlı məhsullar sənayesinin digər sahələri
2. Ət və süd sənayesi: 1) ət və ət məhsulları; 2) yağ-pendir, 3) süd məhsulları; 4) ət və süd konservleri
3. Balıq sənayesi: 1) balıqçılıq; 2) balıq konservləri və s.
1950-2010-cu illərdə dünyada yeyinti sənayesi məhsullarının bəzi növlərinin istehsalı
Cədvəl V.36


Cədvəldən göründüyü kimi yeyinti sənayesində xammal istehsalı xüsusilə seçilir. Gələcəkdə onun məhsulları daha dərindən emal tələb edir. Məsələn, unüyütmə, şəkər tozunun alınması, südün pasteriza edilməsi, sonrakı mərhələdə onlardan münasib məhsulların çörək məmulatlarının, qənnadi, qatıq, xama, kəsmik və s. alınması. Xammalın istehsalının ilkin proseslarinə heyvanların kəsilməsi, balıq tutulması, bilavasitə bazara göndərilə bilən məhsullar da daxildir. Lakin çoxixtisaslı yarımməhsulların (ev şəraitində hazırlanan yanımfabrikatlar), yaxud da sahənin son hazır məhsullarının (kolbasa, balıq məhsulları, konservlər və s.) alınması üçün bu məhsulların hamısı həmişə yaxşılaşdırılmalıdır. Bu proseslər xammal istehsalında sahənin məhsullarının istehlak keyfiyyətini yüksəldir və dəyərinə görə yüksək satlıq məhsullar verir.


Dünyanın yeyinti sənayesində güclü milli şirkətlər və müxtəlif məhsulların istehsalı sahəsində beynəlxalq korporasiyalar (birliklər) yaranmışdır. Onlardan hamıya məlum olan «Nestle», «Koka-Kola», «Yunilever) və s. göstərmək olar. Bunlardan hər biri dünyanın müxtəlif ölkələrində yüzlərlə müəssisələrə malikdir. Onlar demək olar ki, oxşar məhsulların bütün satış bazarlarına nəzarət edirlər. Yeyinti sənayesi sahəsində aparılan elmi tədqiqatlar, onun strukturlarında dəyişikliklər yaratmışdır. Siqaret çəkməkdən imtina edilməsi, qidanın koloriliyinin azalması (yağsızlaşdırılmış süddən istifadə edilməsi, kərə yağının əvəzinə bitki yağlarının qəbul edilməsi, şəkər və qənnadı məmulatlara tələbatın azalması, alkoqollu içkilərin əvəzinə mineral suların, şirələrin və s. qəbul edilməsi), tərəvəz və meyvələrin payının artmasına xüsusi diqqəti artırmışdır. Bütün bunlar insanların sağlamlığı naminə edilir. Lakin sağlam həyat tərzi üçün aparılan bu meyllərə yeyinti sənayesinin müvafiq sahələri üzrə transmilli şirkətlər müqavimət göstərirlər (məsələn, xüsusilə siqaret şirkətləri). Bununla yanaşı, qida problemləri sosial, iqtisadi və millidir. Hansı ki onun həlli müxtəlif regionlar və ölkələr üçün fərqlidir.
Dünyada qida məhsullarına təlǝbatda adət və meyllər haqqında fikri buğda unu istehsalına və çörək məmulatlarının istehlakına görə söyləmək olar. 1960-1988-ci illərdə un istehsalı iki dəfə artaraq 205 mln. tona çatmışdır. Lakin 1980-ci illərin sonunda onun istehsalı azalmağa başlamışdır və 2000-ci illərin əvvəllərində 153 mln. tona yaxın olmuşdur. Ondan alınan məmulatların istehlakı da azalmışdır. Lakin onun aynı-ayrı ölkələr üzrə istehlakı hələ kəskin fərqlənir: Yaponiyada və Koreya Respublikasında adam başına ildə 6-10 kq-dan, keçmiş SSRI respublikalarında və Bolqarıstanda 100-150 kq-a qədər olmuşdur (ABŞ-da 2007-ci ildə 28 kq).

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə