İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


Yeyinti sənayesinin sahəvi və ərazi strukturlarının səciyyəsi



Yüklə 2,6 Mb.
səhifə3/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

11.2. Yeyinti sənayesinin sahəvi və ərazi strukturlarının səciyyəsi
Ət sənayesi - ət, kolbasa məmulatları, qaxac ət, ət konservləri, ərinmiş ərzaq yağı, qandan müalicəvi dərmanlar və digər məhsullar istehsal edir. Sahənin rolu ət məhsullarının çox qiymətli heyvan zülallarının əsas mənbələri və digər mühüm komponentlərin əhəmiyyəti ilə müəyyən edilir. Dünyada ət məhsullarına tələbatın artımı, əhalinin həyat səviyyəsinin yaxşılaşması göstəricilərdən biridir. Yer kürəsinin əhalisinin əsas hissəsi ətdən istifadə edir. Onun istehsalı planetimizin əhalisinin sayından sürətlə artır. Son 60 il ərzində planetimizin əhalisi 2-3 dəfə artdığı halda, ət istehsalı 5 dəfə artmışdır. Dünyada orta hesabla əhalinin bir nəfərinə ət istehsalı müvafiq olaraq 24 kq-dan 90 kq-a qədər artmışdır. Lakin ölkələr üzrə bu fərq çox böyükdür. Danimarkada ildə 365 kq, Hindistanda 4,6 kq-a qədərdir (Hindistanda bu göstərici müsəlman əhalinin hesabınadır, çünki induslar dini etiqadlara görə ət yemirlər).
Dünyanın müxtəlif xalqlarının ətdən istifadəsinin iqtisadi imkanları, həmçinin milli, dini ənənələrinin saxlanması ayrı-ayrı ət məhsullarının istehsalı və istehlakında səmərəli qida problemlərində öz əksini tapmışdır. Bu mənada ümumi meyl-pəhriz ət növlərinin istehlakı (birinci növbədə quş əti) artmışdır. Bu da dünyada ət istehsalı strukturunda öz əksini tapmışdır (cədvəl V.37).
Dünyada 1960-2010-cu illərdə ət növlərinin istehsal strukturu (%-lǝ)

Ayrı-ayrı ölkələrdə ət məhsullarının istehsal strukturu böyük dəyişikliklərə məruz qalmışdır. Belə ki, ABŞ-da 1960-2010-cu illərdə əhalinin hər nəfəri ilə hesabda donuz əti 37 kq-dan 31 kq-a qədər azalmışdır, quş əti isə 21 kq-dan 53 kq-a qədər artmışdır. 2010-cu ildə bu göstərici dünyada donuz ətinə görə 14 kq, quş ətinə görə isə 23 kq olmuşdur. Dünyanın ayrı-ayrı ölkələrində və regionlarında, ət məhsullarının alınmasına artan tələbatı, ət istehsalında əsasən ərazi irəliləmələri müəyyənləşdirir (cədvəl V.38). Buna heyvandarlığın yemlə təchizatını təmin edən bitkiçilikdəki nailiyyətlər şərait yaradırdı.

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə