Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial



Yüklə 95,54 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü95,54 Kb.
#5597


 

 

19 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT 341.23 



 

 

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN SƏVİYYƏLƏRİ  

VƏ ONUN TƏMİN OLUNMASI YOLLARI 

 

A.A.MƏHƏRRƏMOV

*

, N.İ.RƏHİMOV

**

 

Bakı Dövlət Universiteti

*

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

**

 

amagerramov@hotmail.com

*

 

nishat_85@mail.ru

**

 

 

Məqalədə beynəlxalq və milli səviyyədə ərzaq təhlükəsizliyi problemi, həmçinin onun 

həlli  yolları  və  istiqamətləri  mövcud  beynəlxalq-hüquqi  sənədlər  və  müxtəlif  dövlətlərin 

qanunvericilik  praktikası  əsasında  geniş  təhlil  edilir.  Göstərilir  ki,  dünya  ictimaiyyəti  ərzaq 

təhlükəsizliyinin təmin olunması probleminin həllinə beynəlxalq səviyyədə nail olmağa çalışır. 

Milli  səviyyədə  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  isə  yalnız  effektiv  dövlətdaxili 

qanunvericilik bazasının mövcudluğu şəraitində mümkün ola bilər. 

 

Açar  sözlər:  ərzaq  təhlükəsizliyi,  beynəlxalq  standartlar,  dövlətdaxili  qanunvericilik, 

aclıq, ərzaq məhsulları, BMT sistemi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ərzaq ehtiyatları, 

dövlət tənzimlənməsi 

 

Hal-



hazırda dünya ölkələrini narahat edən əsas problemlərdən biri həm 

beynəlxalq, həm də milli səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi 

ilə  bağlıdır.  BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatının  (FAO)  məlu-

matına əsasən, hazırda dünyada 1 milyard nəfərə yaxın insan aclıq içərisində 

yaşayır (8). 

Dünya ərzaq təhlükəsizliyinin obyekti bütün bəşəriyyət hesab olunur və 

əhalinin hər hansı hissəsinin daimi olaraq aclıq içində  yaşaması onu göstərir 

ki, həqiqətən dünyada xroniki ərzaq təhlükəsizliyi hökm sürür. Buna görə də, 

dünya birliyi qarşısında onun bütün əhalisini aclıq və yemək azlığından xilas 

edə biləcək təminat sistemi yaratmaq vəzifəsi dayanır. 

 

Ümumdünya ərzaq təhlükəsizliyi konsepsiyası ilk dəfə olaraq 1973-cü 



ildə FAO-da irəli sürülmüşdür. Bununla belə, Ümumdünya ərzaq təhlükəsizli-

yi əsas etibarilə dünyanın bütün ölkələrində qida məhsullarının əldə edilməsi 

şəraitində ərzaq malları bazarlarında stabilliyin qorunub saxlanması kimi başa 

düşülür. 




 

 

20 



1974-

cü  ildə  BMT  Baş  Məclisi  FAO-nun  tövsiyələri  əsasında  işlənib 

hazırlanan  Dünyada  ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üzrə  Beynəlxalq 

öhdəlikləri dəstəklədi. Bu tövsiyələrdə ərzaqların beynəlxalq səviyyədə koor-

dinasiyası  zamanı  onların  ehtiyatlarının  yaradılması,  inkişaf  etməkdə  olan 

ölkələrdə  ərzaq  saxlanması  yerlərinin  tikilməsi  və  istehsalın  artırılmasına 

yardım etmək məqsədilə iqtisadi kömək edilməsi, ərzaq məhsullarının ticarəti 

və  istehsalı  məsələləri  üzrə  qlobal  məlumatlar  sisteminin  yaradılması, 

ümumdünya  ərzaq  təhlükəsizliyi  məsələləri  üzrə  müntəzəm  hökumətlərarası 

konsultasiyaların keçirilməsi nəzərdə tutulurdu (5, 11-12). 

Lakin  dünya  ərzaq  təminatları  tam  olaraq  yaradıla  bilmədi.  Səbəb  isə 

dünya ölkələrinin öz milli ərzaq təhlükəsizliyinə və milli maraqlarına daha çox 

üstünlük verməsi idi. 

Bəs, dünya ərzaq təhlükəsizliyinin əsl məqsədi və meyarı nədir? 

Aclıq  və  yemək  azlığı  dünyanın  və  bəşəriyyətin  mövcudluğunun  sta-

billiyinə  yönəlmiş  hərbi  və  iqtisadi  təhlükələrlə  eyni  sırada  dayanır.  Aclıq 

çəkən insanlara gün ərzində 1520 kkal qəbul edənlər aid edilir. Mövcudluq və 

yüngül fiziki əmək üçün ilkin ərzaq tələbatı isə günə 2150 kkal-dır (2). FAO 

dünyada  aclıq  çəkən  insanların  sayını  800  milyon,  ilkin  tələbatlarını  ödəyə 

bilən və aclıq və yemək azlığından əziyyət çəkmə ehtimalı olanların sayını 1 

milyarddan çox müəyyən etmişdir. 

Ərzaq vasitəsilə humanitar yardım, eləcə də ərzaq və beynəlxalq ticarət 

hazırda  mövcud  olan  dünya  iqtisadi  qaydası  əsasında  dünya  ərzaq  təhlükə-

sizliyini təmin etmək iqtidarında deyil. Lakin ayrı-ayrı ölkələrdə, xüsusən də 

inkişaf etmiş ölkələrdə onun təhlükəsizliyinə riayət edilir. 

Dünya ərzaq təhlükəsizliyi hər bir ölkənin öz milli ərzaq təhlükəsizliyini 

təmin etmə imkanlarının məcmusundan yaranır. “Milli ərzaq təhlükəsizliyi”nə 

verilən  dəyər  öz  spesifikliyi  ilə  seçilir.  Bu  spesifiklik  öz  növbəsində  kənd 

təsərrüfatı  istehsalının  təbiət  iqlim  şərtlərinin  obyektiv  müxtəlifliyindən, 

iqtisadi inkişafın qeyri-bərabərliyindən, tətbiq strukturundakı fərqlərdən, milli 

rej

imi, daxili iqtisadi əlaqələri istiqamətləndirmə özəlliklərindən asılıdır. 



Milli ərzaq təhlükəsizliyi 

Dövlətin  ərzaq  təhlükəsizliyini  onun  iqtisadi  və  milli  təhlükəsizliyini 

yaradan iqtisadi sisteminin əsas keyfiyyət göstəricisi kimi nəzərdən keçirmək 

lazımdır.  Bütün  tarix  boyunca,  əhalinin  ərzaq  təhlükəsizliyinin  stabilliyinin 

təmin olunması ən mühüm dövlət problemlərindən biri olmuşdur. Çünki milli 

təhlükəsizlik birbaşa olaraq ondan asılı idi. 

Milli ərzaq təhlükəsizliyi hər şeydən əvvəl, milli dövlət təhlükəsizliyinin 

əsas tərkib elementidir və bu xüsusda, mövcud sistemin iqtisadi dayanıqlılığı 

və siyasi müstəqilliyini, milli dövlət maraqlarına zərər vurmadan vətəndaşları-

nın birinci dərəcəli, elementar tələblərini qarşılama imkanını xarakterizə edir. 

Qe

yd edilən  halda  ərzaq təhlükəsizliyinin  anlayışının 2 aspekti nəzərdən ke-



çirilməlidir. 


 

 

21 



Birinci – sosial-iqtisadi aspekt – 

dövlətin qəbul olunmuş norma və stan-

dartlarına uyğun olaraq öz vətəndaşlarını əsas yeyinti məhsulları ilə təmin et-

mək  imkanını  xarakterizə  edir.  Bu  aspekt  Ümumdünya  ərzaq  təhlükəsizliyi 

haqqında  Roma  bəyannaməsi  ilə  “bərabər  qidalanma  və  yaşamaq  hüququna 

müvafiq olaraq, hər bir kəs sağlamlıq üçün təhlükə yaratmayan qida məhsul-

larını əldə etmək imkanı”nın mövcudluğunu isbat edir (10, 3). 

İkinci – siyasi-iqtisadi aspekt – dövlətin əhalisinin öz istehsalı hesabına 

ərzaqla təchiz olunması və bununla da daxili iqtisadi müstəqilliyinə və siyasi 

suverenliyinə zəmanət verməsi istiqamətində daxili resurslarını və aqroiqtisadi 

potensialını səfərbər etmək imkanını xarakterizə edir. 

Milli ərzaq təhlükəsizliyi dünya ərzaq təhlükəsizliyinin elementidir. Ro-

ma  bəyannaməsində  aqrar  istehsalın  tənzim  edilməsi  üzrə  milli  sistemin  kö-

məyi ilə beynəlxalq ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas istiqamət-

ləri 2 mühüm tezislə ifadə olunmuşdur: 

1)

 



Yüksək və ya aşağı potensialı olan ərazilərdə ərzaq, kənd təsərrüfatı, 

meşə,  balıqçılıq  sahəsində  təcrübəyə  və  dayanıqlı  siyasətə  riayət 

edil

məsi; hər bir dövlətin resurslarının və milli aqro-iqtisadi poten-



sia

lının  ümumdünya  ərzaq  resurslarının  artımına  gətirib  çıxaran 

səfərbərliyi və maksimal səviyyədə istifadəsi; 

2)

 



ərzaq, kənd təsərrüfatı və ümumi ticarət siyasətinin dünya ticarət ba-

zarı  sistemində  ədalətli  yolla  ərzaq  təhlükəsizliyinə  gətirib  çıxar-

masına şəraitin yaradılması (10, 3). 

Göstərilənlərə  əsasən,  milli  ərzaq  təhlükəsizliyi  meyarının  əsasını  ilk 

növbədə,  onun  iqtisadi  təhlükəsizliyinə  istiqamətlənən  əsas  daxili  və  xarici 

təhlükələrin  xüsusiyyətləri  yaradır.  Məsələn,  «RF  iqtisadi  təhlükəsizliyinin 

döv

lət  strategiyası  (Əsas  müddəalar)»  uyğun  olaraq,  qeyd  olunan  xarakterik 



təhlükəli meyarlara aid edilir (11): 

-

 



əhalinin  yoxsulluq  səviyyəsinin  yüksəlməsi  və  əhali  içərisində  əmlak 

differensiasiyası; 

-

 

milli  iqtisadiyyatın  strukturunun  deformasiyası,  yanacaq-energetika 



sahəsinin gücləndirilməsi; 

-

 



milli əmtəələrin bir çoxunun daxili bazardan sıxışdırılması; 

-

 



mühüm sahələrdə istehsalın zəifləməsi; 

-

 



regionların sosial-iqtisadi qeyri-bərabərliyinin yüksəlməsi. 

Sadalananların  milli  təhlükəsizliyə  təhlükə  yarada  biləcəyi  ehtimallarının 

reallığa uyğunluq meyarı üçün göstəricilər məcmusu (“həyəcan indikatorları”) 

ərzaq  bazarının  vəziyyətinin  faktiki  göstəriciləri  və  ərzaq  bazarlarının  ölkə-

lərarası müqayisəsinin nəticələrindən istifadə olunmuşdur. 

 

İkincisi, aşağıda qeyd olunanlar daxil olmaqla, iqtisadiyyat sferasında 



mühüm milli maraqlar sistemi (yuxarıda adıçəkilən sənəddə göstərilir): 

-

 



ölkənin xalq təsərrüfatının xarici təsirlərə minimum məruz qalaraq, müs-

təqil şəkildə öz istehsalını genişləndirmə rejimində funksionallaşması; 




 

 

22 



-

 

sosial-



iqtisadi stabilliyi müəyyən edən əhalinin həyat səviyyəsinə nail 

olunması və onun qorunması; 

-

 

vahid iqtisadi məkanın qorunması; 



-

 

iqtisadi  proseslərin  ehtiyac  duyulan  dövlət  tənzimlənməsi  ilə  təmin 



edilməsi və s. 

Üçüncüsü, FAO-

nun  ərzaq  təhlükəsizliyi  meyarına  ümümmetodoloji 

yanaşmaları,  eyni  zamanda  milli  istehsal  (istehsalçılar)  üçün  maddi  zərər  və 

maddi  zərər  təhlükəsinin  GATT/ÜTT  sənədlərində  əks  olunan  göstəriciləri. 

Milli istehsala dəyən mühüm zərərin obyektiv meyarları 1995-ci ildə qüvvəyə 

minən ÜTT-nin Müdafiə meyarları haqqında xüsusi Razılaşması ilə müəyyən 

edilmişdir.  Bu  meyarlar  sırasında  mövcuddur:  xarici  malların  ölkəyə  daxil 

olması həcmi və səviyyəsi, onların milli bazarda payı, satış səviyyəsi və milli 

malların  istehsalı  səviyyəsinin  dəyişdirilməsi,  istehsal  obyektlərinin  intensiv 

əməyi, məşğulluq dinamikası və s. 

Ərzaq təhlükəsizliyinin miqdar meyarı iki qrup göstəricinin köməyi ilə 

müəyyən edilir: 

1)

 



müxtəlif gəlirləri olan əhali qrupları üçün differensasiya hesablamaları 

ilə  əsas qida məhsullarının istifadə dinamikası və səviyyəsi; 

2)

 

ölkənin  özünü  ərzaqla  təmin  etmə  səviyyəsi,  o  cümlədən,  əsas  qida 



məhsulları baxımından. 

Hər  iki  qrupun  tərkibində  faktiki  və  normativ  (meyarlar)  göstəricilər 

fərqləndirilir. Sonuncular öz iqtisadi təbiətinə görə adıçəkilən göstəricilərdən 

minimal (maksimal) yol verilə bilən “hədlər” hesab olunur. Birinci qrup üçün 

bu cür normalar tibbi normalar, elmi əsaslandırılmış sosial normalar və s. ola 

bilər. Ölkənin özünü ərzaqla  təmin etməsinin dəyərləndirilməsi zamanı dünya 

praktikasında  ərzaq  müstəqilliyi  meyarı  qismində,  ölkəyə  xaricdən  gələn  ər-

zaq


lar  üçün  onların  ölkədə  ümumi  istifadəsi  üçün  tələb  olunan  həcminin 

30%lik  həddi  müəyyən  olunur.  Hesab  edilir  ki,  göstərilən  həddin  aşılması 

digər ölkələrdən strateji asılılığa səbəb ola bilər. 

Qeyd  olunan  göstəricilərdən  əlavə,  milli  əmtəə  istehsalçıları  üçün 

iqtisadi-

maliyyə  qaydalarını,  o  cümlədən  ərzaq  idxalı  ilə  əlaqədar  qaydaları 

xarakterizə edən faktiki və proqnoz göstəriciləri sistemindən istifadə etmək də 

məqsədəuyğundur (4, 57-59). 

Ərzaq  təhlükəsizliyi  konsepsiyası  milli  səviyyədə  özünü  ərzaqla  təmin 

etmək  mənasını  ifadə  etmir.  Konsepsiya  belə  bir  fikri  irəli  sürür  ki,  ölkə  öz 

ehtiyacları üçün kifayət qədər ərzaq istehsal etməlidir, lakin əgər fərqli səbəb-

lərdən  bunu  edə  bilmirsə,  o  zaman  tələb  olunan  ərzaqları  idxal  etmək 

iqtidarında olmalıdır. 

Milli ərzaq təhlükəsizliyi haqqında daha dolğun təsəvvür yaratmaq üçün 

nəinki  inkişaf  etmiş  ölkələrin,  eləcə  də,  keçid  iqtisadiyyatı  olan  ölkələrin 

təcrübəsinə nəzər salmaq lazımdır. 

Dünya  ölkələrinin  əksəriyyəti  milli  ərzaq  təhlükəsizliyinin  təmin  olun-



 

 

23 



ması istiqamətində normativ-hüquqi baza formalaşdırırlar. Artıq qeyd etdiyi-

miz kimi, ərzaq təhlükəsizliyinin milli səviyyəsi qida məhsullarının istehsal və 

istehla

kının  balanslaşdırılmasını  tələb  edir,  buna  baxmayaraq,  milli  höku-



mətlər səviyyəsində milli ərzaq təhlükəsizliyinin əsası kimi kənd təsərrüfatının 

inkişafı sahəsinə daha çox diqqət ayrılır. 

Dünyanın  müxtəlif  ölkələri  fonunda  təbii  ki,  inkişaf  etmiş  ölkələrin 

təcrübəsi fərqləndirilir. Bu ilk növbədə ABŞ-dır. Ölkənin ərzaq kompleksi ən 

proteksionist müdafiəsi olanlara aid edilir. Bunun üçün şəxsi kənd təsərrüfatı 

və təbii resurslarının müdafiəsi hesabına ərzaq stabilliyinin təmin edilməsinə 

xidmət edən xüsusi normativ aktlar qəbul olunmuşdur. 

Hələ 1933-cü ildə ABŞ-ın aqrar siyasətinin əsasında paritet konsepsiya-

sının dayandığını müəyyən edən  “Kənd təsərrüfatının tənzimlənməsi haqqın-

da” Qanun qəbul edilmişdi və ABŞ aqrar siyasətini indiyə qədər bu konsepsi-

ya

ya istinad edərək yeridir. Real olaraq, paritetə görə, hər il kənd təsərrüfatının 



müvafiq  ərzaq    istehsalı  fermerə  müvafiq  ölçüdə  mal  və  xidmət  əldə  etmək 

imkanını  təmin  etməli,  başqa  sözlə  desək,  müvafiq  real  istehsal  həcmi  eyni 

real gəlir verməlidir (7, 248). 

 

Paritetə  kənd  təsərrüfatı  məhsulları  üçün  müəyyən  olunmuş  dəyər 



siyasəti hesabına nail olunur. ABŞ-ın kənd təsərrüfatında dövlət dəstəyi dəyər-

lərinin 2 növü mövcuddur: məqsədli (zəmanətli) və girov. Məqsədli – kənd tə-

sərrüfatı məhsullarının daha önəmli növləri üçün tətbiq olunur. Onlar xərclərin 

əvəzinin  ödənilməsi  (onun  tərkibinə  fermer  kapitalının  orta  gəlir  norması 

torpaq  rentası  üçün  haqq  daxildir)  və  müvafiq  gəlir  üçün  nəzərdə  tutulurlar. 

Ümumilikdə,  məqsədli  dəyərlərin  səviyyəsi  elə  hesablanıb  ki,  onlar  orta  və 

aşağı  səviyyəli  xərcləri  olan  fermalarda  artırılmış  istehsalın  özünü  maliy-

yələşdirməsi üçün lazım olan gəlir səviyyəsinə zəmanət versin (14). 

Girov dəyərinə uyğun olaraq, fermer bütün məhsulu bazar qiymətlərinin 

girov  dəyərindən  aşağı  olduğu  hal  üçün  Ticarət-kredit  korporasiyasına  girov 

qoyur. 1985-

ci  il  tarixli  Kənd  təsərrüfatı  qanunları  paketinin  müddəalarına 

uyğun olaraq, ABŞ fermerlərinə öz məhsullarını azad bazarda satmaq, bazar 

qiymətlərinin  qalxmasını  gözləyərək  saxlanılmaya  vermək,  Ticarət-kredit 

korporasiyasına girov qoymaq hüququ vardır (6, 88). 

Ərzaq  təhlükəsizliyi  haqqında  1985-ci il Qanununun strukturu faktiki 

olaraq,  1980  və  1990-cı  illərin  5  illik  qanunlarının  strukturunu  təkrarlayır. 

Qanun konkretdir və 4 hissədən ibarətdir: 

1.

 

Mühüm məhsul qruplarının dəstəklənməsi. Onlara aiddir: arpa, buğda, 



süd və süd məhsulları, düyü, yer fındığı, qənd. 

2.

 



Strukturlu siyasətin həyata keçirilməsi. Daha dəqiq desək, bu siyasətin 

istiqamətlərinə aid edilir: kənd təsərrüfatı fəaliyyətinin sığortalanması, 

kənd  təsərrüfatının  inkişafı  üzrə  çoxsaylı  dövlət  proqramlarının  mə-

nimsənilməsi,  təcrübə  stansiyaları  və  kənd  təsərrüfatı  məktəblərinin 

yaradılması,  sertifikatlaşdırılmış  tədbirlərin  maliyyələşdirilməsi,  fer-



 

 

24 



mer

lərin məhsul  saxlama məkanlarının təkmilləşdirilməsi, milli siste-

min beynəlxalq şəbəkəyə daxil etməklə kənd təsərrüfatı informasiyası 

ilə təmin edilməsi və digərləri. 

3.

 

Sahənin maliyyə cəhətdən sağlamlaşdırılması. Misal üçün, gəlirlərinin 



səviyyəsini saxlamaq üçün fermerlərə birdəfəlik yardımların edilməsi, 

kredit  və  güzəştli  faizlərin  ayrılması,  maye  yanacaqla  təmin  etməyə 

zəmanət,  gəliri  az  olan  maliyyə  korporasiyalarının  inkişafını  dəstək-

ləmə,  ərzaq  talonlarının  (kuponlarının)  verilməsi,  xüsusi  kreditlərlə 

(fermerlər üçün) ödəmələrin köçürülməsi və  digər tədbirləri göstərmək 

olar. 


4.

 

Kənd  təsərrüfatı  sahəsində  ixracın  açıq  siyasi  məqsədlər  güdən  ərzaq 



yardımı proqramının tərkib hissəsi kimi subsidiyalaşdırılması. 

Bütün parametrlərinə  görə, bu Qanun ərzaq kompleksinin yalnız ABŞ 

i

qtisadiyyatı  və  müdafiəsi  üçün  deyil,  eləcə  də,  liderlik  edən  beynəlxalq 



mövqelərə nail olmaq üçün vacib siyasi sənəd hesab olunur. 

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ölkələrinin təcrübəsi amerikan 

təcrübəsindən  bir  qədər  fərqlidir.  Avropanın  birləşməsinə  baxmayaraq,  kənd 

təsərrüfatına münasibətdə hər bir ölkənin öz qanun və qaydaları qüvvədə qalır. 

Lakin Avropa İttifaqının inkişaf planına müvafiq olaraq bu normalar da uni-

fikasiya edilir. 

Almaniya  Aİ-nin  ən  çox  inkişaf  edən  ölkələrindən  biri  hesab  olunur. 

Almani


yada  hələ  1955-ci  ildə  “Almaniyanın  kənd  təsərrüfatı  haqqında” 

Qanunu qəbul olunmuşdu. Qanunda birbaşa olaraq göstərilir ki, dövlət əhali-

nin ərzaqla strateji baxımdan təmin olunması problemini nəzarətdə saxlamalı, 

ərzaq  fondları  formalaşdırmalı,  iqtisadi  stimullaşdırmanın  bütün  meyarlar 

komp

leksindən istifadə etməməli, ərzaq təminatı məsələsini üçüncü dövlətlər-



dən  asılı  hala  gətirməməlidir.  Bundan  əlavə,  1979-cu  ildə  “Ərzaq  təminatı 

haqqında”  növbəti  qanun  qəbul  edilmişdir.  Sonuncu  qanunda  dövlətin  ərzaq 

təminat  sisteminə  münasibətdə  vəzifələri  daha  ciddi  formada  ifadə  olun-

muşdur. Almaniyanın ayrı-ayrı torpaqlarında kənd təsərrüfatı və ərzaq təminatı 

münasibətləri özlərinin qəbul etdiyi xüsusi normativ sənədlərlə nizamlanır. 

Avropa  İttifaqının  digər  inkişaf  etmiş  ölkəsi  olan  Fransada  “Kənd 

təsərrüfatı  istehsalının  stabilliyinin  təmin  edilməsi  haqqında”  Qanuna  uyğun 

olaraq, kənd təsərrüfatı nazirliyinə milli aqrar siyasətin hazırlanması və onun 

həyata  keçirilməsi  tapşırılmışdır.  Bundan  əlavə,  1960-cı  ildə  “Kənd  təsər-

rüfatının  dəstəklənməsi  haqqında”  Qanun,  1964-cü  ildə  “Kənd  təsərrüfatı 

strukturu haqqında” Qanun qəbul olunmuşdu. 

Çinin bu sahədə təcrübəsi olduqca maraqlıdır. 70-ci illərin sonunda 30 il 

ərzində təsərrüfatın sosial prinsipləri üzərində ölkənin iqtisadi modernləşdiril-

məsinə  nail  olmağa  çalışan  Çin  dərin  böhran  vəziyyətinə  düşdü.  Bir  çox 

əyalətlərdə xroniki aclıq hökmran olmuş, qida qəbulu səviyyəsi kritik səviy-

yədən aşağı düşmüşdü. Söhbət çoxsaylı əhalinin sağ qalmağından gedirdi. 




 

 

25 



Çin  islahatlarının  addımbaaddım  həyata  keçirilməsinə  baxmayaraq, 

dəyişikliklər məhz kənd təsərrüfatından başladı. 1978-ci ilin sonundan etibarən 

aqrar sektora kapital qoyuluşunun artırılması cəhdləri edilməyə başladı. Lakin 

onlar yalnız daha məhsuldar torpaqları və əlverişli təbii resursları olan azsaylı 

kənd rayonlarına çatırdı. Ölkədə olan çoxsaylı yoxsul regionlar və təsərrüfatlar 

dövlətin köməyinə arxalana bilmir və yalnız öz güclərinə dayanırdılar. Yoxsul 

ərazilərdə  yaşamağa  çalışan  ailələr  kommunalarda  deyil,  əvvəlki  ənənəvi 

qaydada – 

öz ailəsinin gücünə sadə təsərrüfat yaratmağa çalışırdılar. Bu, “ailə 

podratı” adlanırdı. Beləliklə, Çində xüsusi sektor dövlətlə əlaqə yarada biləcək 

normativ  aktlarsız  inkişaf  edirdi.  Odur  ki,  Çində  islahatların  başlanğıcı  əha-

linin “aşağıdan” fəaliyyətə başlaması ilə başlamışdır. Bu Çin islahatlarını digər 

ölkələrin islahatlarından fərqləndirən əsas spesifik cəhəti hesab olunur. Çünki 

həmin  ölkələrdə  bir  qayda  olaraq,  islahat  “yuxarıdan  aşağı”  və  çox  zaman 

əhali tərəfindən dəstək verilmədən həyata keçirilirdi. 

1980-


ci  ildə  “Kollektiv  mülkiyyət  çərçivəsində  kənd  təsərrüfatında 

məsuliyyət sisteminin möhkəmləndirilməsi” haqqında sənəd qəbul olundu. Bu 

sənədlə əhalinin torpaq əraziləri əldə etmək və ondan istifadə etmək, istehsal 

etdiyi məhsulları bazarda satmaq hüquqlarından istifadə edə bilərdi. 

İnkişaf  etmiş  və  keçid  iqtisadiyyatlı  ölkələrin  təcrübələrinin  tədqiqi 

zamanı aşağıdakı nəticələri əldə etmiş oluruq: 

1.

 

Müasir  dövrdə  ərzaq  təhlükəsizliyi  məsələləri  dünyanın  müxtəlif 



ölkələrinin təcrübəsində mövcuddur. 

2.

 



İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətin kənd təsərrüfa-

tına münasibətdə yeritdiyi siyasəti əsas etibarilə proteksionist xarak-

ter daşıyır. 

3.

 



Kənd  təsərrüfatı  istehsalının  tənzimlənməsi  istehsalçıların  dəyər 

mexanizmi ilə həvəsləndirilməsi hesabına həyata keçirilir. 

4.

 

Hər bir dövlətin ərzaq sahəsində qanunvericilik bazasını yaradan qa-



nun

ları və digər normativ sənədləri daha öncədən yaradılmış qanun-

vericilik aktlarının bünövrəsi üzərində qurulur və öz milli adətlərinə 

əsaslanır. 

5.

 

Keçid  iqtisadiyyatlı  ölkələrdə  iki  növ  kənd  təsərrüfatı  dəyişdiril-



məsinə təsadüf edilir: “şok terapiyası” prinsipi və addımbaaddım də-

yişdirilmə prinsipi. 

Bütövlükdə,  ərzaq  təhlükəsizliyi  problemi  kompleks  xarakter  daşı-

maqla, 


ərzaq istehsalı, qida məhsullarının istehlakı, idxal imkanları və dövlətin 

ərzaq  siyasəti  kimi  məsələləri  özündə  əks  etdirir.  Müasir  şəraitdə  ərzaq  təh-

lükəsizliyi  nəinki  kənd  təsərrüfatının  yüksək  göstəricilərini,  həm  də  rasional 

istehlak strukturunu, laz

ımi  miqdarda  valyuta  ehtiyatlarının  və  ərzaq  təhlü-

kəsizliyinə digər təsir vasitələrinin mövcudluğunu nəzərdə tutan sabit iqtisadi 

vəziyyəti  ifadə  edir.  Ərzaq  təhlükəsizliyi  ölkənin  bütövlükdə  kənd  təsər-

rüfatının və iqtisadiyyatının elə bir vəziyyətini ifadə edir ki, burada  əhalinin 




 

 

26 



ərzaq tələbatı kəmiyyət və keyfiyyət etibarilə tam həcmdə təmin olunur. 

Beləliklə, qeyd etmək lazımdır ki, universal səviyyədə ərzaq təhlükəsiz-

liyinin  təmin  olunması  probleminin  həllinə  dünya  ictimaiyyəti  məhz  BMT 

sistemi çərçivəsində nail olmağa çalışır. Bu mənada BMT sisteminə daxil olan 

Ərzaq  və  Kənd  Təsərrüfatı  və  Ümumdünya  Səhiyyə  Təşkilatının  rolunun 

danılmazdır. Göstərilən sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin 

başlıca  şərtləri,  bir  tərəfdən,  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  isteh-

salının  artırılması,  digər  tərəfdən  isə  yeni  iş  yerlərinin  yaradılması,  əhalinin 

sosial  müdafiəyə  daha  çox  ehtiyacı  olan  qruplarının  gəlirlərinin,  minimum 

pensiya  və  əmək  haqlarının  artırılması  və  ehtiyac  meyarının  səviyyəsinin 

yaşayış minimumuna çatdırılmasından ibarətdir. 

Hazırda  dünya  ictimaiyyəti  ərzaq  təhlükəsizliyinin  təmin  olunması 

probleminin həllinə beynəlxalq səviyyədə nail olmağa çalışır. Milli səviyyədə 

ərzaq təhlükəsizliyinin təmin olunması isə yalnız effektiv dövlətdaxili qanun-

vericilik bazasının mövcudluğu şəraitində mümkün ola bilər. 

 

ƏDƏBİYYAT 

1.

 

Балабанов В.С. Борисенко Е.Н. Продовольственная безопасность: международные и 



внутренние аспекты. М.: Экономика, 2002, 552 c. 

2.

 



Бурдуков  П.Т.,  Саетгалиев  Р.З.  Россия  в  системе  глобальной  продовольственной 

безопасности. http://www.duel.ru/publish/burdakov/glob.html 

3.

 

Графкина  М.В.,  Михайлов  В.А.,  Нюнин  Б.Н.  Безопасность  жизнедеятельности. 



Учебник. М.: Проспект, 2008, 608 с. 

4.

 



Гумеров Р.Р. Как обеспечить продовольственную безопасность страны? // Россий-

ский экономический журнал, 1997, №9, с. 57-69. 

5.

 

Крузе  Х.  Создание  эффективных  систем  продовольственной  безопасности  в  усло-



виях глобализации // Аграрное и земельное право, 2009, №2, с. 9-16. 

6.

 



Кучуков  Р.,  Савка  А.  Механизм  регулирования  цен  в  аграрном  секторе  развитых 

стран // Экономист, 1999, №6, с. 87-90. 

7.

 

Макконнел К., Брю С. Экономикс: принципы, проблемы и политика. В 2-х томах. Т. 



II

. М.: Туран, 1996, 400 с. 

8.

 

Общая теория национальной безопасности: Учебник // Под общ. ред. А.Прохожева. 



М.: РАГС, 2002, 320 с. 

9.

 



Право на питание. 56-я сессия Генеральной Ассамблеи. ООН, 2001. 

10.


 

Римская  декларация  по  Всемирной  продовольственной  безопасности  //  АПК:  эко-

номика и управление, 1997, №2, с. 3-7. 

11.


 

Российская газета, 1996, 14 май. 

12.

 

Файзуллин Г.Г. Роль государства в обеспечении продовольственной безопасности: 



международно-правовой аспект // Право и государство, 2008, №8, с. 72-76. 

13.


 

Food Safety Strategic Planning Meeting. Report of a WHO Strategic Planning Meeting, 20-

22 February 2001. World Health Organization (WHO). Geneva, Switzerland, 2001, 32 p. 

14.


 

Foreign Agricultural Trade of USA // FAO review 1970-1980 years. 

15.

 

http://www.fao.org 



16.

 

http://www.usda.gov 



 


 

 

27 



УРОВНИ ПРОДОВОЛЬСТВЕННОЙ БЕЗОПАСНОСТИ И  

ПУТИ ИХ ОБЕСПЕЧЕНИЯ 

 

А.А.МАГЕРРАМОВ, Н.И.РАГИМОВ 

 

РЕЗЮМЕ 

 

В статье проблема продовольственной безопасности на международном и нацио-

нальном  уровнях,  а  также  пути  и  направления  их  решения  анализируются  на  основе 

действующих  международно-правовых  документов  и  законодательной  практики  раз-

личных государств. Отмечается, что мировое сообщество пытается разрешить проблему 

обеспечения продовольственной безопасности в универсальном уровне. А обеспечение 

продовольственной  безопасности  на  национальном  уровне  возможно  лишь  в  условии 

существования эффективного внутригосударственного законодательства. 



 

Ключевые слова: продовольственная безопасность, международные стандарты, 

внутригосударственное  законодательство,  голодание,  продовольственные  продукты, 

система  ООН,  Продовольственная  и  сельскохозяйственная  организация,  продоволь-

ственные запасы, государственное регулирование 

 

LEVELS OF FOOD SAFETY AND WAYS OF ITS MAINTENANCE 

 

A.A.MAHARRAMOV, N.I.RAHIMOV 

 

SUMMARY 

 

The  article analyzes  the  problem of food safety at international and national levels

and  studies  ways and directions of their solution on the basis of effective  international legal 

documents and legislative practice of various states. It is noticed, that the world community 

tries to resolve the problem of maintenance of food safety at universal level. Maintenance of 

food safety at national level is only possible under the availability of effective internal legisla-



tion. 

 

Key words: food safety, international standards, internal legislation, hunger, foodstuff, UN 



system, Food and Agricultural Organization, food stocks, state regulation

Yüklə 95,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə