İxtisas: Tarix və coğrafiya müəllimliyi; Kurs: II kurs (Yaz-4); Tədris ILI


-2010-cu illərdə ət istehsalında dünya regionlarının rolu (%-lə)



Yüklə 2,6 Mb.
səhifə4/9
tarix06.05.2023
ölçüsü2,6 Mb.
#108764
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
11ci movzu

1960-2010-cu illərdə ət istehsalında dünya regionlarının rolu (%-lə)
Cədvəl V.38

• Dünyada ilk dəfə olaraq ət istehsalının yarıdan çoxunu inkişaf etməkdə olan ölkələr təmin edir.
• Ət istehsalında başlıca region olmuş Asiyanın payı iki dəfədən çox artmışdır.
• Şərqi Avropa regionunun ət istehsalında payı, demək olar ki, iki dəfə azalmışdır. Bu regionun ölkələrinin çoxunda, xüsusilə MDB ölkələrində ən əvvəl Rusiya və Qazaxıstanda ət istehsalı aşağı düşmüşdür. Dünyanın çox ölkələri və hətta regionları müxtəlif ət istehsalında və ixracı üzrə ixtisaslaşmışdır. Lakin ixracatın çox böyük olmayan miqdarı gedir (1950-ci ildə 3.3 mln. ton. 2010-cu ildə 19.6 mln. ton), yəni, ixrac kvotasının müvafiq olaraq 5-8 %-ni təşkil edir. İxracın strukturunun 70 %- qədərini ət, 20 %- qədərini diri heyvan, qalanını isə dərin emal olunmuş ət məhsullar (ət konservləri, kolbasa və s.) və çox da böyük olmayan miqdarda duzlanmış və qaxac ət təşkil edir. Ümumiyyətlə ət məhsulları dünya ixracatına az gedir. Beynəlxalq ticarətdə mal və quş əti mühüm rol oynayır.
Ət ixracında başlıca yerdə Qərbi Avropa durur və dünyada ot ixracının 48 %- qədərini verir. Burada ən iri ixracatçıları - Niderland, Fransa və Danimarkadır. Ət ticarətində əhəmiyyətinə görə ikinci yerdə Şimali Amerika (dünya ixracının 20%-ni), üçüncü yerdə Avstraliya va Okeaniya (12 %) durur. Ətin müxtəlif növləri üzrə xarici ticarət mübadiləsi gedir və bu axınlar kəsişir. Bundan əlavə, onlar özlərinin istehlak xüsusiyyətlərinə görə (soyudulmuş dondurulmuş, pörtlədilmiş təzə ət) fərqlənir. Dərin emal olunmuş ət məhsullarının ixracı idxalı daha mürəkkəb coğrafiyaya malikdir. Başlıca ət məhsullarının idxalçıları sırasına AFR,Yaponiya vən İtaliya aiddir. Rusiyada heyvandarlığın bütün sahələrinin güclü surətdə geri qalması ilə əlaqədar, o ət idxalına görə dünyanın qabaqcıl dövlətlərindən biridir.
Balıqçılıq sənayesi balıq ovu və emalı, daha çox balıq, həmçinin, dəniz və şirin sularda qeyri-balıq məhsullarının artırılması ilə balıqçılıq sənaye kompleksini formalaşdırır. Onun tarkibinə balıq ovlayan donanmalar, portlar (bəzi hallarda dəniz məhsulları üzrə ixtisaslaşan), balıq kombinatları, soyuducular, konserv zavodları, balıqartırma zavodları, molyusklar, xərçəngkimilər, dəniz yosunları və digər dəniz heyvanlarının becərilməsi üzrə müəssisələri (marikultura) daxildir.
Balıqçılıq sənayesi kompleksinin tərkibinə, həmçinin, dövlətlərin akvatoriyalarında balıq vətəgələrinin mühafizəsi və nəzarət üzrə təşkilatlar, elmi-tədqiqat müəssisələri də aiddir. Elmi-texniki tərəqqi bütün balıq sənaye kompleksinin inkişafına güclü təsir göstərmişdir. İkinci Dünya müharibəsindən sonrakı illərdə iri soyuducu traulerlər, seynerlər, trallar, üzən balıq konserv bazaları və s. avadanlıqlar istifadəyə verilmişdir. Açıq okeanlarda, balıq ovu obyektlərinin saxlanılmasında tətbiq edilən vasitə və metodlar (havadan kəşfiyyat, balıq karvanlarının aşkar edilməsi üzrə cihazlar və s.) balıqçılıq sənaye kompleksində işlərin səmərəliliyinin artırılmasına imkan yaradır. Nəticədə açıq okeanların dərinliklərində balıq ovunun rolu artır. Sakit okeanın ənənəvi şelf zonasından uzaqlarda baliq ovlayan gəmi-vətəgələr fəaliyyət göstərir. Dəniz məhsullarının emalında yeni metodlardan istifadə genişlənmişdir (dondurma və duzlamanın yerinə soyudulma, qoruyucu vasitələrin yaradılması və s.). Ümumiyyətlə, 2010-cu ildə balıq ov və dəniz məhsullarının hasilatı üzrə Sakit okeanın payı 66%, Atlantik okeanın 25% və Hind okeanının 9% olmuşdur. Balıqçılıq sənaye kompleksinin müxtəlif məhsulları onun istifadə sahəsini artırır. Onlardan artıq yeyinti, yem istehsalında, tibbi və texniki sahələrdə istifadənin yeni (inovasiya) istiqamətləri mənimsənilmişdir. Belə ki, effektli əczaçılıq dərmanlarının alınması üçün biotexnologiya işləri çox perspektivlidir. Lakin buna baxmayaraq, kompleksin məhsullarının əsas istehlak istiqamətini yeyinti balıq məhsulları (90 %-ə qədərini) təşkil edir. Dünyanın ölkələri digər marikultur məhsullarından istifadəyə görə çox fərqlənir (milli qida ənənələri və s.). 1960-cı illərdən dəniz və şirin sularda balıq ovunun strukturu dəyişilmişdir. Şirin sularda balıq ovunun payı artaraq 18 %-ə çatmışdır (1980-ci ildə 11 %). Dəniz vətəgələrində balıq tutulmasının payı azalmışdır (1980-2010-cu illərdə 78 %-dən 66 %-ə qədər), lakin tutulan balıqların strukturunda əsas nisbəti saxlamışdır. (hansı ki burada əsas hissəsini (48 %-ni) siyənəkli və treska balıqları təşkil edir.)
Balıqçılıq vətəgələrinin sənayeləşdirilməsi dünyanın balıqçılıq sənayesində ayrı-ayrı ölkələrin və akvatoriyaların roluna böyük təsir göstərir. Xüsusilə ayrı-ayrı ölkələrin və regionların əhəmiyyəti dəyişmişdir (cədvəl V.39).

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə