Dark Green Light Green White Corporate Geometric Company Internal Deck Business Presentation



Yüklə 13,41 Kb.
səhifə1/2
tarix22.12.2023
ölçüsü13,41 Kb.
#154047
  1   2
insan eko sb iş


EKOLOGİYA VƏ
İNSAN SAĞLAMLIĞI
Genetik
faktorlar
Genotip insanın morfofunksional quruluşunu, bu və ya digər əsəb və psixi proseslərin üstünlüyünü, bu və ya başqa xəstəliklərə meyilli olmasını və s.-ni determinasiya edir. İnsanın irsiyyətində həm də «həyatilik» olub, özündə fərdlərin nəsilvermə və uzunömürlülük qabiliyyətini əks etdirir. Məhz bu xassəyə görə necə deyərlər «uzunömürlülük paradoksu» aydınlaşdırılır, belə ki, hətta üzvlərində və toxumalarında bir çox patomorfoloji pozuntuların olmasına baxmayaraq, bəzi adamlar uzun ömür sürür və yüksək iş qabiliyyətinə malik olur.
    • . Təsir obyektinə görə onları üç qrupa bölmək olar:
    • 1. Bir sıra sonrakı nəsillərə təsir. Bu halda ətraf mühitin vəziyyəti, coğrafi faktorlar, milli, dini, etnik və ailə adətləri, ənənələr və s. böyük əhəmyyət daşıyır.
    • 2. Gələcək nəsillərin (valideynlərin) xromosomlarına təsir. Gələcək nəsillərin həyat tərzi başlıca əhəmyyət daşıyır, belə ki, məhz həyat tərzi cinsi toxumaların xromosomlarına və rüşeymə (embriona) yaxşı və mənfi təsir bağışlayır.
    • 3. Daxili bətn inkişaf dövründə rüşeymin (embrion) xromosomlarına təsir. Gen aparatı xüsusən erkən embrion inkişafı mərhələsində tez təsirə məruz qalır, bu vaxt genetik proqram orqanizmin əsas fəaliyyət sisteminin təməli qoyulma şəklində həyata keçirilir.
    • Neqativ faktorların sayının və intensivliyi təsirinin artması irsi xəstəliklərin çoxalmasına səbəb olur. İrsi pozuntular çox vaxt gələcək valideynlərin, hamilə qadının həyat tərzindən asılı olur. Qadın hamiləlik dövründə çox vaxt bir sıra neqativ təsirlərə məruz qalır, bu isə dölün normal inkişafını pozur. Bura aşağıdakılar aiddir: hərəkət aktivliyinin kifayət qədər olmaması, həddindən artıq yemək, sosial, peşəkarlıq və məişət xarakterli psixi yüklənmə, zərərli vərdişlər və s.

GENETİK XƏSTƏLİKLƏR
    • Genetik faktorlardan asılı olan bütün xəstəlikləri, şərti olaraq üç qrupa bölmək olar.
    • 1. Birbaşa təsirli irsi xəstəliklər (o cümlədən anadangəlmə), bu zaman uşaq pozuntu əlamətləri ilə (hemofiliya, daltonizm, fenilketonuriya, daun xəstəliyi və b.) doğulur.
    • 2. Xarici faktorların təsiri vasitəsilə olan irsi xəstəliklər: maddələr mübadiləsinin pozulmasının bəzi növləri (məs., şəkər diabetinin bəzi növləri), psixi pozuntular və s.
    • 3. İrsi meyilliklərlə bağlı xəstəliklər: ateroskleroz, hepertoniya xəstəliyi, ürəyin işemiya xəstəliyi, bronxial astma və b.
    • İrsi patologiyanın strukturunda 2-ci və 3-cü qrupa aid olan xəstəliklər, yəni həyat tərzi, gələcək valideynlərin sağlamlığı və anaların hamiləlik dövrü ilə bağlı olan xəstəliklər üstünlük təşkil edir.

İnsan sağlamlığlna təsiri
Həyat şəraiti və tərzi
Həyat tərzində hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam həyat tərzinin təşkilində aşağıdakı faktorlar nəzərə alınmalıdır:
- insanın fərdi irsi xüsusiyyətləri (morfofunksional tipi, yüksək əsəb fəaliyyəti tipi, vegetativ əsəb nizamlanmasında üstünlük təşkil edən mexanizm və s.);
- insanın həyatında təbii-ekoloji və sosial-ekoloji mühit şəraiti (ailə-məişət və peşəkarlıq fəaliyyətində konkret həyat şəraiti);
- insanın yaş və cinsi mənsubiyyəti və sosial-iqtisadi həyat şəraiti (ailə vəziyyəti, peşəsi, ənənə, əmək və məişət şəraiti, maddi təminatı və s.).
Sağlam həyat tərzi nədir?
Sağlam həyat tərzinə aşağıdakı faktorlar daxil edilməlidir:
- optimal hərəkət rejimi;
- immunitet və möhkəmlik təlimi;
- psixi-fizioloji tənzimlənmə;
- psixo-seksual və cinsi mədəniyyət;
- həyatın səmərəli rejimi;
Sağlam həyat tərzi aşağıdakı məsələlərin həll olunmasını təmin edir:
- risk faktorlarının təsirini və xəstəliyi azaldır və ya aradan qaldırır, bunun nəticəsində müalicəyə sərf olu-
nacaq xərci azaldır;
- insan həyatının sağlamlığına və ömrünün uzun olmasına səbəb olur;
- ailədə yaxşı qarşılıqlı əlaqənin olmasını, uşaqların sağlamlığını və xəstəliyini təmin edir;
- insanın özünü reallaşdırma tələbatının təmin olunmasının əsası sayılır, yüksək sosial fəallığı və sosial
nailiyyətləri təmin edir;
- orqanizmin yüksək iş qabiliyyətinə, işdə yorğunluğun azalmasına, yüksək əmək məhsuldarlığına və bunun əsasında, yüksək maddi bolluğa səbəb olur;
- zərərli vərdişlərdən imtina etmək, aktiv istirahətin vasitə və metodlarından istifadə edib vaxtın səmərəli istifadəsini təşkil etməyə imkan yaradır;
- həmişə şən, xoş əhvali-ruhiyyə və optimizm təmin edir.
    • İlk baxışda sağlamlığın təmin olunmasında səhiyyənin məsuliyyət payı (10-15%) aşağıdır. Lakin insanların əksəriyyəti öz sağlamlığına ümidini məhz səhiyyə ilə bağlayır. Bu onunla əlaqədardır ki, çox vaxt adamlar yalnız xəstələndikdən sonra sağlamlığı barədə düşünür. Təbii ki, sağalmasını onlar yalnız tibblə bağlayır. Lakin bu zaman insan düşünməlidir ki, həkim sağlamlığı qorumq deyil, müalicə ilə məşğul olur.

Tibbi təminatın sağlamlığa təsiri
Ümumdünya Səhiyyə Təşkilatına görə insan sağlamlığı – yalnız xəstəlik və fiziki çatışmazlığın olması deyil, o insanın tam fiziki, mənəvi və sosial rifahı ilə təyin olunur.
Tibbi-bioloji tədqiqatlarda sağlamlığın qiymətləndirilməsində fiziki inkişaf göstəricilərdən istifadə edilir. Orqanizmin funksiyası əqli (zehni) və fiziki iş qabiliyyəti göstəriciləri ilə, adaptasiya ehtiyatları isə
biokimyəvi, hermonal immunitet statusları göstəriciləri ilə qiymətləndirilir. Xəstəlik göstəricisi xəstəliklərin yayılmasını əks etdirir. Bu, il ərzində xəstəliklərin sayını 1000-ə vuraraq əhalinin orta sayına nisbəti ilə müəyyən olunur.
Ətraf mühitin sağlamlığa təsiri
    • Discuss the strategies your company will take to achieve critical growth goals.
    • Elaborate using a bulleted list.

Back to Agenda Page
Ənənəvi tibbdə farmakologiya, sakitlik və cərrah bıçağı əsas müalicə vasitələri sayılır. Onlardan hər birinin üstün və çatışmayan cəhətləri vardır. Kritik vəziyyətdə, güclü ağrılar zamanı, yaralandıqda, reanimasiyada məlumdur ki, kəskin halları kənarlaşdırma işləri yerinə yetirilir. Bu halda hər şeydən əvvəl farmakoloji və cərrahi əməliyyatlar həyata keçirilir. Farmakoloji preparatların əksəriyyəti güclü təsiri ilə fərqlənir və yaşamaq uğrunda mübarizə üçün orqanizm maksimum aktivləşdirilir.
Məlumdur ki, orqanizmdə resursların belə toplanması yalnız müvəqqəti xarakter daşıyır. Lakin uzun müddətli belə farmakologiyadan istifadə olunması faydalı deyil, belə ki, bir tərəfdən funksional rezervlərin bərpa olunmasına imkan yaranmır, digər tərəfdən zəhərli sayılır, allergiya və digər xəstəliklərə səbəb olur.
Sintetik və təbii mənşəli farmakoloji preparatların müqayisəli xarakteristikası (E.N.Vayner, 2001)

1

2

3

Xəstənin müalicəsində başlıca istifadə edilir

kəskin

xroniki

Profilaktika üçün əhəmiyyətli

məhdud

çox

Zəhərlənmə

tez-tez yüksək

tez-tez aşağı

Dərman xəstəlikləri

tez-tez

çox az

Allergiya təhlükəsi

maksimum

minimum

Uzun müddətli istifadə

adətən təhlükəli və ya ehtiyatla

mümkündür

Dərman arsenalında saxlanması

seyrək 10 ildən çox

10 min ildən 15 min ilə q


Yüklə 13,41 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə